Şəri sual göndər
Ümumi sual göndər
Sual: qadının toyuq kəsməsinə icazə var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əyyami Fatimiyyə günlərində şadlıq evində uşaq üçün çalqı ilə ad günü keçirmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əhli-beytə hörmətsiz hesab olunan addımlardan çəkinmək vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Ukraniyada təhsil alıram. Müəllimlərim məndən ölkəmdən onlara spirtli içki gətirməyimi xahiş ediblər. Bunu edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, bu iş haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Telefon kreditə vermək veə ya goturmək günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir nəfər vəhhabiliyə meyillidir. Şiələri təhqir edir. Lakin şiə qızla nişanlanıb. Mənim bu barədə vəzifəm varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, siz uyğun tərzdə qızın ailəsini xəbərdar etməlisiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Səfərdə olarkən zöhr azanı verildi. Vətənə qayıdanda isə hələ zöhr və əsr namazlarının əda vaxtı bitməmişdi. Belə olan halda namaz tam yoxsa 2 rükətli qılınmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səfərdə qılsanız qəsr, vətəndə qılsanız tam qılınmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Heyzli qadına namaz qılmaq olar?.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Vitr namazının neçə rikət və necə qılmalı olduğumu mənə dəqiq izah edə bilərsiz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vitr namazı bir rükətdir, hansı ki, gecə qılınır. Bu namazın qunutu var və qunutda müxtəlif zikr və dualar oxunur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən hər ayda 7 yaxud 8 gün işdə oluram. Bu halda səfərdə olduğum müddətdə namazlarımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hər 10 günün içində aşağısı bir dəfə işləmək üçün öz iş yеrinə səfər еtsə, bu halda onun hökmü, işi səfər olan şəxsin hökmü kimidir (namazının tamam olmasında, orucunun düz olmasında).
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmaz alanda suyu üzümə vursam və qaşlarım tərəfə dəysə qaşlarımdan yuxarı əlimlə suyu çatdırsam düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Çata girmək haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun özü-özlüyündə şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: 1)Telefonda nərd oynamaq haramdır? 2) Harama düşməmək üçün mastubasiya etmək olar?.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Qumar aləti kimi hesab olunursa icazəli deyil.
2.Xeyr, haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam olsun ağama və bütün dəftərxana işçilərinə sualım buduku əgər paltarımız xaricdən bir kənar nəcasıtə bulaşsa məsələn sidik qan şərab və s kimi nəcasətlərə bulaşsa bədənimizin dərisi də nəcasət olur ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər paltarınızda olan nəcis yaş halda bədəninizə dəysə və yaşlıq da keçsə nəcis hesab olunacaqdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Hamilə qadın rüku və səcdələrdə əziyyət çəkir hamiləliynən əlaqədar adi qaydada rüku və səcdə edə bilmədiyində rüku və səcdələri necə yerinə yetirməli? Həmçinin oturub duranda əziyyəti çox olur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazı bacardığınız qədər adi halda qılmalısınız. Əgər ayaq üstə dayana bilirsinizsə həmd və surəni ayaq üstə deməlisiniz. Rüku və səcdəni etməkdə çətinlik çəkirsinizsə bu əməlləri oturan halda edə bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ailə qurduğum qadınla nişanlı vaxtı siğə etmişdim, lakin cinsi əlaqəmiz olmamışdı. Bunun bir haramlığı var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müvəqqəti kəbinin şərtlərindən biri valideynin razılığıdır. Əgər bu və digər şərtlər olubsa şəri cəhətdən problemi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum... 1. İçki iyləmək və ya içkili qaba toxunmaq günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Man Bakıda yaşayıram, amma iş yerim İmişlidədir. Biz müxtəlif rayonlarda yol tikirik. Mən evdə və işdə namazlarımı necə qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ay ərzində ortalama 10 gün səfərdə olursunuzsa siz "kəsirus-səfər" (çox səfər edən) adlanırsız və bütün namazlarınız adi qaydada qılınacaq.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əvvəllər xüms hökmlərini bilmədiyimə görə xüms verməmişəmsə və əvvəl nə qədər xüms verməli olduğumu blmirəmsə , nə etməliyəm ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müctehidə və ya nümayəndəsinə müraciət edin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 2-3 aylıq quzuları kəsib yemək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun şəri cəhətdən maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Dostunla hansəsa bir oyunu oynayarkən şərt qoymaq olarmı? Məsələn kim udsa hesabı o verəcək?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu növ şərt icazəli deyil.
Allahdan uğurlar diləyirik!