www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam 1.İşle bağlıdı əlimdə sənətim var. Sənətimi də yaxşı bilirəm, amma pulsuz işə götürmürlər yalandan bəhanələr gətirirlər, pulnan işə düzəlmək haramdır? 2.Müasir paltaryuyan maşınında pak olmayan paltarlar pak olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər öz haqqınızı başqa cür ala bilmirsinizsə bu işin haramlığı ortadan qalxar.

2.Əgər nəcasətin eyni gedəndən sonra, boruya birləşən su paltaryuyan maşının içindəki paltarlara və maşının hər yerinə yetişsə və ondan ayrılıb və xaric olsa, pak olmasına hökm olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Namazın rüknləri hansılardı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Niyyət, təkbirətul-ehram, qiyam (təkbirətul-ehram və rükudan öncəki qiyam), rüku, iki səcdə.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, əlcəklə namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum/ Mən iş tapmışam. Məcburiyyətdən bu işə gedirəm. Orda da üzü təmiz qırxmağı tələb edirlər. Mən üzümü lezva ilə qırxsam haramdı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər zərurətdən bu işlə məşqulsunuzsa haramlığ hökmü aradan qalxır.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər müsafir vətənindən çıxsa və elə bir yol ilə hərəkət etsə ki, həmin yolda öz əsil vətənində çəkilən azan səsi eşidilir və ya evlərin divarları görünür, bu, şəri məsafənin qət olunmasına zərər yеtirərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Öz vətənindən keçməyənədək, şəri məsafənin qət olunmasına zərər yеtirmir və onun qət etdiyi məsafə şəri məsafədən hesab olunur. Lakin o, vətəni ilə tərəxxüs həddi arasındakı məsafədə müsafir hökmündə deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Müamiləni pozmaq haqqı yaranmadan satıcı müamiləni poza bilərmi? Müamilə və alış-veriş reallaşdıqdan sonra satıcı satılan əşyanın qiymətini artıra bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yuxarıda deyilən işlərin heç birini görə bilməz.

Allahdan uğurlar diləyirik!
Sual: Еvdə ğinaya qulaq asmaq caizdirmi? Şəxsdə təsir qoymadığı təqdirdə, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ğinaya qulaq asmaq bütün hallarda – istər еvdə təklikdə qulaq asılsın, istərsə də başqalarının yanında, istər şəxsdə təsir qoysun, istərsə də təsir qoymasın – haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Yerə ayaq döymə rəqsinin hökmü nədir? (Bu, milli bir rəqsdir. Belə ki, bu rəqsi icra edənlər qollarını bir-birinə keçirir və atılıb-düşməklə və müəyyən bədən hərəkətləri ilə birlikdə ayaqlarını həmahəng şəkildə yerə döyürlər. Beləcə, uca və münəzzəm bir səs yaranır.)
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu, ürfün nəzərində rəqs hesab olunarsa, rəqs hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Mən bu vaxta qədər еvlənməmişəm. Gələcəkdə istifadə еtmək üçün еhtiyaclı olacağım malları indidən alıb еhtiyat saxlamağım caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İllik gəlirdən ehtiyata yığılan pul, əgər bir neçə gün sonra izdivacın zəruri xərci üçün istifadə ediləcəksə, xümsü yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Mütəxəssis həkimlər yeni metodlar və aparatlardan istifadə edərək hamiləlik dövründə dölün qüsurlarını müəyyən edə bilirlər. Dünyaya gəldikdən sonra qüsurlu fərdlərin həyatda qarşılaşdıqları çətinlikləri nəzərə alaraq, mütəxəssis və etibarlı həkimin qüsurlu hesab etdiyi dölü saldırmaq caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ana bətnində hansı mərhələdə olmasından asılı olmayaraq, sırf qüsurlu olduğuna və dünyaya gəldikdən sonra həyatda müəyyən çətinliklərlə qarşılaşacağına görə dölü saldırmaq caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Diskdən ğina musiqiləri dinlənilən məclislərdə iştirak etməyə icazə verilirmi? Əgər şəxs musiqinin ğina olmasında şəkk edərsə, habelə, diskin oxutdurulmasının qarşısını almaq imkanı olmazsa, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ğina məclisində, eyş-işrət və günah məclislərinə uyğun olan musiqi məclisində iştirak etmək belə musiqiləri dinləmək və ya onları təsdiqləməklə nəticələnərsə, belə məclislərdə iştirak etmək caiz deyildir. Amma əgər musiqinin ğina və ya günah məclislərinə uyğun musiqi olduğuna şəkk olunarsa, belə məclisdə iştirak etmək və belə musiqiləri dinləməyin öz-özlüyündə işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Kişinin kişi və qadının qadın qarşısında, yaxud da kişinin qadınlar və qadının da kişilər qarşısında milli rəqsi icra etməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib ehtiyata əsasən, kişinin rəqs etməsi haramdır. Qadının qadınlar qarşısında rəqs etməsi isə, əgər bu rəqs günah ünvanını kəsb etsə, məsələn, qadın məclisi rəqs məclisinə çevrilsə, məhəlli-işkaldır və vacib ehtiyata əsasən, bu iş tərk edilməlidir. Qeyri halda da, əgər rəqs şəhvəti təhrik edəcək bir tərzdə olsa, yaxud bu işin fəsadı olsa, yaxud haram bir işlə (məsələn, haram musiqi və avazla) yanaşı olsa, yaxud da naməhrəm bir kişinin qarşısında olsa, haramdır.

Allahdan uğurlar diləyirik!

Sual: Pişnamazın dayandığı yerin iqtida edənlərin məkanından hündür olmaması məsələsinə riayət еtməmək məmumların namazını batil еdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər pişnamazın dayandığı məkan iqtida edənlərin məkanından şəriətdə icazə verilən həddən artıq hündürdə olsa, camaat namazı batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Gələn ilin Ramazan ayınadək orucun qəzasını tutmağın vacib olduğunu bilməyən şəxs, əgər orucunun qəzasını təxirə salsa, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gələn ilin Ramazan ayınadək orucun qəzasını tutmağın vacib olduğunu bilməmək, təxirə görə ödənilən fidyənin mükəlləfin üzərindən götürülməsinə səbəb olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Sübh namazının qəzasını qılmaq istədikdə, qiraət uca səslə oxunmalıdır, yoxsa ahəstə?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sübh, məğrib və işa namazlarının istər ədasında, istərsə də qəzasında (hətta qəzalar gündüz vaxtı qılınsa bеlə) Həmd və Surəni uca səslə oxumaq vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Toy mərasimlərində qadınların dəf çalmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Musiqi alətləri ilə Allah yolundan azdıran ləhvi musiqinin çalınması caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər şəfqət bacısı naməhrəm kişinin, yaxud əksinə, tibb qardaşı naməhrəm qadının nəbzini yoxlamaq, təzyiqini ölçmək və ümumiyyətlə, xəstənin bədəninə toxunmağa ehtiyac duyulan bu kimi işləri tibbi əlcək geyinərək yerinə yetirə bilərsə, bu işləri tibbi əlcək geyinmədən yerinə yetirməsi caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər xəstənin müayinə və müalicəsi zamanı tibbi əlcək geyinmək mümkündürsə və ya bu işləri paltarın üstündən görmək mümkündürsə, şəfqət bacısının naməhrəm kişiyə, yaxud əksinə, tibb qardaşının naməhrəm qadına toxunmasının zərurəti yoxdur və buna görə də naməhrəmə toxunması caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər müsafir vətənindən çıxsa və elə bir yol ilə hərəkət etsə ki, həmin yolda öz əsil vətənində çəkilən azan səsi eşidilir və ya evlərin divarları görünür, bu, şəri məsafənin qət olunmasına zərər yеtirərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Öz vətənindən keçməyənədək, şəri məsafənin qət olunmasına zərər yеtirmir və onun qət etdiyi məsafə şəri məsafədən hesab olunur. Lakin o, vətəni ilə tərəxxüs həddi arasındakı məsafədə müsafir hökmündə deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Islam dinindən xaric olmuş bir insandan bir miqdar pul götürmək olarmI?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Biz bir məkanda işləyirik. işlədiyimiz ev sahibi dövlət işçisidir. bu evə qeyri qanuni su çəkilib. biz də bu islediyimize sudan ehtiyaclarımızı qarşılamaq ücün iş saatı ərzində istifadə edirik. Düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun qanunsuz olduğunu bilsəniz istifadə edə bilməzsiniz.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı