www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Qəza namazının niyyəti necə edilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hər namazının qəzasının niyyəti ona uyğun olur. Məsələn: Allaha yaxınlaşmaq üçün sübh namazının qəzasını qılıram.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.İstibra edəndən sonra əgər sidik damcısı gələrsə və bu sidik damcısı alt paltara dəyərsə alt paltarını dəyişmək vacibdir?Yəni ki alt paltarını dəyişmədən dəstəmaz alıb namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İstibradan sonra gələn maye pak hökmündədir (əgər sidik olduğuna əminlik yoxdursa).

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mən səslə qılınan namazları qılanda təsbihati ərbədən başqa bütün hissələri səslə qılıram.Mənim namazım düzgündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, düzgündür. Lakin səslə qılınan namazlarda yalnız Həmd və surəni uca səslə oxumaq kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İnsan 3 və 4 rükətlik namazın 2 rükətin təşəhhüdündə salamıda desə namazın hökmü nədi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər 2 vəya 3-cü salamı desə namazdan sonra 2 səhv səcdəsi vacib olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam üzür istəyirəm erotik filim izləmək mütləq şəkildə haramdır ? Yoxsa istisna hallarda icazəlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Ayağımın üzərinə nə qədər istəsəm məsh edə bilərəmmi? 2.Bədəndə olan sızanaqları partlatdıqdan sonra onu mütləq paklamalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.

2.Əgər qan çıxsa paklanılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum,mən bilmək istəyirəmki ərle xanım üzr istəyirəm cinsi əlaqə olmadan oruclu halda mazaqlaşanda şəhvətin ən ali həddi olmasa belə ondan gələn maye cənabətə səbəb olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Mazaqlaşan zaman xaric olan maye pak hökmündədir (məni olduğuna əmin deyilsinizsə).

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Şənbə günü balıq ovu etməyə icazə verilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Salam. Bunun şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əssəlamu Aleykum. Mən əvvəllər bəzi şeylərin qüsulu pozduğunu bilmirdim və qüsulum olmadığı halda namaz qılmışam namazlarımı təzələməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli təzələmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam bir qardaş var üzünü ülgüclə qırxır dediyinə görə üzündə tük saxlayanda dərisində problemler olur.Bu barədə həkimə müraciət etmeli və həkimə müraciət etdikdən sonra həkimin rəyinə əməl etməlidi yoxsakı öz rəyine əməl etməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ciddi ziyanı varsa və bunu özü təyin edə bilirsə bunu etməyin eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Allahin Salami olsun sizlərə.. Qadın heyz halında məscidə,mədrəsəyə və yaxud da Imam Hüseyn məclisləri keçirilən bir yerə gedə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Heyz halında olan qadına bu məkanlara getmək haramdır:

Məscidul-hərama və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə. Başqa məscidlərdə və ehtiyat-vacibə əsasən İmamların (ələyhimus-səlam) hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam ğayitin məxrəcini az su ile paklamamışdan qabaq nəcisin eynin aradan aparmaq lazımdırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Ğaitin məxrəcinin paklanma yöntəmi budur ki, nəcisdən əsər qalmayana qədər yuyulsun.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ğayitin məxrəcindən başqa nəcis gələrsə bu nəcisi paklamaq üçün az sudan istifadə etsəm, ğayitin məxrəcində qalan nəmlik alt paltara keçərse alt paltarı nəcisdirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Ğaitin məxrəcindən başqa nəcis gəldiyi zamanlar az su ilə paklamağın bir maneəsi yoxdur və paltara keçən su da pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mən yuxudan oyanıb sübh namazını qıldım sonra ayaq yoluna girdim gördüm alt paltarıma sperma dəyib gördüm ama əmin deyiləm spermadı ya yox.Həmdə çox az idi.Amma yuxudan oyanandan sonra məndə ehtiras olmayıb xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz cənabət quslu düşür boynuma ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məni olduğuna əmin deyilsinizsə nəcis hökmündə deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Səcdədə və ya rukuda salavatdan sonra əccil fərəcəhum demək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sual 1: İnsan Həmdən əvvəl Əuzu billəhi minəş şeytanir rəcim deməsə namazı batildi? Sual 2: Mən 1 ildiki şiə namazına keçib və müctəhid seçmişəm, bu bir ildən əvvəl öncəki namazlarımı və ibadətlərim bu müctəhidin fətvasına uyğun deyil. Əvvəlki namazlarımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Əgər bu yanlışlıqlar rükn hesab olunan hissələrə aiddirsə yenidən qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Hal-hazırda belə bir qayda yaranıb ki, evi icarəyə verərkən öncədən müəyyən bir məbləğ pul alırlar. Şəri baxımdan bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Meyar, qəməri ilidir.

Allahdan uğurlar diləyirik!
Sual: Hal-hazırda belə bir qayda yaranıb ki, evi icarəyə verərkən öncədən müəyyən bir məbləğ pul alırlar. Şəri baxımdan bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər evin sahibi öz evini müəyyən müddətə və müəyyən məbləğə bu şərtlə icarəyə versə ki, icarəyə götürən şəxs müəyyən bir məbləği borc ünvanında ona versin, bunun işkalı yoxdur. Baxmayaraq ki, evin sahibi bu məbləğə görə evin icarəsini öz qiymətindən aşağı edir. Amma əgər evin sahibi evi icarəyə götürən şəxsdən bu şərtlə borc alsa ki, öz evini pulsuz, yaxud icarə qiymətinə və ya aşağı, yaxud yuxarı qiymətə ona verəcəkdir – belə ki, onlar arasında ilk növbədə borc vermək və borc almaq baş tutarsa və evi icarəyə götürən şəxsə evi icarə vermək və ya evi onun ixtiyarında qoymaq borcun şərti ünvanında olarsa – bütün bu hallar haramdır və etibarsızdır.

Allahdan uğurlar diləyirik!
Sual: Şəxs özünün bütün əmlakını övladlarından birinə bağışlaya və başqa övladlarını ondan məhrum edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu iş övladlar arasında nifaq və ixtilafın düşməsinə səbəb olarsa, bu işi görməsi caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qüsul almamışdan qabaq nəcisi yumaq lazımdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, buna ehtiyac yoxdur. Hər üzvün nəcisini həmin üzvü yuduğunuz zaman da paklaya bilərsiniz. Məsələn nəcis ayağınızdadırsa ayağınızı qüsul niyyətiylə yumamışdan öncə paklaya bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı