www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. İnsanın öz həyat yoldaşı ilə arxadan cinsi əlaqədə olması icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qadın narazıdırsa vəya ağrı varsa haramdır. Bu iki şərt olmadığı halda şiddətli məkruhdur.

Allahdam uğurlar diləyirik!
Sual: Salam 1.İstibradan sonra məndə sidik ifraz olur çox vaxt.Bu sidik namaz əsnasında gəlsə namazımı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sidik olduğuna əminsinizsə dəstəmazınız və namazınız batildir. Sidik olub-olmamasında şəkk etsəniz istibradan sonra olduğu üçün pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namaz qılarkən üzərimizdə pişik tükü görsək namaz batildir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər 1-2 tükdən azdırsa batil olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Nəcis su buxarlandıqda pak olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Bilmək istəyirəm ki, imamın qırxı günü oruc tutmağın bir problemi varmı? Bir də Quranı başı açəq oxumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli olar.

2.Bəli olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Bir mömin qardaş var ailəlidir, amma həyat yoldaşı kişinin cinsi istəyini qarşılamır. Həmin kişi isə dul qadınla siğə kəstirib həmin qadının qabaqki həyat yoldaşından uşağı var. Onların bu əqdi düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Mən yoldaşımdan 1 ildir ayrılmışam. Mənə təlaq vermədi ki, mən başqasıyla ailə qursam zinakar olaraq qurum. Bizim boşandığımızı hər kəs bilir. Biz bir ildir bir yerdə yaşamırıq bizim nikah pozulub?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, şəri cəhətdən boşanmış hesab olunmursunuz. Bunun üçün müctehid vəya nümayəndəsinə müraciət edə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum Və Rəhmətullah, 1) nikotinsiz, ziyanı olmayan meyvəli yağla istifadə olunan, ne özünə nə də ki ətrafa ziyanı olmayan, elektron qəlyandan istifadə etmək olar? 2) Yay və ya digər fəsillərdə dənizə (çimmək deyil) sadəcə dəniz kənarında süfrə açıb qardaşlarla oturmaq məqsədilə getmək olarmı ? 3) Məlumatım yoxdur, amma eşitdiyimə görə Həccdə (Məkkədə) namazı məcburi əli-bağlı qılırsan, düzgündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Ciddi ziyanı yoxdursa vəya ciddi ziyana səbəb olmayacaqsa haram deyil.

2.Bu işin özü-özlüyündə haramlığı yoxdur.

3.Təqiyyə zamanı icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum..Sualım belədir..Mənim Sübh namazlarımın qəzaları günbə gün artmaqda davam edir.Amma saylarını unutmuşam..İndi qəzalarını qılmaq istəyirəm..Saylarını bilmədiyimm təqdirdə bu naçazları necə qıla bilərəm?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: EHtimal verdiyiniz ən az sayda qılın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tar alətinin şəri cəhətdən hökmü nədir? Ümumiyyətlə simli musiqi alətlərinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram məclislərə (ləhv və ləib) xas olan alətlərdən istifadə etmək icazəli deyil. Lakin müştərək alətlərdən halal yolda istifadə etməyin eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Dеyirlər ki, namazda kişilər qadınlardan öndə dayanmalıdırlar. Bu düzdürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib ehtiyata əsasən, namaz qılarkən qadınla kişi arasında ən azı bir qarış məsafə olmalıdır. Əgər qadınla kişi yanaşı dayansalar, yaxud qadın kişidən öndə dayansa, hər ikisinin namazı səhihdir.

Allahdan uğurlar diləyirik!
Sual: Biz xüms verməyən və xüms ilinin hesabatını aparmayan şəxslərlə alış-veriş edirik, görüşürük və bir yerdə yemək yeyirik. Bu məsələnin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onların mallarından istifadə etməyinizin öz-özlüyündə işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Ölüm səbəbi şübhəli olduğu təqdirdə, ölüm səbəbini araşdırmaqdan ötrü meyitin yarılması caizdirmi, yoxsa yox?Məsələn, meyitin zəhərlənmə, boğulma və ya başqa səbəblərə görə öldüyünə şübhə edilir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər həqiqətin aşkar olunması ona bağlıdırsa, işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Xeyriyyə işlərinə yardımların yığılması kütləvi aksiyası üçün çeklər tərtib edilir və satılır. Belə ki, bu çekləri alanlar arasında püşk atılır və yığılan yardımların bir qismi hədiyyə ünvanında püşkdə adı çıxanlara verilir, qalan vəsait isə ümumi xeyriyyə işlərinə sərf edilir. Belə çeklərin satılması caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin “satmaq” adlandırılması düzgün deyildir. Bəli, belə çeklərin tərtib edilməsi və xeyriyyə işləri üçün yardımların yığılmasının işkalı yoxdur. Xeyriyyə işlərində iştirak etməkdə insanları təşviq etmək məqsədilə, püşkdə adı çıxanlara hədiyyələrin təqdim ediləcəyini vəd etmək caizdir. Bu şərtlə ki, camaat bu çekləri xeyriyyə işlərində iştirak etmək məqsədilə almış olsunlar.

Allahdan uğurlar diləyirik!
Sual: Namazqılanın məkanı pak olmasa, yalnız səcdə yеri pak olsa, bu halda namaz səhihdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər namazqılanın məkanının nəcisliyi paltarına, yaxud bədəninə sirayət edəcək bir həddə yaş olmasa və səcdə yеri də pak olsa, orada namaz qılmağın işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: İşçilər qazanclarının illik xərclərindən artıq qalan hissəsinin xümsünü verməlidirlərmi? Onu da nəzərə alın ki, onların nağd və krеdit borcları vardır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər onların borcu illik xərclər üçün il ərzində edilmiş borc olsa və ya ilin bəzi ehtiyaclarını ödəmək üçün nisyə mal almaq şəklində olsa, borcu həmin ilin qazancından qaytarmaq istədiyi təqdirdə, borcun miqdarı o ilin artıq qalan qazancından çıxılar. Əks təqdirdə, artıq qalmış qazancın hamısına xüms düşər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam bilmək istərdim ki, bir insana cənabət qüslü vacib olursa,o yalnız alt paltarlarını dəyişməlidir yoxsa bütün geyimini? Və cənabət qüsulu olduğu vaxt insanın təri nə hökümdədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Cənabət qüsulu insanın paltarını dəyişməsinə səbəb olmaz. Paltar hansı sa nəcisə bulaşdığı zaman da paltarı dəyişmək vacib deyil, lakin namaz kimi bəzi ibadətlərin yerinə yetirilməsi üçün nəcis paltar və bədən paklanmalıdır.

2.Cünub olan şəxsin təri pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Su əgər dövlətin xalqa verdiyi sudan qeyri qanuni xətlə çəkilərsə suyun haqqı ödnməzsə o su ilə destamaz və içməy üçün istifadə etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dövlətin nizam-intizama dəvət edən qanunlarına əməl olunmalıdır. Qeyri qanuni yolla əldə olunan sudan istifadə icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İstibradan sonra gələn sidik namazı batil edirmi? və bu zaman alt paltarı dəyişməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İstibradan sonra gələn maye pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Sosial şəbəkədə xalam qızıyla danışa bilərəmmi? 2.Bir insana aşiq olmaq günahdırmı? Allaha şərik qoşmaq sayîlırmı? 3.Harama düşmək qorxusu və ləzzət məqsədi olmadan naməhrəmin üzünə bir neçə dəfə baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Günaha düşmək qorxusu yoxdursa icazəlidir, lakin zarafatlaşmaqdan çəkinmək lazımdır.

2.Aşiq olmaq günah deyil.

3.Ehtiyat-müstəhəb budur ki, baxılmasın.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı