Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum nakolka haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə haram deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam mən Ayət namazımın qəzalarını qıldım amma sonra oxudumki qunut tutmaq yazılıb mənsə qunut tutmamışdım sadəcə rükuya gedib rükudan qalxıb Allahu əkbər deyib 5 dəfə 1 ayəni 5 hisəyə bölüm ayaq üsdə oxudum. Bu düzdü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, düzgündür.
Allahdan uğurlar diləyirik!
Sual: Xums barədə bilmək istərdim. Xumsu kimlərə vermək lazımdır? Cox sag olun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xüms iki yerə bölünməlidir: Bir qismi seyyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyyidlərə verilsin. Digər yarısı isə İmamın (ələyhis-salam) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır. Ehtiyat-lazıma əsasən o müctəhid, ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mən ramazan ayının ortalarında oruc tutmağa başladım 13 gun qəzam qalıb. Ne vaxta kimi qəzaları tutmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Növbəti orucluq ayına qədər tutmalısınız.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, hansı qohumlarla evlənmək icazəli deyil?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onlardan bəziləri bunlardır: ana, nənə, bacı, nəvə, qardaş qızı, bacı qızı, bibi, xala, gəlin, ögey ana, qaynana, ögey qız (anası ilə yaxınlıq etdikdən sonra) baldız (bacısı ilə evli olan müddətdə).
Allahdan uğurlar diləyirik!
Sual: Salam ,əhli kitabdan (xristian) olan evli qadınla siğə etmək zina hesab olunur? Və ya evli qadınla siğənin hökmü nədir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli zina hesab olunur və evli qadınla zina etmək ehtiyat-vacibə əsasən zinakarların bir-birilərinə əbədi haram olmasına səbəb olur.
Allahdan uğurlar diləyirik!
Sual: Qaş almaq olarmı?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bu iş özü-özlüyündə icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Ov etmək haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəriətin bəyan etdiyi şərtlər əsasında icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1. Camat namazında iştirak edərkən pişnamaz həmd və surənin Bismilləhir Rahmənir Rahim sözunü dediydən sonra arxada duran məmun onun dediyini yəni besmeləni ahəstə səslə deməsi doğrudurmu? 2. Üzünü dibindən qirxan pişnamazın arxasında namaz qılmağ olarmı əgər olmazsa və insanda bu hökmü bilə bilə həmən pişnamazın arxsında namaz qılarsa namazını təzələməlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Zikr niyyəti ilə deməyin bir maneəsi yoxdur.
2.Xeyr olmaz. Vaxtı keçibsə təzələməyə ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Bir insan qusul alarkən öncə övrət yerini yusa sonra suyu başına töksə o suylada boyun yuyulsa, sonra sağ və sol tərəfini yusa qusulu düzdür?Göbəyi yumaqda vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əgər su bütün bədənə çatırsa qüsul düzgündür.
2.Bəli vacibdir. Yaxşı olar ki, həm sağ tərəf , həm də sol tərəf yuyularkən yuyulsun.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Bir nəfər oruc olduğu zaman qaytarır.Oruc batildir?Və mədədən gələn qaytarmaq nəcisdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bilərəkdən bunu edərsə orucu batildir. Lakin nəcis hesab olunmur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Bir yerdə oxudumki qara paltarla namaz qılmaq olmaz, mən isə 3 ildirki qara yupka geyinib qılıram namazlarımın hökmü nədir? 2. Mən qəza namazlarımı Qürbətən iləllah deyərək qılıram, amma deyirlərki qəza namazındada vacib qurbətən deməlisən. Qəza namazlarımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Qara paltarla namaz qılmaq bəyənilmir.
2.Namazlarınız düzgündür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Simli alətlərlə məşqul olmağın(ifa etməyin) və şahmat,nərd,damino oyunlarının hökmü nədir?
Allah razı olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Ürfdə haram musiqi aləti kimi tanınan alətlərdən istifadə etmək olmaz. Digər alətlərdən haram olmayan məqsədlərdə istifadə etməyin problemi yoxdur.
2.Ürfdə qumar aləti kimi tanınan oyun alətlərinin istifadəsi haram, belə olmayan alətlərin isə istifadəsi halaldır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, öz pulunun xumsunu verməyen adam,məni Kərbəlaya yaxud digər ziyarətgahlara öz pulu ilə göndərərsə, həmin xumsu verilməyən pulun xumsun vermək mənim öhdəmdədirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sizi göndərdiyi pulun xumsu verilməyən puldan olduğuna əmin deyilsinizsə bu barədə heç bir vəzifəniz yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam,1.Allaha and içməyin hökmü nədir? 2. Digər müqəddəslərə and içməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Əgər and üçün lazım olan şərtlər mövcuddursa andına sadiq qalması vacibdir. (şərtlər üçün risaəyə müraciət olunsun)
2.Bu cür andar şəri cəhətdən mötəbər andlar hesab olunmu.r
Allahdan uğurlar diləyirik!
Sual: islamda saqqal saxlamaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Telefonda Qurani Kərim oxuyanda dəstemaz almaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Quran oxuyarkən dəstəmazlı olmaq müstəhəbdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Əgər kişidən məzi gəlirsə və o məzi alt paltarına dəyirsə ,həmən alt paltarını dəyişmək lazımdır ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, məzi pakdır.
Allahdan uğurlar diləyirik!
Sual: salam. Bankda işləməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bankın haram hesab olunan alış-veriş bölmələrində (məsələn sələm) işləmək icazəli deyil və əldə olunan maaş da işçinin malı hesab olunmur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. Ailə üzvlərimdən birinin paltarını icazəsiz geyinərək namaz qılmaq olar? 2.Suda (quyuda) ölmüş siçan gördükdən sonra, həmin suyu necə paklayaq? 3. Bütün heyvanlar suda ölmüş halda, nəcis hesab olunur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Əgər onların razı olacağını bilirsinizsə qıla bilərsiniz.
2.Əgər murdarın rəngi, dadı, iyi suya keçməyibsə pak hökmündədir. Əks halda nəcisdir və rəngi, dadı və iyi gedənə qədər su əlavə etmək lazımdır.
3.İslami qaydada kəsilməyən vəya özü ölən heyvanlar haram nəcis hesab olunur.
Allahdan uğurlar diləyirik!