www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: As Salam Aleykum. Atam nə namaz qılıb nə də oruc tutub. Sistani ağaya görə mən onun qəzasını qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər atanız bilərəkdən namazlarını qılmayıbsa qəzaları böyük oğula vacib olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: 1.Burnumun üzərində qalıqlar var. Bu qabıqlar o qədərdə rahat qoparılmır. Bədəndə olan bu qabıqlar nəcisdirmi? 2.Başın dərisində çox az miqdar qabıq olsa, belə vəziyyətdə qüsl alsam qüslum səhihdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Əgər suyun bədənə çatmasına manedirsə aradan aparılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qadınlar sübh, məğrib və işa namazlarının Həmd və Surəsini ucadan oxuya bilərlər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınlar sübh, məğrib və işa namazlarının Həmd və Surəsini həm ucadan, həm də ahəstə oxuya bilərlər. Lakin əgər naməhrəm səslərini eşidərsə, ahəstə oxusalar yaxşıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Bəzi vaxtlar yumurtada görünən qanın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pak hökmündədir, lakin onu yеmək haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Təzkiyə olunmamış hеyvan dərisindən hazırlanan ayaqqabılardan istifadə еtdikdə dəstəmazdan əvvəl ayaqları yumaq vacibdirmi? Bəziləri dеyirlər ki, ayaq ayaqqabının içində tərləsə, ayaqları yumaq vacibdir. Məlum məsələdir ki, ayaq hər növ ayaqqabının içində az, yaxud çox tərləyir. Bu məsələdə Sizin rəyiniz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər dəri ayaqqabının şəriətin qoyduğu qaydada kəsilməyən heyvan dərisindən tikildiyinə yəqinliyiniz olsa və ayaq da bu ayaqqabının içərisində tərləsə, (ayaq nəcisdir) namaz üçün ayaqları yumaq vacibdir. Lakin əgər ayağın tərlədiyinə, yaxud dərisindən ayaqqabı tikilən heyvanın şəri qaydada kəsildiyinə şəkk olunsa, (ayaq) pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxsin öz şəninə uyğun olan və ailəsinə yaşayış evi tikmək üçün ehtiyac duyulan ikinci bir torpaq sahəsi vardır. Həmin şəxs əgər xüms ili ərzində orada еv tikməsə və ya bir il ərzində tikib qurtara bilməsə, onun xümsünü vermək vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyac hesab olunan evi tikmək üçün alınan torpaq sahəsinə xümsün düşməməsi məsələsində şəxsin bir və ya bir neçə torpaq sahəsinə sahib olması, həmçinin bir və ya bir neçə ev tikmək istəməsi əsas götürülmür. Bu məsələdə meyar – şəxsin ürfi şəni baxımından həmin evə onun “ehtiyac”ı olması, həmçinin maddi imkan baxımından bu evi tədricən tikə bilməsidir.

Allahdan uğurlar diləyirik!
Sual: Namazın vaxtı azanın başlanması ilə başlayırmı? Yoxsa azanın qurtarmasını gözləmək, sonra namaza başlamaq lazımdır? Həmçinin oruc tutan şəxsin azanın başlaması ilə еyni zamanda iftarını açması caizdirmi, yoxsa azanın qurtarmasını gözləməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:Əgər əmin olsa ki, azan vaxtın daxil olması ilə еyni zamanda vеrilir, bu halda azanın qurtarmasını gözləmək lazım dеyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Rütubət və yaşlıq hansı miqdarda olduqda bir şeydən başqa bir şeyə keçdiyi söylənilir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rütubətin keçməsində meyar budur ki, iki şey bir-birinə toxunduğu zaman rütubət, rütubətli əşyadan o biri əşyaya sirayət etsin.

Allahdan uğurlar diləyirik!



Sual: Salam. 1: Biz su çəkmişik amma açota düşməmişik yəni bunun su pulunu vermirik, bu suyla dəsdəmaz qüsul alam 4 ildi ibadətlərim qəbuldu? İndi düşünəmki bəlkədə düz deyil amma əvvəl anamırdım. Bunuda deyimki gizli çəkməmişik hamı bilir, əvvəl orda işdiyənə ildə verirdik indi həmən işçi yoxdu deyə vermirik yada gəlib isdiyən sorunçan yoxdu. Mən indi dərk edirəm namazlarımızın hökmüm nədi? (qeyd edim ki, suyu çəkməyin pulunu öz cibimizdən qoymuşuq dövlət çəkməyib) 2: Əvvəldə qonşu başqa yerən su çəkib həyətmizdən keçirdi bizfə o suda işlədirdik bunu gizli etmişdilər amma, indi da o su yoxdu. Bu suyla etdiyim ibadətin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Dövlət tərəfindən bu işə əncam çəkilənə qədər sizin öhdənizə düşən bir şey yoxdur və istifadəsi icazəlidir.

2.Namazlarınızı təzələməyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən işimlə əlaqədar məcburi olaraq üzümü qırxıram. İş yerimdə pişnamaz dayana bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, pişnamaz dayana bilməz.

Allahdan uğurlar diləyirik!

Sual: Salam, pul yığmaqda məqsədim Həccə getməkdir yaxud özume ev almaqdır, həmin pula da xums düşür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həccə getmək üçün yığılan pula xums düşsə də, yaşamaq üçün zəruri olan evin alınması üçün yığılan pula xums düşmür.

Allahdan uğurlar diləyirik!

Sual: Salam. 1.Mən xəstəyəm. Müvazinət problemim var. Bu problemlə mən namazda demək olar ki heç sabit dayana bilmirəm.Bu mənim üçün çox məşəqqətli olur. Hətta mənim namaz qılmaq həvəsim çox azalıb.Mənə namazda sabit qalmaq hökmü əziyyət verir. Nə etməliyəm? 2.Namazda ayağın üzərinə məsh çəkmək fərzdir bunu bilirəm. Onun miqdarı nə qədərdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1. Əgər namazın müstəhəblərini yerinə yetirmədən adi halda qıla bilirsinizsə bu cür edin. Yox bu halda da qıla bilmirsinizsə ayaqüstə yerinə yetirə bilmədiyiniz məqamlarda oturaraq qıla bilərsiniz.

2.Uzunluğu barmağın ucundan ayağın üstündəki çıxıntıya qədər, eni isə bir barmaq. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mən ayağımın üstündəki maniəni çalışsamda aradan apara bilmirəm, nə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneənin üzərini məsh edin.

Allahdan uğurlar diləyirik!

Sual: Salam ,rüşvət verib universitetə qəbul olandan sonra oradan alınan diplomla bir işdə işləməyin haramlığı var? Təşəkkürlər.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər aldığı diplom üzrə müxətəssisdirsə və işini layiqincə yerinə yetirirsə həmin sənəddən istifadə etməsinin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!

Sual: Salam, sayğacı olmayan elektrik enerjisi vasitəsilə suyu isti edib, hemin su ilə dəstəmaz və qusl almaq, dəstəmaz və quslun batil olmasına səbəb olarmı? Qeyd edəkki, həmin elektrik enerjisi dövlətdən gizli halda istifadə edirlər.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dediniz qayda ilə alınan dəstəmaz və qüsulla edilən ibadətlərin düzgünlüyü şübhəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam boyunda hər hansı bir qusl varsa surələrden oxuya bilər ve ayətil kursunu oxuya biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Boynunda heyz və cənabət qüsulu olan şəxs səcdə ayələrinin olduğu surələri oxuya bilməz (Nəcm, Ələq, Fussilət, Səcdə).

Allahdan uğurlar diləyirik!
Sual: Siqaret, qəlyan çəkmək haramdır?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: salam.Mən bilmək isdiyirəm ki məhərrəm ayında qaş almaq olar?Birdə kiməsə ad günü olduğuna görə təbrik yazmaq günahdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin çəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Ölüm hadisəsi baş verdikdə şam yandırmaq dində icazəlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur, lakin dini ain kimi qələmə verilməməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum... Qadın namazı ayaqyalın qıla bilərmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəm görmürsə ayağını örtmək vacib deyil.

Allahdan uğurlar diləyirik!

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı