www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Aleykum, Bədənimdə yara var. Qüsul ala bilmirəm. Qüsul əvəzi təyəmmüm edib, dəstəmaz alıb namaz qılmışam. Yaralarım sağalandan sonra təyəmmümlə qıldığım namazları yenidən qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Etibarlı, adil nümayəndəyə xums verdikdə, qəbz gəlməsə də olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xumsun qəbzi vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam spirtli ətir istifadə etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam boynunda qəza namazə olan, atanın qəza namazlarını qıla bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Atası dünyadan gedibsə qıla bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam camaat namazında bilməməzlik üzündən Həmd və surəni imam camaatla bir yerdə təkralayıbsa namaz düzdurmü?
Cavab: Salam. Ayətullah Sistani-dətərxana: Bəli, düzdür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Namaza başlayarkən, fikirdə zöhrü niyyət edib, dildə səhvən əsr deyilsə, namaz qılarkən yada düşsə, namaz yenidən qılınmalıdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dətərxana: Xeyr, ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dərman kimi kirpi əti yeməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Zərurət halında mütəxəssis həkimin rəyi ilə yemək icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Təsbihati-ərbəənin əvəzinə həmd surəsi oxunarsa, həmddən sonra istiğfar (Əstəğfirullahə-Rəbbi və ətubu iləyh) demək olar? 2.Təsbihati-ərbəənin əvəzinə fəqət həmd surəsi oxunmalıdır? Digər sürə oxumaq olmaz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Zikr niyyəti ilə demək icazəlidir.

2.Xeyr, olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İnəklərdən süni yolla bala almaq Islama uygundurmu ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin özü özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 12 həftəliyində abort etmek olarmı?
Cavab: Sual: 12 həftəliyində abort etmek olarmı?

Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Abort etmək hər bir zaman haramdır. Anaya və ya körpənin həyatı təhlükədə olması istisnadır. (Xüsusi qeyd və şərtləri var)



Allahdan uğurlar diləyirik!
Sual: 1.Azan olan kimi Namaza başlamaq olarmı yoxsa Azan qurtarandan sonra başlamaq lazımdır? 2.Naməhrəm ilə sosial şəbəkə vasitesi ile yazışmaq ve yaxud da telefon vasitesi ile şəhvət hissi və zarafat olmadan danışmaq icazəlidirmi? 3.Övlad atası ilə ikisi birlikdə Namaz qılıb sözlərini birlikdə deyərlərsə camaat Namazı sayılırmə? 4.Müstəhəb Namazlar üzü qibləyə tərəf qılınmalıdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər namazın vaxtı daxil olubsa, olar.

2.Şəhvət və reybə olmazsa və digər fəsadların törənməsinə səbəb olmazsa bu işin haramlığı yoxdur.

3.Xeyr, bu camaat namazı hesab olunmaz.

4.Adi halda müstəhəb namazlar üzü qibləyə tərəf qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Məni aldadaraq, külli miqdarda pulumu alıblar. Mən bu itirdiklərimi xüms hesab edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam evdə ailəmlə yemək yeyərkən atam süfryə şərab qoyur mən süfrədən durmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İçki olan süfrədə oturmaq icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Mən üzümdə saqqal saxlamaq istəyirəm amma valideynim narazıdır. Nə edim? 2.Axirətə inancı olmayan insanın bişirdiyi yeməyi yemək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Az da olsa saqqal saxlamaq vacibdir.

2.Bunun özü özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən xaricdən telefon sifariş edib onu ölkədə baha qiymətə satıram. Bu işdə bir haram yoxdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kəbindən öncə əgər fikir ciddidirsə, kişi ilə qadın qucaqlaşa və ya əl-ələ tutmaq icazəlidir? Yoxsa hər bir halda kəbindən öncə haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işləri kəbindən öncə görmək haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, əgər möhürün üstü çox səcdə etməkdən çirklənibsə ona səcdə etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər möhürə səcdə etmək hesab olunursa icazəlidir. Yox əgər çirk həddindən artıqdırsa caiz deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun Əleykum 1.Mən Fazil Ləkaranin təqlidində qalmışam bu caizdirmi? 2.Qadın kişi diş həkiminə gedə bilərmi? 3.Bir ailəde kişi dindən tamamən uzaqdırsa xanım xristiandırsa bu ailəyə orucun kəffarəsini vermək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər onu ələm hesab edirsinizsə təqlidinizdə qalmalısınız.

2.Özü-özlüyündə problemi yoxdur.

3.Orucun kəffarəsi fəqirə verilməlidir. Fəqir illik xərclərinin əldə etdiyi gəlirdən çox olana deyilir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir nəfər namaza yeni başladıqda istibra haqqında məlumatı olmayıb, sonradan öyrənib. Onun əvvəl qıldığı namazları qəza etməlidirmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İstibra müstəhəb bir əməldir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.yuxuda cinsi əlagə görmək oyananda isə məninin xaric olmadığını görsə qüsul lazımdı ya yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı