Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam xahiş edirəm cavab verin.Cənabət quslu vermək lazım olduqda lakin vaxt olmayanda həmde tez xəstələndiyim üçün təyəmmüm alıb namaz qılmaq olar?Çox sağolun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli. Lakin üzürünüz aradan qalxdıqdan sonra qüsul almalısınız.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir nəfərin boynuna vacib qüsl düşübsə, o insan qüslunu almadan əli quru amma nəcisli halda bir əşyaya vursa, həmin əşya nə hökmündədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəcasətin bir şeydən digərinə keçməsi üçün onlardan biri yaş olmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Essalamun Əleykum....hicablı qadın zinət əşyası taxa bilərmi? Məsələn üzük.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın zinət əşyalarını naməhrəmdən qorumalıdır. Lakin üzük və qolbaq naməhrəmin diqqətini cəlb etməyəcək və günaha düşmək qoruxusu olmayacaq tərzdə olarsa icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Qadınla kişinin cinsi əlaqə zamanı bir-birilərinin övrətinə baxması icazəlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Islamda uşağı döymək, vurmaq doğrudurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İslam dininə əsasən, əgər uşağın islahında heç bir yol təsirli olmazsa müəyyən həddə döymək icazəlidir. Lakin uşağın bədəninin qızarmasına və zərər görməsinə səbəb olmamalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Zavodlarda toyuq lent ilə ayağından asılaraq gəlir. Bu doğrudurmu ki, toyuq başı aşagı halda kəsilsin? Və əgər doğrudursa, onun qibləyə olub olmadığı necə bilinir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bədən və boynu qibləyə tərəf olmalıdır. Başı-aşağı olub-olmaması önəmli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Ovlanılan çöl quşlarının başını gərək kəsici alətlə kəsək, yoxsa əlimizlə qıra bilərik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ovlanılan heyvana çatanda ölmüş olmalıdır və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və heyvan ölərsə, o heyvan haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Qazlı su (insana azacıq və ya orta həddə qədər, ziyan olduğu təqdirdə) haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gözəçarpacaq qədər zərərli olarsa haramdır.
Allahdan uğular diləyirik!
Sual: Pişnamaz, pişnamazlıg üçün haqq (pul) ala bilməz. Əgər bir dəstə adam israrla desə ki, al bunu! Al bunu! O zaman pişnamaz onu (pulu) götürə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qıldığı namaz üçün pul ala bilməz, lakin gediş-gəliş xərcləri üçün almağı icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Məhərrəmlik ayında futbol oynamaq olarmı ? 2.Sevdiyim qizla fəsada düşməyəcək tərzdə söhbət edirik bu olarmi ? 3.Səfərdə olduğumuz zaman qəza namazlarımızıda qəsr qılmalıyıq ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Bu işin şəri əhətdən probelmi yoxdur.
2.Günaha düşmək və şəhvət qorxusu yoxdursa icazəlidir, lakin zarafat və qeyri etik söhbətlərdən çəkinməlidirlər. Bunlar kəbindən sonra halal olacaqdır.
3.Xeyr, adi halda qəza olan namazları adi halda da qılmaq lazımdır.
Allahdan uğurlar diləyirik!
Sual: Naməhrəm qadının üzünə baxanda məndən asılı olmayaraq saçlarıda görsənir.Belə baxmaq gunahdırmı?
Həmdə harama düşmək olmadan və ləzzət məqsədi olmadan baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Harama düşmək və şəhvət qoruxusu yoxdursa icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum
Sübh,şam xiften namazını səssiz qılmaq olarmı?
(Tekbir,Bismillahir den bawqa)
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişilərə vacibdir ki, sübh, məğrib və işa namazlarının Həmd və surəsini uca səslə qılsın. Bilərəkdən əksini etmək namazın batil olmasına səbəb olar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam mən çox şəkk etməyimi hardan dəqiq bilə bilərəm yəni necə ölçülür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Digər insanlara nisbətdə çox şəkk edən və şəkk etməyin adi hala çevrildiyi şəxs "çox şəkk edən" adlanır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Masturbasiya kişi üçün günahdır yoxsa yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Bir şeyin halal olduğunu bilməyərək haram olduğunu desək iman gedərmi? Yəni kafir olarammı?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyr, bu kafir olmağa səbəb olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Namazın sonuncu səcdəsində edilən duanı əvvəlki səcdədə səhvən deyəndə hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Dəstəmaz alarkən, üzü iki dəfə, qollari isə bir dəfə yumaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: 1.Salam.Qüsl alarkən yəni sağ tərəfi yuyarkən bir miqdar sol tərəfə tökülsə, və yaxudda sağ tərəfi yuyarkən bilmədən az bir miqdar boyun hissəmə tökülərsə qüsl batil olurmu?
2.Kinoların bir çoxunda qadınlar rol oynayır.Həmin qadinlara baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Problemi yoxdur.
2.Şəhvət və reybə qəsdi ilə olmasa icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.
Mənim 1 övladım var. Mən ve yoldaşım əkiz övlad istəyirik. Bilirikki indiki dövrdə tibbdə bu mümkündür. Daha ətraflı desem kişinin spermasını mayalandırıb qadının bətninə yerləşdirirlər ve müəyyən müddətdən sonra qadin əkiz uşağa hamilə qalır. Bilmək istəyirdimki əziz müctehidimizin buna dair fikri nədir? Bu hal halal sayılır ya haram? Bu yolla dünyaya gələn uşaqlar halal uşaq sayılır ya haram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ərin öz spermasının süni mayalandıraraq xanımının bətinində yerləşdirilmə prosesi özü özlüyündə icazəlidir. Lakin proses zamanı digər haram işlərdən çəkinmək zəruridir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Paltara nəcis dəyibsə həmin paltarın nəcis dəyən yerini yuyub o paltarla namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!