www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, Bir şəxs ikinci rəkətdə qunut tutmağı unudarsa, ikinci rəkətin səcdəsində yadına düşərsə, üçüncü rəkətdə həmddən sonra qunut tutarsa namazın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qıldığı namazın problemi yoxdur, lakin qunutu unutduğunuz zaman ya ikinci rülətin rükusundan qalxdıqdan sonra edin, ya da ehtiyat-vacibə əsasən namazdan sonra qəzasını yerinə yetirin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Gözə karandaş çəkib dəstəmaz almaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədənə çatmasına menədirsə, dəstəmaz düzgün hesab olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Azan vaxdı qəzaya qalmış namazlardan qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Yeni ili qeyd etmek olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər Qərb mədəniyyətinin təbliği hesab olunmursa və digər haramlara da səbəb olmursa maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1.şəhvet hissi olmadan naməhrəm şəkilinə baxmaq və yaxud da kimisə tanımaq üçün sifətinə baxmaq olarmı? 2.İçki olan yerə məsələn, ad gününə getmək haramdırmı? 3.Namaz qılarken qiblenin azca fərqli olmasının problemi varmı??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Şəhvət və reybə olmadığı təqdirdə bu işin haramlığı yoxdur.

2.İçki və haram məclisə getmək icazəli deyil.

3.Bilərəkdən qiblədən fərqli dayanmaq olmaz. Lakin bilməyərəkdən olarsa 90 dərəcəyə qədər namaz düzgün hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Orucu yalnışlıqla pozan və bunu sonradan bilən şəxsə qəza vacibdirmi? 2.Qəza namazlarını günün istənilən saatlarında qılmaq icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Qadınların velisoped sürməsi icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınların ümumi yerlərdə və həmçinin naməhrəm önündə velisopet sürməsi icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qəfəsdə quş saxlamaq günahdır ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1.Əgər namazda qunut yaddan çıxsa rükuda yada düşsə ki,qunut tutulmayıb rükudan qalxıb təkbiri deyib qunut tuta bilərəm? 2.Əgər qunut yaddan çıxıbsa və rükudan qalxıb qunut tutaramsa birbaşa səcdəyə getməliyəm? 3.İstibradan sonra gələn mayenin pak olmağın necə müəyyən edə bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli.

2.Qunutdan sonra səcdəyə getməlisiniz.

3.İstibra düzgün şəkildə yerinə yetirilib və sidik kanalı boşaldılıbsa ondan sonra gələn maye pak hökmündədir və dəstəmazı da batil etmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən qurban nəzir etmişem keçən il. Ancaq pul artırıb kəsə bilmirik. Bu gunahdırmı? Hökmən borc xərc edib kəsimmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər nəzirin bütün şərtlərinə əməl olunubsa bu nəzir sizə vacibdir. Əgər xüsusi bir gün təyin etməmisinizsə imkanınız olan zaman bunu yerinə yetirə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: salam, xəstlənməmək üçün sipirti burnumuz ətrafına sürmək dini baxımdan necə qarşılanır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. İnsan beynindən şəhvani hisslər keçirtsə və sonra şəkk etsə ki,boynuna cənabət qüsulu gəlib ya yox həmin insan şəkkinə etina etməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Birin hamiləlik zamanı və süd vermə zamanı qəza orucunun, qəzasını tutmaq kifayətdi? Yoxsa hər bir günə 60 gün və kəfarə vermək lazımdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər oruc tutmamağı şəri cəhətdən üzürlü hesab olunan səbəbə görə olubsa qəzası kifayətdir, lakin ehtiyat-müstəhəb budur ki, hər gün qəza üçün 1 müd təam (750 qram) da verilsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər mobil telefonumuz nəcasət olubsa onu paklamaq üçün yaş əsgi və ya solfetlə silib tez qurulasaq pak olar telefon?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, yaş əsgi ilə silmək paklanmağa səbəb olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən namaza başlayandan 3 ay sonra bilmişəm ki kiçik bayıra getdikdən sonra su ile yuyunmaq lazımdır.həmin müddət erzinde qildiğim namazlarımin qəzasını qılmalyammi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Ata namaz qılmamış dünyadan köçübsə, böyük oğul nə etməlidi (Namazla bağlı) ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Atanın qəza namazı böyük oğula o halda ehtiyata əsasən vacib olur ki, ata onu üzürlü səbəbdən, məsələn, unutduğuna, yaxud yatıb qaldığına görə qılmamışdır və ya qıldığı namazlar hər hansı bir məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə şəriətə görə batil sayılır. Bu, onun həmin məsələni öyrənməkdə səhlənkarlığa yol vermədiyi (qasir cahil olduğu) hala aiddir. Ancaq bəzi namazlarını qəsdən qılmadığı, yaxud öyrənməkdə səhlənkarlığa yol verdiyi bir məsələni bilmədiyinə görə namazı batil olduğu təqdirdə onun qəzası böyük oğula vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Kredit vasitəsilə maşın almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Restoranda admenstrator işləmək olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin özü-özlüyündə problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1. Kitab əhlinə bir sözlə qeyri-müsəlmana Salam vermək olar? 2. Dəstəmazda məshi 1 dəfədən çox çəkmək olar? 3. Ayaqlara məsh etdikdən sonra dərhal corab geyinmək olar? 4. Siğədə qadının kişidən hər neçə yaş olsa da böyük olmasının eyibi var? 5. Sünni (Əhli-Sünnət) qadınla ailə həyatı qurmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bunun eybi yoxdur.

2.Dəstəmaz niyyəti ilə olan məsh, bir dəfə olmalıdır.

3.Bunun eybi yoxdur.

4.Xeyr, eybi yoxdur.

5.Əgər məzhəb və əqidənizə təhlükə ehtimalı varsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Hipnotizm caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məntiqi hədəfə görə və hipnoz edilən şəxsin icazəsi ilə olarsa, habelə, haram bir işlə yanaşı olmazsa, işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı