www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, ana uşağa süd verir, indi südündə mikrob çıxıb. Həkim dərman yazıb, spirtlidi. O mikrobu başqa dərman sağalda bilmir. Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın güləş yarışmasına əgər şəvəti təhrik etməssə stadiyonnan və ya televizordan canlı və ya təkrarına baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Fəsada səbəb olarsa və ya qadının bədəni çılpaq halda olarsa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1.Ovlanılan quş əgər sağdırsa, başını bədənindən əlimizlə ayıra bilərik? Yoxsa şərtdir ki, kəsici alətlə başını üzək? 2. Rukuya gedib zikri dedim amma zikrin son hərfini deməmiş, səhvən rukudan qalxdım (tələsdim). Bu zaman nə etməliyəm? 3. Namazın bəzi vacib olan sözlərini nəfəs çatmadığından, hava (oksigen) qəbul edə-edə deyirəm. Problemi varmı? 4. Pişnamaz zöhr namazında həmd və surəni bilərəkdən və ya səhvən ucadan oxusa, namaz batil olur? Əgər batil olursada, iqtida edənlərin namazı da batil olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Heyvana çatanda ölmüş olmalıdır və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olarsa başı şəritərə uyğun şərtlərlə kəsilməlidir.

2.Bu işin səhvən görmək namaza zərər yetirməz.

3.Xeyr, lakin sözlərin düzgün tələffüzünə mane olmasın.

4.Bilərəkdən etməsi namazını batil edər və ona iqtida etmək olmaz. Səhvən etməyi isə maneəsizdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər biz başqa ölkəyə qonaq getsək həmin yerdə namazlarımızın qəzasını qıla bilərik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli qıla bilərsiniz. Lakin namazların qəzası olduğu kimi qılınmalıdır. Bütöv şəkildə qəza olunubsa bütöv, qəsr halda qəza olunubsa qəsr qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Bilmək istərdim ki, bir nəfər oğurluq kafel satır ondan kafel ala bilerikmi? 2)Qadınlarla kişilərin eyni olduğu çimərliyə getmək və ya çimmək olarmı? 3)Birr qadınla neçə dəfə müvəqqəti kəbin kəsmək olar? Və kəbinli olduğum müddətdə onun bütün xərcləri verilməlidirmi? 4)Döşəyə düşən sperma damcısını yumaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Malın oğurluq olduğuna əminsinizsə ala bilməzsiniz.

2.Bu cür hallar adətən fəsada səbəb olur deyə icazəli deyil.

3.Bunun müəyyən sayı yoxdur. Xeyr, bu sizə vacib deyil.

4.Xeyr vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın dublyonkasınn yaxasında tülkü xəzi var. Bundan istifadə etməyə icazə varmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu paltardan istifadə etməyin özü-özlüyündə problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Pişnamazın dayandığı yerin iqtida edənlərin məkanından hündür olmaması məsələsinə riayət еtməmək məmumların namazını batil еdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər pişnamazın dayandığı məkan iqtida edənlərin məkanından şəriətdə icazə verilən həddən artıq hündürdə olsa, camaat namazı batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs səhvən namazın bəzi əməllərini digərinin yеrində yerinə yetirsə, yaxud namaz əsnasında hər hansı bir yеrə baxsa və ya səhvən danışsa, namazı batildirmi? Onun vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazda səhvən baş vеrən əməllər namazı batil еtməz, bəzi hallarda səcdеyi-səhvə səbəb olar. Lakin namazın bir rüknü azaldılsa, yaxud çoxaldılsa, namaz batil olar.

Allahdan uğurlar diləyirik!
Sual: Vəqfin xüsusi cümlələrini (siğəsini) dildə tələffüz etmək, vəqfin düzgünlüyündə şərtdirmi? Əgər şərtdirsə, bu cümlələri ərəbcə demək şərtdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vəqfin xüsusi cümlələrini dildə tələffüz etmək şərt deyildir, çünki onun “muatat” (hеç nə dеmədən vеrib-almaq) ilə də gerçəkləşməsi mümkündür. Həmçinin bu cümlələri ərəbcə demək şərt deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs camaat namazının üçüncü rəkətində namaza qoşulsa, lakin namazın birinci rəkətində olduğunu güman edib heç nə qiraət etməsə, namazı yеnidən qılmalıdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər rükudan öncə səhvini başa düşsə, Həmd və Surəni qiraət etməlidir. Lakin rükuda ikən başa düşsə, namazı düzdür və heç nə ona vacib olmur. Amma qiraəti səhvən tərk еtdiyi üçün müstəhəb ehtiyata əsasən, iki səcdеyi-səhv yerinə yetirməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Paltarımın nəcis olmasına şəkk etsəm, o paltarla qıldığım namazlar batildirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcis olub-olmamasında şəkk olunan paltar pak hökmündədir və onunla qılınan namazlar səhihdir.

Allahdan uğurlar diləyirik!
Sual: Üstündə xarici dildə sözlər yazılan və ya xarici şəkillər həkk edilən geyimləri geyinməyə icazə verilirmi? Belə geyimlər qərb mədəniyyətinin təbliği hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ictimai fəsadı olmazsa, belə geyimləri geyinməyin öz-özlüyündə işkalı yoxdur. Amma belə geyimləri geyinməyin islam mədəniyyətinə zidd olan qərb mədəniyyətinin təbliği hesab olunub-olunmamasına gəlincə, bu məsələ camaatın (ürfün) nəzərinə həvalə edilir.

Allahdan uğurlar diləyirik!
Sual: Öz aylıq əmək haqlarını müştərək şəkildə еv xərclərinə sərf edən ər-arvad xüms ilini müştərək olaraq təyin еdə bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onların hər birinin ayrılıqda öz qazancları etibarilə xüms ili olmalıdır və onların hər biri xüms ilinin sonunda əmək haqlarından və illik qazanclarından artıq qalan hissəsinin xümsünü vеrməlidirlər.

Allahdan uğurlar diləyirik!
Sual: Vəsiyyət etmək vacibdirmi? Belə ki, əgər insan vəsiyyət etməzsə, günah işlədibmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər başqaları onun yanında əmanət qoyublarsa, yaxud onun boynunda “həqqünnas” (camaatın haqqı) və ya “həqqüllah” (Allahın haqqı) vardırsa və həyatda ikən onları ödəyə bilməyibsə, bunlar xüsusunda vəsiyyət etməsi vacibdir. Qeyri hallarda isə, vəsiyyət etmək vacib deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Pişnamazın dayandığı yerin iqtida edənlərin məkanından hündür olmaması məsələsinə riayət еtməmək məmumların namazını batil еdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Əgər pişnamazın dayandığı məkan iqtida edənlərin məkanından şəriətdə icazə verilən həddən artıq hündürdə olsa, camaat namazı batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam ağizdan söyüş çıxsa dəstəmaz batildir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. Dəstəmazı batil edən şeylər kitablarda mövcuddur.

Allahdan uğurlar diləyirik!
Sual: Bir övladı olan qadın boşanıbsa və özünə övladına özü işləyib baxırsa, özü öz qərarlarını verə bilirsə, Bu qadının yenidən evlənmək üçün atasından icazə alması vacibdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Xanımla mazaqlaşarkən və ya şəhvətə səbəb olan söhbətlər edərkən, kişidən xaric olan maye nə hökmündədir? Qusulu pozurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu maye məzi adlanır və pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum, üzr istəyirəm bağışlayın bu sualıma görə, pozğun bir qadınla müvəqqəti nikah bağlamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş şiddətli məkruhdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Mən səhvən səfərdə olarkən səfər namazı deyil tam formada qıldım, namazımı təzələməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən namazınızı təzələməlisiniz.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı