www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Ögəy nəvə Ögəy babaya məhrəmdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir nəfərərdən iş əlati aldım? o alət də oğurluq idi. Alanda da bilirdim, ama sonradan başa düşdüm ki, düz etməmişəm. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sahibini tanıyırsınızsa ona təhvil verməlisiniz. Tanımırsınızsa və tapacağınıza da ümüdünüz yoxdursa alətin dəyəri qədər sahibi adından sədəqə verib, istifadə edə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Mən içki verilən toylara mağar qururam pulunan. icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər haram məclisin qurulmasına yardım etmək hesab olunursa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Bir xanım duldur. Bunun bir qızı var. Bu qadın digər bir kişi ilə evlənir və evləndiyi kişinin də bir oğlu var. Bu övladlar bir-birinə məhrəmdirlərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri cəhətdən bu övladlar bir-birinə naməhrəmdirlər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hamamda çılpaq halda çimmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar, lakin bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.bilməyərək azandan əvvəl namaz qılınarsa batildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namazın hamısı azandan öncə qılınıbsa batildir. Yəqinə çatdıqdan sonra, namaz qılarkən azan vaxtı daxil olubsa düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən həddi buluğa çatarkən namazın, orucun nə demək olduğunu bilmirdim. 2 il sonra anladım, başdadım, bu iki ildə qılmadıqlarımın,tutmadıqlarımın qəzası vacibdir? 2.Əvvəllər bəzi şeylərin qüsulu pozan amillər olduğunu bilmədən, qüsullu halda oruc tutub, namaz qılmışam. Bunların qəzası vacibdir? 3.Qəzaya qalmış orucları tutrkən ardıcıl tutmaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli vacibdir.

2.Namazların qəzası vadibdir, lakin oruclarınkı yox.

3.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər şam namazında şübhə edirəmsə dərstəmazım pozuldu ya yox, xiftəni qılmaqçun dəstamaz almalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Dəstəmaz alarkən ayağa məsh çəkmək əvəzinə, yumaq icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Əleykum. Duzlu balıq yemək haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yeyilməsi halal olan balıq növüdürsə haram deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, mən dəstamaz alanda çox şəkk edirəm. Elə bilirəmm pozulur neçə dəfə dalbadal alıram. Mən neynəyim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəkklərinizə etina etməyin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1.Təlaq nədir? 2.Dostum yoldaşından boşanıb, ayrı qalırlar, ama təlaq bilmir nə olan şeydi. Bunlar şəri baxımdan boşanmış sayılırlar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1.Kişi ilə qadın arasında oxunan kəbinin pozularaq, ər-arvadın boşanmasına şəri dildə təlaq deyilir.

2.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: salam aleykum. Atam gec namaza başlayıb, təxmini 15 il qəza namazı var. Mən atamın qəza namazlarını qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər atanız dünyadan gedibsə qəza namazlarını qıla bilərsiniz. Bu atanın böyük oğuluna vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Sərxoş insanın yanında durmaq, onunla söhbət etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri cəhətdən özü-özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam qunutu unutduqda rükudan sonra qunutu qəza etdikdə yenidən rüku etmək lazımdır ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Ömür sığortasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri baxımdan maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Namazda iqtida olunan şəxsin (yəni, pişnamazın) razılığı şərtdirmi? Məmuma iqtida еtmək düzdürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İqtida etməyin düzgünlüyü üçün pişnamazın razılığı şərt dеyildir. Camaat namazında məmum olan şəxsə iqtida еtmək düz dеyil.

Allahdan uğurlar diləyirik!
Sual: Ev almaq və ya digər məişət ehtiyaclarını almaq üçün ehtiyatda tədricən yığılan pula xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəxsin maddi durumunu nəzərə alaraq, əgər zəruri məişət ehtiyaclarını almaq illik gəlirdən ehtiyatda pul yığmaqdan asılıdırsa və ehtiyatda yığdığı pulu yaxın gələcəkdə (bir neçə gün ərzində) zəruri məişət ehtiyaclarını almağa sərf etməyi qərara alıbsa, ehtiyatda yığılan bu pula xüms düşmür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Qüsul alarkən öncə başımı bir müddətdən sonra da boynumu yuyuram. Bu müddət qüsulu pozurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Havaların soyuq olduğuna görə bövldən sonra özümü paklamamışam. Bu halda qıldığım namazların qəzası varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namaz qəza olana qədər bövlün məxrəcini paklamaq heç cürə mümkün olmasa və nəcis olmuş paltardan başqa heç bir paltarınız da olmazsa o halda namaz qılmağınızın maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı