www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Boynunda heç bir qüsul olmuyaraq hər hamama girəndə o qüsulu təzədən almaq qüsulu batil edir? 2.Mən unutmuşam Cənabət qüsulunu alıb almadığımı. İndi heyz qüsulu almalıyam, unutduğumçun həm cənabət həm heyz qüsulu ala bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftəxana:

1.Xeyr, qüsulu batil etmir, lakin qüsul aldıqdan sonra görülə biləcək işləri (namaz qılmaq, Qurana əl vurmaq) görə bilməzsiz.

2.Əgər cünub olduqdan sonra qüsul alıb-amladığınızda şəkk etsəniz cənabət qüsulu alınmalıdır. Bəli 2 qüsulu birlikdə niyyət edib, ala bilərsiniz.
Sual: Salam aleykum. 1995ci ilde oruc tutmuşdum. Lakin 96, 97, 98 ve 99 cu illərin orucunu tutub-tutmadığımı xatırlamıram. Bunun üçün nə etməliyəm? 2.Əgər təbiə hadisələri baş veribsə və mənim xəbərim olmayıbsa ayət namazı vacib olur? 3.Yay aylarının birində rayona getmişdim, amma tarixi yadımda deyil. Onun müsafir namazını necə qılım?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bu barədə düşünün. Bir qərara gəlməsəz tutmağınıza ehtiyac yoxdur.

2.Əgər qəzası vacib olan hadisələr baş veribsə qəzası qılınmalıdır.

3.Səfərdə olduğunuz günlər qədər qəza etməyiniz kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1.Biz Laçın rayon qaçqınıyıq bizə işıq su qaz kimi şeylər pulsuz verilir qaz və su ilə problemimiz yoxdu, ancaq guya idarənin hesabladığına görə 1100 m işığa borcumuz var amma işığımız gəlir yəni kəsmirlər indi bilmək istəyirəm bu işıqla hamamda aristonumuz suyu qızdırır mən də dəstəmaz qüsl alıram batil deyilki? 2.Qüsldən qabaq ayaq barmağımda lap kiçik kəsik var idi onun üstündə qırmızı gördüm dedim bəlkə maneədir çoxlu sabunla da yudum yenə o qaldı daha etina eləmədim qüslümü aldım indi bilmək istəyirəm qüslüm düzdür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər sizə dövlət tərəfindən komunal xidmətlər pulsuz verilirsə maneəsi yoxdur.

2.Əgər suyun bədənə çatmasına mane olmayıbsa qüsulunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mən kişmiş halına salınmadan, dava-dərman vurulmadan 1000-1500 kq üzümü ağacdan dərib, satmışam.Bilmək istəyirəm belə olan halda üzumə zəkat düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, belə olan halda zəkat vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: bizdə bakıda satılan toyuqların çoxunun üzərində halal yazısı var biz o cür toyuqları alıb yeyə bilərikmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ümumi olaraq müsəlman bazarında satılan mallar halal hökmündədir. O vaxta qədər ki, haram olmasına dəlil və sübut olsun.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mənə verilmiş böyük miqdarda hədiyyə pulun xumsunun verilmədiyini bilirəm. Xumsunu vermək mənə vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər hədiyyəni verən xums əhli olmayıbsa xumsu vermək sizə vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. 1. Əgər qadın hicabdan çıxmaq istəyir amma həyat yoldaşı hicabdan çıxmağa qoymur. Kişinin hökmü nədir və nə etməlidir? 2. Əgər həkim qadına deyirsəki xəstəliklə bağlı hicab taxmamallsan qadın nə etməli? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Şəriətdə icazəli sayılan yollarla buna mane olmalıdır.

2.Hicab taxmaya bilər, lakin saçını naməhrəm görməməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər içkili toyda namaz qılanlar üçün əlavə otaq ayrılsa həmin toyda iştirak etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin toy hesab olunursa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Xalamgil qaz sayagacına nəsə eliyiblər az yazır yəni oğurluq eliyirlər. Bu qazla qızdırılmış su ilə dəstəmaz, qüsul duzdur?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Buna şəri baxımdan icazə olmadığına görə həmin qazla qızdırılmış su ilə ehtiyata əsasən qüsul və dəstəmaz alınmasın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Qəza namazına başlayanda 3dəfə "əs səlat"demək vacibdir? 2.Rüküda salavat dedikdən sonra və əccil fərəcəhum demək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr, vacib deyil.

2.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. 1.Dəstəmaz alarkən üzü iki əllə yumaq olarmı? 2.Dirsəkdən aşağı qolu yuyarkən axan suyun altına salıb yumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli.

2.Yuxarıdan aşağı yuyularsa eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadının kəbini yoxdur. Lakin zaksı var. Faktiki olaraq 5 ildir zaksda olduğu insanla ayrı yaşayırlar. Həmin qadın başqa biri ilə daimi və ya müvəqqeti kəbin edə bilər tələb olunan zamanı gözləməklə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, dövlət zaksı ilə də ayrılmalıdırlar.

Allahdan uğurlar diləyirik!
Sual: Saqqal saxlamaq vacibdirmi? Mənim ailəmdə bu məsələ ilə bağlı söz söhbət düşür.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam üzüm mürəbbəsi yemək haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, haram olan qaynayıb, lakin 2/3-si buxarlanmayan üzümdür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Mesumların adları verilən adamların adları yazılmış kağızı atmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər məsumlara hörmətsizlik kimi qələmə verilmirsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Namazda kişinin qızıl taxması halaldırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haramdır və namazın batil olmasına səbəb olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam barmagim ezilme sebebi ile derinin altinda qan yigildi hemin qani desib cixardigdan sonra necis olan yeri pakladim namaz qilarken hemin yerden acig qirmizi rengde qan geldi namazim batildirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər qəsdiniz yaranın sağalma ərəfəsində gələn sarı rəngdə mayedirsə, qanla təmas etməyinə əmin deyilsinizsə pak hökmündədir

Allahdan uğurlar diləyirik!
Sual: Salam mən qüsl alanda su kəsildi. Bacım gedib qonşudan bir vedrə su alıb onunla qüslü tamamlamışam ancaq indi bilmirəm ki suyu və vedrə verən qadınların ərlərinin icazəsi olub ya yox? Qüsulun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qüsulunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.İstibradan sonra gələn maye hər bir halda pakdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İstibradan sonra gələn maye pak hökmünədir. Lakin əgər bövl və ya məni olmasına yəqinininz olsa nəcis hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.1.Bir neçə ay əvvəl ayrılmış, lakin təlaqı verilməmiş bir qadınla yaxınlıq etmək zina sayılırmı? 2.zina sayılırsa həmin qadının təlaqı veriləndən sonra tövbə edib əqd bağlamaq olarmı? 3.Yoldaşı "Səni boşayıram" deyib ayrılarsa,yenə də təlaq oxunmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli, zina hesab olunur.

2.Ehtiyat-vacibə əsasən bu iki şəxs bir-birinə əbədi olaraq haram olurlar.

3.Bəli, oxunmalıdır. Bu kifayət etmir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı