www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. 1.Oğulun atası ilə büdcəsi və yığımı eynidir. Oğulun büdcəsinin və yığımının son sərəncamçısı atasıdır. Atası xums verən deyil. Oğul isə xumsun vacibatını qəbul edir. Atası qəlbən razı deyilsə və qəlbən icazə vermirsə oğul gəlirdən xums ödəyə bilərmi? 2.Əvvəllər yığım milli valyutada olub və həmin valyutada hesablanıbdır. İndi pul yığımı xarici valyutadadır. Xums ili çatanda xums dəyəri hesablanan zaman hansı valyutada hesablanmalıdır? 3.Seyyidə xumsu verəndə bunun xums ödənişi olduğunu demək vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Öz pulunuzun xumsunu çıxarmaq sizə vacibdir.

2.Hazırda əlinizdəkilər hansı pul vahidi ilədirlərsə.

3.Xeyr vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ağaca səcdə etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ağacdan ayrılmış və taxta hesab olunan şeyə səcdə etmək olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Mən bilmirdim ki, şəhəri cıxandan sonra orucu açmalısan. Mən səfərə çıxacağımı bildiyim an orucumu açmışam. Kəffarə vacib olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, qəzadan əlavə kəffarə də vacib olur.

Allahdan uğurlar diləyirik!
Sual: Mən rükuya getməmişdən qabaq sabit diyana bilmirəm demək olarki. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmddən sonra surənin sonunda qiyam halında olmanız kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Namazda müstəhəbb olan zikrləri səhv deyib, səhvini bilərəkdən düzəltməsə, məsələn: Təkbiri düzgün deməsə və düzgün demədiyini bilib, yenidən həmin kəlməni təkrarən düzəltməsə, bu səhvliyin nəsə problemi var?
Cavab: Salam. Ayətullah Xamemei-dəftərxana: Bundan öncəki namazlarınız üçün problem olmasa da, bundan sonra düzgün tələffüz etməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Səfərdə namaz qəza olubsa, onu vətənə Qaydandada səfər namazı kimi qılmalıyıq? 2.Evə balıq alıb gətirilərkən balıq sağ olsa başını kəsmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli.

2.Bəli.

Allahdan uğurlar diləyirik!

Sual: Su quyusunda ölmüş heyvan gördükdə, həmin suyun istifadəsi hansı halda (pak) halal olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İyi, dadı, rəngi suya keçməyibsə nəcis olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, bir adam dəstəmazda üzü üç dəfə yumağın batilliyini bilməyib, bu halda dəstəmaz alaraq namaz qılıb. Sonradan ona deyilib ki, bu dəstəmaz batildir. Həmin şəxs səhv etdiyini anlayıb. Bu adam həmin batil dəstəmazla qıldıqları namazları təzələməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər bir şəxs ticarətnən əlaqədar səfərə cıxırsa bu səfərin müddəti bir gün çəkir. Bu səfər ayda üç və yaxud da dörd dəfə olur bu zaman namazları səfər bilinir yoxsa ki, bütöv?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Həftə ərzində 2-3 dəfə səfər çıxan şəxs səfərdə namazını həm bütöv həm də qəsr qılmalıdır. Bundan az olduğu təqdirdə qəsr qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qüsul aldıqdan sonra dəstəmaz almaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cənabət qüsulundan sonra dəstəmaz alınmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam skumbiriya balığı halaldi ?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Araşdırmalara görə bu balıq pulunu dənizdə tökür. Əgər dediyiniz həmin balıqdırsa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Bütün vacib qüsllardan sonra, dəstəmaz almadan namaz qılmağ olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, yalnız cənabət qüsulu zamanı dəstəmaza ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər bilmədən arxası qibləyə namaz qılmışıqsa onun qəzası varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namaz qəza olmamış bunu anlasınız namazınızı təzələməlisiniz. Namaz qəza olsa belə ehtiyat-vacibə əsasən təzələnməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Mənim cinsiyyət orqanımın üstün tez tez qanıyır. Onu təmizdəyirəm ama yenədə qaniyır. Həmin yerin üzəri saxalanacan həmin yer qanlı qala bilərmi? 2.Mənim dırnağımın altında nə olduğunu bilmədiyim qırmızılıq var. Nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Qanı əlinizdən gəldiyincə paklayın, lakin çətinlik olan və yaranın sağalmasına mane olacaq qanın təmizlənməsinə ehtiyac yoxdur.

2.Əgər dırnağınızı kəsdiyiniz zaman suyun bədənə çatmasına mane olmursa problemi yoxdur.

Allahdan uğurlar diləyirik.
Sual: Salam. Qohumlarımızdan rəhmətə gedən şəxsin qəza olan ayət namazlarını qıla bilərəmmi? Bunun niyyəti necə olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli qıla bilərsiniz. Niyyətiniz "filankəsin qəza ayət namazlarını qılmaq" olması kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazların sözlərinin çoxsunu düz deyə bilmirəmsə namazlar bu formada qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Düzgün tələffüz etmək üçün əlinizdən gələni etməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Bir şəxsdə 15 ci əsrdə yazılşım müqəddəs İncil kitabı var .deyir 1ci Pyotron əmri ilə yazılmış 3 nüsxədən biridir. sualım odur ki bu kitabı satmağın günahı varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu kitabın satılmasının özü-özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.İstibra edərkən sidik kanalının boşalmasına tam əmin olmaq üçün dəllək kəsən yerə qədər 3 dəfədən artıq məsələn,4-5dəfə və daha artıq çəkmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Mən nişanlanmışam və kəbin də kəsdirmişəm. Sualım budur ki, mən telefonla danışan zaman məndən məni ifraz olunur. Bu nəcis hesab olunur və qüsula səbəb olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər mənidə olan əlamətlər (bədənin süstləşməsi, atılıcılıq və şəhvət hissi ilə gəlmək kimi) olarsa məni hökmündədir və nəcisdir. Yox əgər bu xüsusiyyətlər olmazsa məzi adlanır və pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namazın sözlərinin tələffüzündə səhv deyilibse qıldığı namazların hökmü nədir ? 2.Mən təyəmmüm alanda 2 dəfə əllərimi alnıma çəkib sonra əllərimə bir dəfə çəkirdim. Bu təyəmmüml qıldığım namazların hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Problemi yoxdur.

2.Problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı