www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, cənabət və heyz qüslunu birlikdə verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, iki qüsulu niyyət edib, bir qüsul ala bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. Valideyn saqqal saxlamağa heç cür icazə verməsə vəzifəmiz nədir? 2. Müsəlman olan qadın heyvan kəsə bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Saqqalı qırxmaq ehtiyat-vacibə əsasən haramdır. Bu məsələdə ələm mectehidə üdul edə bilərsiniz.

2.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Azan və Iqamə deyərkən əlləri təkbir halında saxlamaqları, ya "Allahu əkbər" dedikdə tekbirdəki kimi əllərini qaldırmaqlarının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1. Sasika yemək haramdı?. 2. Saçı bütünlükdə tutan papağı hicab əvəzinə taxmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Halal formada hazırlanmış qidaları yemək icazəlidir.

2.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1)Mənim anam ruhi xəstədir, o pak murdar halal haram bilmir. Yaşlı qadındır təharətə girib çıxandan sonra əlini yumur, evimizdə demək olar ki, pak yer yoxdu mənim namazlarımda ümumən paklığımda vəzifəm nədir?buna görə də vasvası olmuşam 2.burunun içi qulağın içi ağızın içi nəcasət olubsa necə paklamaq olar? Ümumiyyətlə qulağın içi burunun içi ağızın içi nəcasət olarsa namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Namaz qılınan yerin nəcis, lakin quru olmasa maneəsi yoxdur. Əsa odur ki, yaş olmasın. Lakin alının dəydiyi yer quru olsa da nəcis olmamalıdır.

2.Nəcasətin özünü aradan aparsaz paklanar. Əgər qulağın görünən hissəsi nəcisdirsə paklanmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam salafanda qalan ətin qanlı suyu üstünə sıçrasa nəcis sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər heyvanı kəsən zaman qanı adi qaydada xaric olubsa və heyvanın çapalamasına və qanının çıxmasına mane olunmayıbsa daxilində qalan qanı pak hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Daxili Qoşunlarda Bu Yaxınlarda işə Düzələcəm , Soruşdum Namaz Qılmağa İcazə Vermillər Mən Seçim Qarşısında Qalmışam, Ya iş Yada ki Namaz. Namazı Atsam Günah Etmiş olurammı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz hər bir halda qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Namaz Qılan Kişi Toyuq Kəsə Bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Heyvan kəsən şəxs müsəlman olmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Gecə Namazı necə qılınır? 2.Kişiyə qaşının ortasını aldırmaq haramdırmı? 3.Namaz qılmağa başlayandan bilmədən hansısa bir müctehidə təqlid etməmişəmsə Namazların hökmü nədir? 4.Bir movzuda bir muctehidə digər movzuda isə başqa bir müctehidə təqlid etmək olarmı? 5.Qeybət eləmək, başqa bir insanın arxasınca onun xoşuna gəlməyən şeylər danışmaqdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Gecə namazı 11 rikətdir. Onun 8 rikəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rikət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rikətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rikətli Şəfi namazı qılınır. Sonda isə 1 rikətli qunutu olan Vitr namazı əda edilir. (ətraflı məlumat üçün dua kitablarına müraciət olunsun)

2.Bu işin özü-özlüyündə haramlığı yoxdur.

3.Əgər etdiyiniz ibadətlər təqlid etməli olduğunuzun fətvaları ilə üst-üstə düşürsə düzgündür.

5.Namaz, oruc, həcc, xums və kimi şəri mövzularda ayrı-ayrı müctehidləri daha elmli və ya eyni bilsəniz fərqli şəkildə təqlid edə bilərsiniz.

6.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Saç düzümündə qərb modellərini yamsılamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu kimi məsələlərdə “haramlıq” meyarı, islam düşmənlərinə oxşamaq və onların mədəniyyətini yaymaqdır. Bu məsələ isə, ölkələrə, dövrlərə və şəxslərə görə dəyişir, həmçinin təkcə qərb ölkələrinə xas deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: “Muatat müamiləsi”ndə* də – istər alqı-satqıda, istərsə də başqa mübadilələrdə – “əqd müamiləsi” kimi müqaviləyə əməl olunmalıdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müqaviləyə əməl olunma baxımından “əqd müamiləsi” ilə “muatat müamiləsi” arasında fərq yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs xüms ili çatmazdan qabaq öz qazancından müəyyən məbləği borc vеrərsə və xüms ilindən bir nеçə ay keçdikdən sonra borcunu gеri alarsa, bu məbləğin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Borc vеrdiyi şəxsdən pulunu geri aldıqdan sonra borcun xümsünü vеrmək vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1) Səcdeyi-səhv hansı hallarda vacib olur? 2) Məğrib namazında ikinci rükətdə təşəhhüddən sonra səhvən salama başladım və salamı bitirib qalxdım üçüncü rükət yerinə yetirdim və namazı bitirib səcdeyi səhv etdim namazım düzgündür? 3) Bütün qüsl-lərdə təmiz su ilə pak edirəm bədənimi, qüsl alannan sonra dərhal sabunlanıb çimirəm əlavə özüm üçün, işkalı yoxdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1. Təşəhhüdü unutsa, səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığında şəkk edərsə.

Üç halda isə, ehtiyat-vacibə əsasən səcdeyi-səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.

Namaz əsnasında səhvən danışsa.

Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rəkətdə səhvən salam versə.

2.Bəli, düzgündür.

3.Xeyr, işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namaz qılan şəxs günaha başı qarışıb 2gün qüsl alıb namaz qılmasa dindən çıxmış sayılır ya yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ayaqyolunda olduğum zaman bir borudan su yerə damırdı və bədənimə sıçradı. Bədənim pakdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər suyun və ya yerin nəcis olmasına əmin deyilsinizsə, pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Ölünün paltarı pakdırmı? Yumaq lazımdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər nəcisə dəyməyibsə pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Dərs öyrətmək məqsədi ilə xanımlara səs yazıb göndərmək olar? Halallıq verməsəm də o birdən hansısa naməhrəm yanında səse qulaq assa günah kimin boynunadır? 2)Quran oxuyarkən mütləq baş bağlı olmalıdır? 3)Namaz qılarkən uşaq gəlib möhürü götürərsə o zaman əlimin üstünə namaz qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Səs yazmağınızın və göndərməyinizin özü-özlüyündə bir haramlığı yoxdur. Əgər naməhrəmin günaha düşmək qorxusu yoxdursa dinləməsi icazəlidir.

2.Xeyr, vacib deyil.

3.Əgər vaxtınız varsa namazı kəsib yenidən qılmalısınız. Vaxtınız dar olsa paltarınıza səcdə etməlisiniz. Bu da mümkün olmazsa əlinizin üstünə səcdə etmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Müctehid tərəfindən şəriət kitablarını dəstəmaz olmadan açıb oxumaq olarmı? 2.16 yaşıda oğlan hansısa bir naməhrəm qadınla sevgili ola bilərmi? 3.Namaz qılarkən dişləri fırçalamaq vacib olmasa da müstəhəbdirmi? 4.Camaat Namazı qılarkən axırıncı adamən yanında bir yer boş qalarsa Namaz düzgündürmü? 5.Gecə Namazının əvəzinə hər sübh 2 rükət hədiyyə Namazı qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bəli, özü-özlüyündə probelmi yoxdur.

2.Naməhrəmlə əlaqə əgər günaha düşmək və ya şəhvət qorxusu varsa və ya zarafatlaşmağa şərait yaradarsa haramdır.

3.Müstəhəbdir.

4.Maneəsi yoxdur.

5.Olar, lakin bu gecə namazını əvəz etmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Üstündə Allah yazısı olan boyunbağını koftamın üstündən taxıram dərimə dəymir yəni uzundu, bu halda dəstəmazsız taxmaq olmaz? Və ayaq yoluna girmək olmaz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmazsız taxmaq olar, ayaqyoluna girmək isə bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şam namazında 2 ya 3 rükət qıldığıma əmin deyiləmsə vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şam namazında rükətlərin sayında şəkk etmək namazın batil olmasına səbəb olur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı