www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Qadınlar kişilərin güləş yarışına tamaşa edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınların güləş meydanında iştirak edib canlı şəkildə kişilərin güləş yarışına tamaşa etmələri, yaxud bu yarışı televizorda canlı yayımda izləmələri icazəli deyildir. Həmçinin əgər “ləzzət almaq” niyyəti, yaxud günah və fəsada düşmək qorxusu olarsa, icazəli deyildir. Qeyri hallarda isə işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Qeyri-islami hökumətdə vətəndaşlıq vəzifələrini yerinə yetirməyə icazə verilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu şərtlə icazə verilir ki, həmin vəzifənin özünə şəriətdə icazə verilir.

Allahdan uğurlar diləyirik!
Sual: Övladı olmayan bir kişinin həyat yoldaşının bətninə özgə kişinin spermasını yerləşdirməklə süni mayalanma aparmaq caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özgə kişinin sperması vasitəsilə qadını mayalandırmağın öz-özlüyündə problemi yoxdur. Lakin müqəddimə xarakterli haram işlərdən, o cümlədən, haram baxış, haram toxunuş və bu kimi işlərdən çəkinmək gərəkdir. Hər halda, əgər bu üsul ilə uşaq dünyaya gələrsə, həmin qadının ərinə aid olmur. Bu uşaq, sperma sahibi olan kişiyə, ana bətninə və yumurtaya sahib olan qadına aiddir.

Allahdan uğurlar diləyirik!
Sual: Orucun kəffarəsində qəza və kəffarə arasında tərtibə riayət etmək vacibdirmi, yoxsa vacib deyildir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Ev icarə edərkən adətən zəmanət ünvanında ev sahibinə bir qədər pul verilir. Əgər bu pul qazanc mənbələrindən olarsa və bir neçə il ev sahibinin əlində qalarsa, həmin pulu geri alarkən onun xümsü dərhal verilməlidirmi? Əgər ev icarə edən şəxs həmin pul ilə başqa bir ev icarə etmək istəyirsə, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu pula xüms düşür. Amma əgər ev icarəsi üçün bu pula ehtiyacı olarsa, o, möhlət ala və ehtiyacı aradan qalxdıqdan sonra xümsü verə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Ömür sığortasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəraxımdan maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Hansı hallarda namazın vaciblərini bilə bilə etməsən Namaz batil olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın hər hansısa vacibi (istər rükn olsun, istər qeyri rükn) bilərəkdən edilməsə namaz bati olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam zöhür namazını qıldıqdan sonra əsir namazının ikinci rükətində şəkk olunursa ki, dəstəmazda başa məsh çəkilib ya yox bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Şəkkinizə etina etməyin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, səhvən namazı 5 dəqiqə vaxtından əvvəl qılsaq, yenidən qılmalıyıq?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bütün namazı vaxtından öncə qılmısınızsa yenidən qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Mən namaz qılanda elə bilirəm namazım pozulur (yel vasitəsi ilə), ama dəqiq bilmirəm. Namazımı yenidən qılmalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, buna fikir verməyin.

Allahdan uğurlar diləyirik!
Sual: Sol ayağımın balaca barmağında bir balaca nöqtə miqdarında qaralıq var. Dəstəmaz yerinə təyəmmüm almaliyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmaz üçün digər barmaqlarınıza məsh edə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Məscid olmayan yerlərdə kitab əhlinin dini mbədlərində Namaz qıla bilərrəmmi ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam yataq otağında namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun şəri cəhətdən heç bir haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişi ayaq üstə yüngül bayıra gedib, istibrasız Namaz qıla bilərmi? Bəs oturaraq bövl etsə istibrasız Namaz qıla bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ayaqüstə bövl etmək bəyənilmir. Əgər istibra etməsəz və daha sonra nəmlik görsəniz, həmin nəmlik nəcis hesba olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qeyri musəlman qadınla kəbinsiz əlaqə yaratması düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlman kişi kafirlə (istər kitab əhli, istərsə də qeyri kitab əhli) evlənə daimi olaraq bilməz. Lakin kitab əhli olan qeyri müsəlmanlarla müvəqqəti əqd bağlaya bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam eleykum. Bütpərəst biri ilə alver etmək haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin özü-özlüyündə hamralığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mən tələbəyəm.Hər həftə 5 gün universitetə gedib gəlirəm yasadgm yerlə universitet arasında məsafə coxdur mən universitetdə olanda Namazımı qəsr qılmalıyam yoxsa bütöv?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə olan halda namazlarınız adi halda qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mənim sol ayağımın məsh edilməli yerində qana bənzər bir rəng var. Onu nə qədər sürtmüşəm təmizlənmir. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəcislik baxımından heç bir vəzifəniz yoxdur və pak hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Lotoreyalar almaq və yüksək məbləğdə pul uduşu qazanmaq halaldırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlmana mükafat məbləğini əldə etmək niyyətilə lotoreya biletlərini almaq olmaz. Lakin İslamda məqbul hesab edilən hansısa xeyriyyə layihəsi, məsələn xəstəxana, kimsəsizlər evi kimi müəssisələrin tikilişində iştirak etmək niyyəti ilə olduğu halda isə lotoreya biletlərini almaq (lotoreya oyunlarında iştirak etmək) olar. Bununla belə sözügedən müstəsna halın qeyri-müsəlman ölkələrində özünü doğrultması bir qədər həqiqətdən uzaq görünür. Çünki İslam şəriətində yasaq edilən bəzi iş və fəaliyyətlər həmin ölkələrdə xeyriyyə işi kimi qəbul edilir. Ancaq istənilən halda kafirlərin təşkil etdiyi lotoreya oyununda qalib gəldikdə mükafat məbləğini həmin əmlakı kafirlərin mülkiyyətindən qurtarmaq (münaqişəyə yol vermədən onların əlindən almaq tərc.) niyyəti ilə götürmək olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Dul qadınla qoruyucu ilə yaxınlıq etdikdən sonra həmən qadın müddət gözləmədən başqa kişiylə yenə mütə edə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, müddət gözləmək vacibdir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı