www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam 1.İnsanın bədənindən ağrılı halda qopan dəri nəcis hökmündədirmi? 2. Bir yerin nəcis və ya pak olduğunu bilmiriksə ora necə hökmdədi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli.

2.Pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 3-4 rükətdə Fatihə və Təsbih Ərəbəylə bərabər İxlas Surəsini oxumaq namazı batil edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Zikr niyyəti ilə deyilsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynumda qüsul olmadan hamamda çimərkən cənabət qüsulu verib namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin qüsulla namaz qılmaq olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bimək istəyirəm kişiyə təlaq verən kimi kəbin kəsmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kişi təlaq verilmədən də (4 dənə qadınla) daimi kəbin kəsdirə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim işim hotel sistemi ilə bağlıdı yəni oranın təmizlik bölümündə işləyirəm mən gün ərzində çoxlu nəcasət bulaşmış əşyaları təmizləməli oluram. Bir qardaş.var Mənə dedi ki, bu sənin işindisə o sənə nəcasət sayılmır yəni bulaşsan belə namaz qıla bilərsən. Bu hökm doğrudurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, düzgün deyil. Nəcasət nəcasət olaraq qalır.

Allahdan uğurlar diləyirik!
Sual: Qiblə düz olmasa namaz qəbuldurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bilərəkdən qibləyə tərəf dayanmamaq namazın batil olmasına səbəb olar. Lakin yanlışlıqla olarsa 90 dərəcəyə qədər eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Gecə yatanda ağ maye gəldi cinsiyyət orqanımdan, ama nə şəhvət nə sıçrayış nə də süstlük olmadı. Amma spermanın özlllikləri yox idi. Yuxuda da heç bir şəhvət hissini ortaya çıxaracaq bir şey olmadı. Bu maye sperma hökmündədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sperma olmasına əmin deyilsinizsə pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Siqaret çəkməyin kökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər gözə çarpacaq şəkildə ziyandırsa və ya zinyan vermək ehtimalı varsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Tövbə etmək üçün Namaz qılmaqa və Oruc tutmaqa ehdiyac var? Tövbə etmək üçün nələr etmək lazımdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Peşman olmaq və bir daha etməmək qərarı almaq kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Nakolka (tatuaj) haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Nərd oynamağın haram olmasını bilirəm,bəs qumar mərc olmadan başqa zər oyunları və kart oyunları oynamaq haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nərd və şahmat oyunu haramdır. Digər oyunlar isə əgər ürfdə qumar aləti kimi hesab olunsa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.əgər paltara məzi bulaşarsa namaz qılmaq üçün paltar dəyişilməlidir, Yoxsa ehtiyac yoxdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şəhvət hissinin təhrik olması nəticəsində xaric olan maye paltara bulaşarsa paltar dəyişilməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər məqsədiz mənidirsə nəcis hökmündədir. Məqsədiniz məzidirsə pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aşura günü başa qılıncla vurub qan axıtmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Harama düşmək qorxusu yoxdursa içki məclisində oturmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Özüm üçün 15-20 illik ipoteka ilə ev almaq istəyirəm. O evə xüms düşür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Evin özünə xüms düşümür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Bizim rayonda kanalizasiya sistemi olmadığı üçün yeri təqribən 2 metr dərinliyində qazıb nəcasəti ora buraxırıq eyni zamanda da həyətdə əkin əkilir və bu əkinində nəcisli dudan bəhrələnmək ehtimalı çoxdur. Bu nə dərəcədə düzgündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Xüms günümü dəyişmək istəyirəm. Nə edim? 2.Dərman preparatlatına tibbi spirt iynə vəbu kimi dərman vasitələrinə xüms düşürmü? 3.Mənə qardaşım rusiyadan toyum üçün pul yollamışdı onun bir miqdarını xərcləmişəm az bir hissəsi qalıb hələ toyumuz 1-2 aya olmalıdır o pulu onunçün saxlamışam .ona xüms düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Müctehid və ya nümayəndəsinə müraciət edin.

2.İllik xərclərinizdən artıq qalan və həmçinin istifadə etmədiyiniz əşyalara xüms düşür.

3.Bəli, xüms düşür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Zihar nədir hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İslamdan öncə ərəbdə olan bir qaydadır. Belə ki, ər həyatyoldaşına "Sənin artıq mənim anam kimisən" deyərdi və onunla yaxınlıq etməkdən imtina edərdi. İslamda bu haramdır və kəffarəsi də var.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1Namazın qunutunda ayetulkürsünü demək olar? 2) Namaz qılan vaxt şübhə yaransa ki, dəstəmaz alanda başa və ayağa məsh çəkilib ya yox, bu zaman namaz batildir? 3)Namazda qunut tutub və ya tutmamamaqda şəkk, şübhe olsa namaz qəbuldur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bəli.

2.Şəkkinizə etina etməyin.

3.Şəkkinizə etina etməyin.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı