www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: İstibradan sonra gələn pak mayeni necə müəyyən edə bilərəm ki bu pakdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İstibradan sonra xaric olan maye pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.1.Qadının hamilə qalmaması üçün vasitələrdən istifadə etmək haram deyil? 2.Cinsi əlaqədə olarkən gecikdirən kremdən istifadə haram deyil? 3.Yuxudan ayılarkən alt palrarında ağ ləkə görsən bunun məni olmasına əmin olmasan insana qüsul vacibdi? 4.Boynuna cənabət qüsulu gələrsə qüsul almağa şərait olmazsa təyəmmüm alıb bir neçe gün elə namaz qılmaq olar? 5.Cənabət olan zaman əyinde olan bütün paltarlar deyişilməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bunun özü-özlüyündə haramlığı yoxdur.

2.Bunun şəri cəhətdən haramlığı yoxdur.

3.Əgər şəhvət gətirən yuxu görməmisinizsə və ya məni olmasına da əmin deyilsinizsə sizə qüsul vacib deyil.

4.Əgər şəriətdə mötəbər sayılan üzürlərdəndirsə təyəmmüm almalısınız.

5.Xeyr, buna ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namaz qılarkən dişlərin arasında qalan qidanı udsam yemək hökmündə namazı pozar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şam Namazin qılmışam xiftən Namazını xəstə olub qılmamışam Sübh Namazına kimi qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məğrib və işa namazının vaxtı adi şəraitdə gecə yarısına qədərdir. Əgər adi şəratidə gecə yarısına qədər aılmazsa ehtiyat-vacibə əsasən əda və qəza niyyəti etmədən sübh azanına qədər qılmalıdır. Üzürlü səbəbə görə qıla bilməyənlər də sübh azanından öncəyə qədər qıla bilərlər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam,1. Namazda Fatihədən sonra istənilən sürələri oxumaq olar? 2. Namazda İxlas sürəsini ümumiyyətlə oxumamağın hökmü nədir? 3. Bir şəxs orucunu haram bir əməllə batil etdikdə, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Namazda Həmddən sonra bir bütöv surə oxunmalıdır. Əgər namaz qılan bilərəkdən vacib səcdəsi olan surəni oxusa namazı batil olar. Həmçinin Zuha surəsini oxuduqda İnşirah, Fil surəsini oxuduqda isə Qureyş surəsini oxumaq lazımdır. Yəni bu surələrin hər hansı birini oxuduqda, digərini də oxumaq vacibdir və bu 2 surə birlikdə 1 surə hesab olunur.

2.Adi halda Həmddən sonra bütöv bir surə oxunmalıdır.

3.Şəriətdə qeyd olunan kəffarələrin hamısını etməlidir (1 qul azad etmək, 60 gün oruc, 60 acı doyuzdurmaq). Hər üçünə gücü çatmazsa gücü çatdığ qədər etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mənim 30 ana qoyunum var. Quzularla birlikdə il boyunca nə qədər satsam da 40 baş xırda baş qalır. Zəkat vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəvə, inək və qoyunun zəkatının, deyilən şərtlərdən başqa, bir başqa şərti də vardır. O da, bütün il boyu çöl otundan otlamasıdır; buna görə də əgər ilin tamamını və ya bir qismini toplanmış otdan yeyərsə, yaxud sahibinin və ya başqasının mülkü olan əkindən otlarsa, zəkatı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Cinsi əlaqədə olduqda, ama məni xaric olmadan əlaqəni yarımçıq qoyulduğu zaman qüsul vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər insan qadınla cinsi əlaqədə olarkən alət, sünnət olunan yerə qədər və ya çox daxil olsa, məni xaric olmasa da, hər ikisi cünub olar.

Allahdan uğurlar diləyirik!
Sual: BU SUALIN CAVABI YENİLƏNDİ VƏ DƏQİQLƏŞDİRİLDİ Salam. 1.Kişi ağ saçlarına hansı halda rəng qoya bilər? 2.Müsəlman ölkələrindən gətirilən ov heyvanlarını quşlarını yemək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bunun şəri baxımdan haramlığı yoxdur.

2.Müsəlman ölkələrində istehsal olunan məhsulların istifadəsi icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: 1. Ağırlıqlarla idman etmək olar? Yəni ağır bir aləti istifadə edərək, əzələləri artırmaq olarmı? 2. Yeni ildə və ad günlərində ailə ilə bir masada oturub yemək yemək olarmı? 3. Ad günü olan bir insanı təbrik etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işlərin heç birinin özü-özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1)Salam. Bir nəfər oğurluq kafel satır ondan kafel ala bilərikmi? 2)Qadınlarla kişilərin eyni olduğu çimərliyə getmək? Və ya çimmək olarmı? 3)Bir qadınla neçə dəfə müveqqəti kəbin kəsmək olar? Və kəbinli olduğun müddətcə onun bütün xərcləri verilməlidirmi? 4)Döşəyə düşən sperma damcısını yumaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Oğurluq olduğuna əminsinizsə icazəli deyil.

2.Bu iş adətən günaha və fəsada, və həmçinin möminin abrının aradan getməsinə səbəb olduğu üçün, haramdır.

3.Müvəqqəti kəbin üçün müəyyən say təyin olunmayıb və kəbin müddətində qadının xərcləri kişiyə vacib olmaz.

4.Xeyr, vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Əmim yoldaşı naməhrəmdirmi mənə? 2.Naməhrəm qadın gorüşmək üçün əliniz uzatsa, şəhvət hissi olmada, hörmətsizlik olmasın deyə görüşə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bəli, naməhrəmdir.

2.Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Yara qanayarsa dəstəmazı və ya namaz əsnasında namazı batil edər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qan, dəstəmazı batil etməz. Əgər namaz əsnasında hansısa üzvünüzdən qan gələrsə, namazı bölmədən və namaz halından çıxmadan paklamaq imkanı varsa paklamalısınız. Əgər mümkün deyilsə və vaxtınız varsa, namazı bölməli, paklayandan sonra yenidən qılmalısınız. Vaxtınız yoxdursa və namaz qəzaya gedirsə həmin vəziyyətdə namaz qıla bilərsiniz, namazınız da düzgündür. (Bütün bunlar qan 1 dirhəmdən az olan hala aiddir. Əgər qan 1 dirhəmdən (təxminən 10 qəpik ölçüsündə) az olarsa, o halda namaz qılmağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum 1.Evli kişi başqa qadınla müvəqqəti nikaha girmək üçün hazırki arvadından icazə almalıdır? 2.Zina etdiyi qadınla indi müvəqqəti nikah bağlaya bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Xeyr, buna ehtiyac yoxdur.

2.Əgər zina etdiyi qadın evli və ya idde müddətində olmayıbsa, icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim çoxlu borcum var. Hər ay qaytarıram. Mənə xums düşürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özünüzün və ailənizin illik xərclərindən çox olarsa, çox olan qismin xümsü verilməlidir. Xüsmsü verməkdə çətinlik çəkirsinizsə müctehid və ya nümayəndəsindən bu barədə möhlət istəyə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Hipnotizm caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məntiqi hədəfə görə və hipnoz edilən şəxsin icazəsi ilə olarsa, habelə, haram bir işlə yanaşı olmazsa, işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs elə bir xəstəliyə tutulsa ki, həkimlər onun sağalacağından ümidlərini üzüb, tezliklə dünyadan köçəcəyini desinlər, bu şəxsin vəfat etməmişdən qabaq ürəyini, böyrəyini və bu kimi həyat əhəmiyyətli bədən üzvlərini götürüb başqa bir şəxsə köçürmək caizdirmi?
Cavab: Salam.. Ayətullah Xamenei-dəftərxana: Əgər bədən üzvlərinin götürülməsi onun ölümü ilə nəticələnərsə, onun qətlə yetirilməsi hökmünü daşıyır. Əks təqdirdə, əgər onun özünün icazəsi ilə olarsa, problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Sədəqə pulunun hökmu nədir? Verilən qəpikləmi çatdırmaq lazımdır, yoxsa bütöv pul etmək olar?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana: Xırda sədəqə pullarının bütövləşdirilməsi icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, ailəli adam başqa qadınla qeyri daimi əqd bağlaya bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Sənətim var, amma pulsuz işə götürmürlər yalandan bəhanələr gətirirlər, pulla işə düzəlməy haramdır? 2.Müasir paltaryuyan maşında pak olmayan paltarlar pak olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər haqqınızı yalnız bu yolla əldə edə bilirsinizsə eybi yoxdur.

2.Əgər nəcasətin eyni gedəndən sonra, boruya birləşən su paltaryuyan maşının içindəki paltarlara və maşının hər yerinə yetişsə və ondan ayrılıb və xaric olsa, pak olmasına hökm olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Oral əlaqə haramdırmı? 2.Masturbasiya haramdırmı? 3.Xanımlar uzun dırnaqla Namaz qıla bilərmi? 4.Ayağıma məsh çəkəndə tam yaş olmur. Düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Qadın narazıdırsa haramdır. Razı olsa belə şiddətli məkruhdur.

2.Bəli, haramdır.

3.İcazəlidir.

4.Əlinizdəki nəmlik ayağınıza da keçməlidir, tam olaraq yaş olmasa belə.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı