www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Bəzi fəqihlər kitab-əhlini napak, bəziləri isə pak hesab edirlər. Sizin nəzəriniz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kitab-əhlinin zati napaklığı məlum deyildir. Bizim nəzərimizə görə, onlar zati paklıq hökmündədirlər.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Tikintidə işləyən bir fəhlənin işlədiyi evlərdə suyun qəsbli olub olmadığını axtarmaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oyandığım zaman maye görürəm. Qüsulun vacib olub-olmadığını necə təyin edim?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məninin (spermanın) şərtləri (iyi, rəngi və digər xüsusiyyətləri) hiss olunursa qüsul vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadınla arxadan hansı hallarda əlaqədə olmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın razı deyilsə haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. İnək, qoyun, əti halal olan heyvanları kəsdikdən sonra qarnından balası çıxsa həmin heyvanın ətini yemək olar? 2.Daimi evlilik üçün kəbin etməyə kişi və qadın özləri gedə bilərmi? Yoxsa onlarla yanaşı kimsə getməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əti halal olan heyvanı kəsdikdən sonra qarnından ölü heyvan çıxsa və ya çıxarılsa ətini yemək haramdır.

2.Əqddə şərt olan qızın atasının razılığıdır. Dediyiniz məsələnin önəmi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Mən rəfiqəm üçün süni mayalanmaya donar ola bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri cəhətdən özü-özlüyündə icazəlidir. Lakin iş prosesində digər harmalardan çəkinək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Ailəli kişi ilə müvəqqəti kəbin kəsdirə bilərəmmi? 2.Düzdür ki, əgər müvəqqəti kəbində cinsi əlaqə olmasa iddə gözləməyə ehtiyac yoxdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli, icazəlidir.

2.Bəli, ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər pişnamaz işa namazının üçüncü və ya dördüncü rəkətində, məmum isə ikinci rəkətində olsa, məmumun Həmd və Surəni ucadan oxuması vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunan şəraitdə, Həmd və Surəni ahəstə oxuması vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Bir yerdə uzun illәr qalmaq istәyәn şәxs, orada neçә il yaşamağı niyyәt etməlidir ki, o yer onun üçün vәtәn hökmündә olsun? Orada sırf yaşayış niyyətilə, ya işləmək niyyətilə və yaxud hər iki niyyətlə qalmağın arasında bir fərq varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Әgәr orada yeddi-sәkkiz il yaşamaq niyyәtində olarsa, bu, o yerin vәtәn hökmünü alması üçün kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Bəzi kişilər çənələrindəki tükü saxlayıb, üzün qalan hissələrindəki tükü qırxırlar. Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Saqqalın bir hissəsini qırxmaq, onu bütünlüklə qırxmaq hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: İnsan həyatda ikən bir mülk olaraq özünə qəbir ala bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qəbrin yeri bir başqasının şəri mülkü olarsa, bu yeri almağın işkalı yoxdur. Amma əgər qəbrin yeri möminlərin dəfn edilməsi üçün vəqf edilən torpaq sahələrinin bir hissəsi olsa, insanın bu yeri alması və özü üçün saxlaması düzgün deyildir. Çünki ölüsünü dəfn etmək üçün başqasının həmin yerdən istifadə etməsinin qarşısını alır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qripləyəndə burundan gələn su dəstəmazı və namazı batil edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Namazın vacibliyini bilib namaz qılmayan kafir hökmündədirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, günahkar olsa da kafir hesab olunmaz.

Allahdan uğurlar diləyirik!
Sual: İstimna etmək haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, sualım belədir ki, bir qadın dözülməz zülmlərə görə ərindən ayrılıb. Artıq 2 ildir ki bir-biriləri ilə əlaqələri kəsilib. Qeyd edək ki, kişi onu boşamayıb sadəcə ayrılıblar həmişəlik. 2 ildir əlaqələri tamam kəsilib. Bu halda bunların nigahı pozulmuş olur? Yəni bu qadın başqası ilə əqd edə bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, şəri olaraq boşanmış hesab olunmurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən niyyət edirəmki Qızım Olsa adını Xədicə Qoyacam And içmişəm Allaha. Amma indi qonşumuzda o adan var Həmdə ən Çox daha Zeynəb adını qoymaq istəyirəm. Zeynəb adı qoysam andımı pozub günah etmiş olaram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Allahın adına və ya sifətlərinə edilən andlara əməl olunmalıdır. Andı pozmağın kəffarəsi isə 10 acı doyuzdurmaqdır. Əgər bunu edə bilməsəz 3 gün dalbadal oruc tutmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Alekum. Mən axşam yatarkən gecə aylıb Cümə Qüslunu rəca niyəti ilə almaq və Cənəbat qüsulu almaq filrim vardı və gecə ayıldım Qüsulu aldım amma hamama girərkən nə qüsullarını almaqı demək yadımdan çıxdı. Amma qüsul niyyəti ilə getmişəm. Yeni Qüsul almalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Niyyət yəni, insan nə etdiyini bilsin. Dilə gətirmək zəruri deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir naməhrəm qadınla evlənmək fikri oluğunda onunla əl-ələ tutuşmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kəbinsiz icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Şəri hakim dedikdə məqsəd nədir? Yəni kəbin edən (kəsdirən) molla?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müctehid və ya onun nümayəndəsi.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Əgər namaz qilarkən önündə şəkil, fiqur və ya uşaqlar üçün yumuşaq heyvan oyuncaqları varsa ve həmçinin televizorun düz önündə və televizor işlək vəziyyətdə olarsa namaz batildirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı