Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.
1. Namazların son səcdəsində zikirləri uzatmağın namaza maneəsi yoxdurki?
2. Bu gün Məişət əşyaları aldığım yerdən məbləğə uyğun olaraq 12 ədəd uduşlu lotereya bileti veribler. Mağaza daxili keçiriləcək. Bilmək istərdim ki, əgər nəsə udulsa halaldır yoxsa haram ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Xeyr, maneəsi yoxdur.
2.Bu işin haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: 16-17 yaşında hanısa bir naməhrəm qızı sevib və onunla evlənmək fikri olduğunda onunla danışmaq və gorüşmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəhvət və günaha düşmək qorxusu varsa haramdır. Zarafat və deyib gülmək də icazəli deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam mən əgər saqqal saxlasam anam məni oğulluqdan çıxardır. Ama üzümdə az bir qism tük saxlamaqa icazə verir. Mən nə etməliyəm? Atam da icazə vermir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Saqqal deyiləcək qədər tük saxlamağınız kifayətdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən 10 gündən az qalmaq niyyəti ilə səfərə çıxsam və bu səfər 10 günü keçsə, 10 gün keçendən sonra namazı adi qaydada qilmaliyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər 10 gün keçdikdən sonra daha 10 gün qalacağınızını dəqiq bilirsinizsə namazlarınız bütöv, əks halda qəsr qılınmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. Övladlığa götürdüyümüz uşaq böyüsə bizə naməhrəm olar?
2. Nəcis olan paltar yuyulduqdan sonra paklığına şübhə olduqda vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Övladlığa götürülən qızdırsa ataya, oğlandırsa anaya naməhrəmdir.
2.Əgər nəcis paltarı paladıqdan sonra nəcasətində şəkk etsəin şəkkinizə etina etməyin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Zina etmiş, lakin bakirə qalan yetkinlik yaşına çatmış qızla valideyinlərinin xəbəri olmadan mütə nigahı bağlamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bakirəliyi aradan getməyibsə atasının icazəli lazımdır.
Allahdan uğurlar diləyirik!
Sual: Siqaret çəkmək haramdırmı yoxsa məkruhdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gözə çarpacaq həddə ziyanı varsa və ya gələcəkdə olacaqsa haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Mən ələm müctehid tapa bilmirəm hamıya təqlid edirəm bu nə dərəcədə düzgündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məqsədiniz ehtiyata əməl etməkdirsə (möhtat olmaq), yəni təqlid mərcələrinin hamısının fətvaları ilə tanış olduqdan sonra müxtəlif məsələlərdə ən çətin fətva sahibinin göstərişinə əməl edirsinizsə bu, icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Əda namazı neçə km-dan sonra müsafir namazı olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gediş-gəlişi səkkiz şəri fərsəxdən (təqribən 44 km-dən) az olmamalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Ümumi hamamlara getmək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: salam aleykum. Əgər insanın ayıb yerlərini örtən paltarlar və ya uzərimizdə olan paltarlar nəcis bir şeyə bulanarsa həmin yer quruduqdan sonra namaza qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, paklamaq lazımdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Əgər evdə ata içki içəndirsə və süfrəyə şərab qoyursa süfrədə oturmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İcazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Bır adam ölübsə ona əzalarına hənut vurmaq yaddan çıxıb basdırıbsan bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qısa müddət sonra bunu anlasalar,, cənazə çürümətibsə və qəbri açmaq ona hörmətsiz kimi hesba olunmursa çıxarıb hənut vurmalıdırlar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xums günü çatanda gəlirivin xumsun çıxarmaq vacibdir amma şərait görə işlə bağlı maaşının gələcək aylarda az olacağını və əziyyət çəkəcəyini bilən adam da xumsun verməlidir ya gələcək günlərinə saxlamalıdır? Ya evinin damın düzəltməlidir indi qış ayı olduğunu görə işi saxlayır havanın isinməsini gözlüyür.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xumsun gec verilməsi üçün müctehiddən və ya nümayəndəsindən icazə almalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.
1.Neçə aylıq quzunu yemək olar ?
2.Ismayil qurbanı kəsilən qoyunun neçə ayı olmlıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Bunun üçün müəyyən bir müddət qeyd olunmayıb.
2.7 ayı bitməli və 8-ci aya daxil olmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam eleykum.Gozellik salonunda sac qas goz bezeyen qadinlari bayira bu cur buraxan qadinin qazanci haramdirmi ?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bunun şəri cəhətdən problemi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: salam aleykum. Xiftən namazı qılınarkən pişnamaza şam namazı niyyətiylə iqtida etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: 4 il olar ərimdən ayrılmışam. Bir evdə yaşayırıq, amma məni boşamır. Nə edim?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Müctehid və ya onun nümayəndəsinə müraciət edin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam secdeyi sehv nece qılınır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səcdeyi-səhvin göstərişi belədir ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti etsin və alnını ehtiyat-lazıma əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Ehtiyat-müstəhəb budur ki, səcdədə zikr deyilsin. Daha yaxşı olar bu zikr deyilsin: «Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh». Sonra oturmalı və təkrarən səcdəyə gedib, dediyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra «Əssəlamu ələykum» deməlidir. Buna «Və rəhmətullahi və bərəkatuh»-u da əlavə etməsi daha yaxşıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Ehtirası artıran dərmandan istifadə etmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!