www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Axşamınız xeyir. Axşam vaxtı xoruz kəsmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Bir ailə var kasıbdir.Kişi işləyir amma borclari var,2övladları var övladının biri xəstədir,o ailəyə sədəqə vermək düşür?Yəniki köməklik etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum məsh çəkilən yerlər yaş olsa dəstəmaz duzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər əlin yaşlığı başın nəmliyindən çoxdursa dəstəmaz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum Va Rahmatullahi Va Barakatuh.Dovşan əti yemək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Mənim sualım qadın ailəli ola ola zina edib ama yoldaşından ayrıdır sadəcə kəbin geri oxudulmuyub.Ayetullah Şubeyr Zencaniye gore kebin geri oxudularsa zina etdiyi insanla tovbe edib aile qura bilər???Birdə müctehid Ayətullah Sistani Ağadan Ayətullah Şübeyr Zəncaniyə bu məsələdə keçə bilər?Zəhmət olmasa cavab yazarsız.Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ayətullah Sistani bu barədə ehtiyat vacib buyurur. Yəni ehtiyat-vacibə əsasən evli qadın zina etdiyi kişiyə əbədi haram olur. Ehtiyat vacib deyə qeyd olunan məsələlərdə digər müctehidə keçmək icazəlidir, bir halda ki, ikinci müctehid fətva vermiş olsun. Ayətullah Şübeyri Zəncaninin fətvasına əsasən zinakar evli qadın tövbə edərək, təlaqdan və iddədən sonra zina etdiyi kişi ilə evlənə bilər. Yəni əbədi haram olmurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hansısa xəstəliyi sağaltmaq üçün donuz piyi yesəm,namaz qıla bilmərəm? Namazları həmin müddət dayandırmalıyam? Qeyd edim ki , elə xəstəlikdir ki, ya yeməklə , ya dozası yüksək dərmanlarla sağala bilər.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, bunun namaza aidiyyatı yoxdur. Namaz hər bir halda qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Bəzi müsəlmanlar kimi, bədənə zəncir vurmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər adi və ənənəvi qaydada olsa, həmçinin ürfün nəzərində əzadarlıqda hüzn və kədərin təzahürü hesab olunduğu tərzdə olsa, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!

Sual: Əsr namazı əsnasında zöhr namazını qılmadığını xatırlayan şəxs nə etməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zöhr namazını qıldığını güman edib əsr namazını qılmağa başlasa və namaz əsnasında zöhr namazını qılmadığı yadına düşsə, əgər zöhr və əsr namazlarının müştərək vaxtıdırsa, həmin şəxs dərhal niyyətini zöhr namazına çevirib namazı tamamlamalı, sonra əsr namazını qılmalıdır. Lakin əgər belə bir çaşqınlıq zöhr namazının xüsusi vaxtında* baş versə, vacib ehtiyata görə, niyyəti zöhr namazına çevirib namazı tamamlamalı, sonra hər iki namazı tərtiblə yerinə yetirməlidir. Məğrib və işa namazlarında da qayda belədir.

Allahdan uğurlar diləyirik!

Sual: salam aleykum ve rəhmetullah. 1) Qeyri müsəlman ölkəsindən gələn paltarlarla namaz qılmaq olarmı? 2)İşlədiyim iş yerində azan vaxtı olanda çıxıb namazımı qılıram təqribən10 dəqiqə iş vaxtına girirəm bu 10 dəqiqənin icazəsin almalıyam işin sahibindən?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər dəri deyilsə vəya xalis dəri olub-olmadığına əmin deyilsinizsə namaz qılmağın eybi yoxdur.

2.Əgər iş sahibi adətən sizin təbii ehtiyaclarınızı ödəmək üçün icazə verirsə bunun üçün ayrıca icazə almağa ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam sualim odur ki əgər qardaşımı kimsə öldürərsə məndə qardaşımı öldürən insanı öldürə bilərəm qanımı ala bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. Bu iş şəri hakimin göstərişiylə həyata keçməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Mən indi görürəmki bəzi qüsullarımı düz etməmişəm məsələn göbəyi bəzən yumamaqla, boynuma su tökməməklə və bəzən sol əldən başlamaqla. Bu halda ibadətlərimin hökmü nədi? Amma bunu səhlənkarlıq etdiyim üçün deyil qəflət yuxusunda olduğum üçün bilməmişəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bütün bədənə çatıb-çatmamasında şəkkiniz varsa eybi yoxdur. Lakin bunu etmədiyinizə əminsinizsə namazlarınızı təzələməlisiniz. Amma bu cür qüsulu düzgün hesab etmisinizsə oruclarınız düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Bir qız nişanlıdır. Kəbinləri də var. Oğlan heç bir öhtəliyi zövcəsi üçün etmir. Deyir ki, evimə köçərsən sonra öhtəliyimi edərəm. Qız atasının evindədir. Qızın ehtiyaclarını atası ödəyir. Qız bu zaman nişanlısından icazə almadan atasının icazəsi ilə evdən çıxa bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda qadının nəfəqəsi (ehtiyaclarının ödənilməsi) ərin boynunda deyil deyə atasının icazəsiylə işlərini görə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1) Əgər, Vələz-zallin-də, "z" hərifini "d" hərifinə oxşar tələffüz edə bilmiriksə, vələz-zallin desək doğrudur və ya vələd-dallin desək işğalı yoxdur ? 2) Bəlğəmi udmaq orucu pozduğu kimi, namaz halındada namazı batil edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bacardığınız qədər düzgün deməyə çalışın.

2.Xeyr batil etmir.

Allahdan uğurlar diləyirik!
Sual: salam.Əgər düşmən əsasda vəhabi əlinə bir qadın düşsə intihar edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İntihar hər bir halda haramdır. Belə olan halda özünü müdafiə etməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Banka depozit qoymaq olarmi hökmü nədir? Bank sənin pulundan istifadə edir ayliq yada illik sənə faiz ödəyir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Riba və sələm sistemi ilə çalışan banklarda bu əməliyyatı etmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Həcc ziyarətində kişilər ehram halında, sinəsi açıq halda, naməhrəm qadınlarla birgə təvaf edir. Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınların baxması haramdır, lakin kişilərin örtünməyi vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Namaz qılan zaman paltarın üzərində pişik tükü olsa namaz batildir? 2.Muştuluq almaq haramdır? Məsələn sənə şad xəbər diyəcəm muştuluq ver ve ya şad xəbər deyəcəm 5 manat muştuluq verəcəysən..Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər 1-2 dənədən azdırsa maneəsi yoxdur.

2.Şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Öncədən sizə təşəkkürümü bildirirəm. Mən ata yurdumda ev tikmişəm maddi vəziyyətim imkan vermədiyi üçün təmir edə bilmirəm atam bankdan pul götürüb mənə verməy istəyirki mən evin təmirinə başlayım. Mən bunun şəriətdə hökmünün nə olduğunu bilmədiyim üçün atamın fikrinə razılıq bildirməmişəm. Bunun hökmü barədə xahiş edirəm mənə məlumat verərdiz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sələm və riba haramdır, lakin əgər başqa çıxış yolu yoxdursa və həqiqətən də zəruridirsə eybi yoxur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum.Mən namazı əyləşərək qılıram diz qapağımdan əməliyyat olduğum üçün möhürə alnımı qoya bilmirəm. Mən necə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Möhürü alnınızı qoya bildiyiniz hündürlüyə qoyaraq səcdəni yerinə yetirə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qusul alarkən məsələn başı yuduqdan sonra suyun altından çıxıb yenidən suyun atına girib sağ tərəfi yumaq lazımdır yoxsa başı yuduqdan sonra suyun altından çıxmadan sağ tərəfi ardıncada sol tərəfi yumaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Fərqi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı