www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Mən bir neçə il əvvəl orucumu pozmuşam.Mən nə etməliyəm? 61 gün qəza orucu tutmalıyam yoxsa 61 nəfər ac insan doyurmalı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Mübarək ramazan ayının orcunu bilərəkdən pozan şəxs ya 2 ay oruc tutmalı ya da 60 acı doyuzdurmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam səcdeyi-səhv nələrə düşür ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1. Təşəhhüdü unutsa.

2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığında şəkk edərsə.

Üç halda isə, ehtiyat-vacibə əsasən səcdeyi-səhv lazımdır:

1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.

2. Namaz əsnasında səhvən danışsa.

3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd oxuması lazım olan yerdə səhvən ayağa qalxarsa, ehtiyat-müstəhəb budur ki, iki səcdeyi-səhv etsin. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səcdeyi-səhv etməsin. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq.

Allahdan uğurlar diləyirik!
Sual: Xanımla mazaqlaşarkən və ya şəhvətə səbəb olan söhbətlər edərkən, kişidən xaric olan maye nə hökmündədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu maye məzi adlanır və pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam yeni il keçirmək günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Batilin təbliği hesab olunmursa və islami çərçivədən xaric olunmursa icazəlidir. Əks halda haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadın 7il bundan əvvəl biri ilə ailə həyatı qurub ancaq 15gün ailəli olub ayrılıblar. Həmin qadın bilməməzlikdən iddə müddətini gözləmədən yenidən ailə həyatı qurub,Xanımın indiki nigahı səhihdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər birinci evliliyi zamanı cinsi əlaqə baş veribsə iddə saxlamaq ona vacib olmuşdur. Belə olan halda bilməməzlikdən olsa belə iddə zamanı evlilik baş verib və kişinin övrəti daxil olubsa bu 2 şəxs bir-birinə əbədi haram olurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. İllərlə qəza namazlarım var. Amma arada qılırdim arada da səhlənkarlıq edirdim. Indi qərara gəlmişəm ki qildıqlarımın da qəzasını qılım. Buna gərək var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Buna gərək yoxdur və ehtimal verdiyiniz ən az günün qəzasını qılın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Ər və arvad oruclu halda üzr istəyirəm sualıma görə paltarın üstündən cinsiyyət üzvlərini bir-birinə sürtərsə ,mazaqlaşarsa ve istəmədən maye gələrsə ,şəhvətin ən ali dərəcəsi olmasa orucu batildir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər xaric olan maye məni deyilsə orucun batil olmasına səbəb olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Cənabət qusulu aldıqdan sonra, dəstəmaz almaq lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, lazım deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər atanın qəza namazları boynunda olan böyük oğul vəfat etsə, atanın qəza namazlarını kim qılmalıdır: böyük oğulun varisləri, yoxsa atanın sonrakı oğulu (yəni, böyük oğulun qardaşı)?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər böyük oğul atası vəfat etdikdən sonra vəfat etsə, boynunda olan atasının qəza oruc və namazları, onun oğluna və ya qardaşına vacib olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs hal-hazırda öz vətənində yaşamır, amma bəzi vaxtlar öz həyat yoldaşı ilə ora gеdir. Onun həyat yoldaşı da əri kimi orada namazı tam qılmalıdır, yoxsa yox? Əgər həyat yoldaşı oraya tək gеtsə, namazını nеcə qılmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sırf bu ki, o yеr ərinin vətənidir, o qadına orada vətən hökmünün icra olunması üçün kifayət dеyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.İstibradan sonra məndən nəsə xaric olur.Mənə elə gəlir ki bu sidikdi amma bunu dəqiqləşdirə bilmirəm.Bu hər istibradan sonra xaric olur məndə və bu qeyri ixtiyari şəkildə xaric olur.Xaric olanda hiss edirəm bunu.Məsələn,istibra edib dəstəmaz alıram başlayıram namaza namaz əsnasında əyilib qalxanda bir neçə dəfə hiss eliyirəm ki xaric oldu.Yəni ən çox əyilib qalxanda olur bu hadisə.Risaləyə baxıram bir nəticə çıxara bilmirəm özüm üçün.Amma alt paltarımda həmişə yox hərdən ləkə də görürəm.Xahiş edirəm ətraflı cavab verin sualıma və mənə bir yol göstərin. 2.Və bu vaxta qədər bu vəziyyətdə qıldığım namazlar batil olurmu?Bu namazların hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.İstibradan sonra xaric olan mayenin sidik olmasına əminliyiniz yoxdursa pak hökmündədir.

2.Qıldığınız namazların bir problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Cümə günü zöhr namazının həmd və surəsini uca səslə söylənməsi müstəhəbdir yoxsa olmaz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Uca səslə qılmaq müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1. İnsan zinayla tanınan qadınla siğə edə bilərmi? 2.İnsan dul qadınla siğə edərsə iddə müddətini gözləməlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Ehtiyat-vacibə əsasən caiz deyil.

2.İnsan özüzün müvəqqəti kəbin etdiyi qadının iddəsini gözləməsinə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.1.Mən namazdakı fatihə və ixlas surəsini bacardığım qədər düz oxumağa çalışıram.Ama etina olunası qədər düzgün oxuyub oxumadığımı bilmirəm. Olarkı ora başqa ayələrdə əlavə edim? 2.Sevdiyim qızla sosial şəbəkədə danışa bilərəmmi? 3.Bəzən elə olurki məndən asılı olmayaraq naməhrəmin saçına gözüm dəyir. Bu günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Namazın qiraəti zamanı Həmd və daha sonra Həmddən başqa bir surə oxumalıdır. Başqa ayələrin əlavə olunması anlaşılan deyil.

2.Harama düşmək qorxusu yoxdursa icazəlidir, lakin zarafatlaşmaq haramdır.

3.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Men bir neçə il əvvəl ramazan ayında orucumu pozmuşam. Yaxın dostum qonaq gəldiyi üçün ona ayıb olmasın deyə. Indi bilmək istəyirem bunun kəffarəsi nədir, mən nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən 750 qram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma ehtiyat-vacibə əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam ağa.Kərbəlaya getmək üçün yığdığımız pula xums düşür ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, namaza başladığım gündən bu günə kimi çox namaz və dəstəmazların səhih olmasına şübhəm varsa namaz qıldığım gündən bu günə kimi hesab edib misal üçün 120 gün-dürsə o günlərin hər birini əmin olmaq üçün qəza etmək olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Buna ehtiyac olmasa da, namazlarınızı yeniləyə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Xumsun 1 hissəsi imkansiz seyyidlərə verilməlidir. Digər hissəsi kimlərə verilməlidir? Bu barədə Ağanın nə dediyini bilmək istərdim. Çoxsag olun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xüms iki yerə bölünməlidir: Bir qismi seyyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyyidlərə verilsin. Digər yarısı isə İmamın (ələyhis-salam) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır. Ehtiyat-lazıma əsasən o müctəhid, ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qadın kişinin alətinə toxunaraq kişini boşaldırsa o halda qadına qusul vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Həcc ziyarəti kimlərə vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bütün ömür boyu, aşağıdakı şərtlərə malik olan bir şəxsə, Həcc bir dəfə vacib olur:

1. Hədd-büluğa çatmış olsun.

2. Aqil və azad olsun.

3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur.

4. Müstəti olsun; Müstəti olmaq, bir neçə şeylədir:

1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa və ya bunları əldə etməyə imkan verən malı olarsa;

2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun.

3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa və ya yolda insanın canının, yaxud namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, «həcc yolu bağlıdır» deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin.

4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır.

5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək ona vacib olan şəxslərin və ya xərcliyin tərk olunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır.

6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı