www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam alekum 1.Yəhudi istehsalı olan məmulatlardan istifadə etmək olarmı? 2.Dəstəmazdan sonra burundakı çirki temizlənərsə dəstəmaz pozulur? 3 Dırnaq altında qalan çirk dəstəmaza qusula mane olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər həmin mallara pul xərcləməyinizin islam düşmənlərinin güclənməsinə səbəb olacaqsa haramdır.

2.Xeyr.

3.Çirk dırnağın altındadırsa eybi yoxdur. Lakin əgər dırnağı kəsəndə çirk yenə də qalarsa və ya dırnaq həddindən artıq uzun olarsa çirk aradan aparılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Səhvən qəsr əvəzinə namazı tam qılsaq, vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namaz qəza olmamış anlasanız yeniləməlisiniz. Vaxt keçdikdən sonra anlasanız ehtiyat-vacibə əsasən təzələməlisiniz.

Allahdan uğurlar diləyiri!
Sual: Salam, dəstəmaz alarken dəstəmazın suyu ayaqyoluna gedərse bu günahdır? Yəni çox evlərdə kanalizasiya eynidi. Mətbəx ilə ayaqyolunun yolu eynidir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Bu işin şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam,ikinci arvad almaq daimi kəbinlə caizdir ya caiz deyil?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İcazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, bilmədən həmddən sonra ixlas əvəzinə, hər iki rəkətdə başqa surələri oxudum. Hökmü nədir və bu hallarda nə etməliyik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmddən sonra sırf ixlas surəsini oxumaq zəruri deyil. Dİgər surələri də oxuya bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum üzr istəyirəm narahat edirem.Mənim valideynim Hüseyniyyəyə getməyə izn vermir.Bəzən deyir ora getməyi halal etmirem.Onların bu sözlərinə əməl etməliyəm yoxsa ora gedə bilərəm.Orada gözəl xütbələr ve imam məclisləri olur.Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Valideynin sözünə əməl etmək vacibdir (Allahın vacib buyurduqlarlndan uzaqlaşdırmadıqda və haramına məcbur etmədikdə). Çalışın onları bir yolla razı salasınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Namaz qılan vaxt namazı batil edən bir iş baş verərsə, namazı dayandırmaq lazımdır yoxsa davam etmək?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namaz batil olursa onu davam etmək zəruri deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum ! Kirpi əti nə hökmündədir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, dəstəmaz alarkən həmin dəstəmaz alınan su təmiz qaba tökülür, yığılır. Həmin su ilə təkrar dəstəmaz almaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Oruc halda çimmək olarmı? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Mütə nigahında valideynlərin razılığı vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kişilərin evlilik üçün valideynlərindən icazə almaları zəruri deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Bilmey istəyirəmki qaşın ortası ve yaxud bədənin digər yerlərindəki tüklərin yox edilməsi haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun şəri cəhətdən maneəsi yoxdur. Əksinə təmizlik üçün artıq tüklərin aradan aparılması isə müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: salam aleykum.Oral cinsi əlaqə olar?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bu işin şəri cəhətdən maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Qeyri Müsəlman qadınla siğə etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kişinin müsəlman xanımı yoxdursa və müvəqqəti kəbində lazım olan bütün şərtlər icra olunursa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salamu Aleykum.Məhlədə bir ağac var gəliş gedişə mane olur. Onu kəsmək istəyirlər. O agacı kəsmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda ağacı kəsmək icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir adam öz doğma uşağını başqasına övladliğa verə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin şəri cəhətdən maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Eşitmişəmki toy günündən etibarən 40 gün ərzındə qadının namaz qılmağı günahdır bu düzdürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu məsələnin dinə heç bir əlaqəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Uşaq neçə yaşında hicab örtməlidir? Zəhmət olmasa cavabınızı gözləyirəm
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Buluğ həddinə çatmış qıza digər vaciblər kimi hicab da vacib olur.

Allahdan uğurlar diləyirik!
Sual: Ərli qadınla telefonda zinadan danışmağın hökmü nədir?və ərindən halallıq alınmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş haramdır. Ərindən halallıq almağa isə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Bir yerdə oxudumki kəbin kəsəndə qadında ərəbcə nəsə deməlidi amma mənim kəbinimə bütün ailəm icazə verdi, mən isə ərəbcə heçnə deməmişəm bu kəbin düzdür? 2.Mən müalcə üçün 4 saatlıq yol gedib iki gün qalıram, namazlarımı necə qılmalıyam? 3.Qolumdan iynə vururlar həkim su vurmamağı tapşırır və üsdünü bağlamamağı tapşırır. Bu halda qüsulumu və dəstəmazımı necə alım?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Kəbin zamanı qadın kəbin oxuyanı vəkil edirsə nəsə deməyinə ehtiyac yoxdur.

2.Müsafir namazının neçə şərti var. Onlardan biri səfərdə qət olunan məsafənin səkkiz şəri fərsəxdən az olmamasıdır (gediş-gəliş məsafəsi təxminən 45 k/m olmalıdır).

3.Ətrafının mümkün olan miqdarını yumalı və ehtiyat-vacibə görə cəbirənin (bağlanmış bezin) üzünə məsh etməlidir.

Allahdan uğurlar diləyirik!

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı