Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mənə deyiblərki gecə namazın 8 rükətlik tərzində qəza namazları qılmaq olar,düzdü bu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, olar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.. Mən namaz qılanda müvazinətimi o qədərdə yaxşı saxlaya bilmirəm və ayağımın dabanının alt hissəsi ağrıyır.Bu təqdirdə mən namazda səcdənin rukunun və "Təsbihatı ərbəə" zikirlərini 1 dəfə deyə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dediyiniz zikrləri adi halda da 1 dəfə demək icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər camaatdan bəzisinə görə pişnamaz ədalətli bəzisinə görə isə ədalətsizdir ədalətsiz bilən insanlar nəyəsə xatir onun arasında durub həmin pişnamaza iqtida edir bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ədalətsiz pişnamaza iqtida etmək olmaz. Lakin arxasında dayanaraq fərdi namaz qıla bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Mən namaz qılıb qurtarandan sonra gördüm barmağimda qan var Namazim
düzgündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, düzgündür.
Sual: Ər arvadla yanaşı namaz qila bilərmi? Bacı qardaşın ve yaxud ana oğlunun qabağında yaxud onunla yanaşı namaz qıla bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat-vacibə əsasən kişi ilə qadının arasında ən azı 1 qarış fasilə olmalıdır. Lakin qadının kişidən öndə durmasının problemi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Namazda teşehhüddən sonra salavatı unutmuş adamın namazı nə hökmündədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qeyri rükn olduğu üçün bir problemi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam,şərab içən şəxsin, şərab içdiyi qabdan əlavə əl vurduğu digər qablarda pak edilməlidirmi?
Ve nece pak olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, toxunduğu yerləri paklamağa ehtiyac yoxdur. Qabların paklama qaydası belədir: Kür (çox) suyla bir dəfə, qəlil (az) suyla isə 3 dəfə suyu tam dolduraraq boşaltmaq lazımdır.
Allahdan uğurlar diləyirik!
Sual: salamun aleykum
Paltara, şalvara, jaketə nəcis düşüb namazdan əvvəl görməmişəm namazdan sonra baxıb görmüşəm ki paltarımda nəcis var qıldığım namazlar şəri cəhətdən batildir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər namazdan öncə nəcis olduğunu bilməsə və namazdan sonra anlasa qəza etməyə ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum
mən namaz qılandan sonra şəkkə düşürəm ki,düz qılmışam yoxsa sehv bu nə dərəcədə düzdür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəkkinizə etina etməyin.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. Əhli-sünnətdən sünnü namazı qılan imama iqtida edib, camaat namazı qılmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vəhdətin qorunması üçün bu işi görmək icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. Süni mayalanma etdirmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş özü-özlüyündə icazəlidir, lakin işin icrası zamanı başqa haramlardan uzaq olmaq lazımdır (övrətə baxmaq, naməhrəmin baxışı və.s).
Allahdan uğurlar diləyirik!
Sual: Əssəlamu əleykum. Mənə bağışlanan şeyin xumsunu verməliyəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İllik gəlirinizdən artıq qalarsa xumsu verilməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.hicablı dar şalvar gödək köynək geyinməsi günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Paltar, qadının bədən cizgilərini naməhrəmə qabarıq göstərəcək qədər dar olmamalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Müstəhəb namazın üzü qibləyə qilınması vacibdir yoxsa müstəhəb?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vacib deyil.
Allahdan uğurlar diləyirik!
Sual: İnsan birinin qeybətini etsə, sonra qeybətin günahını anlasa amma gedib halallıq almağa utansa tövbəsi qəbuldur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Tövbə etməyiniz kifayətdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Maddi cəhətdən sıxıntı çəkirəm. Mənə markertdən zəng etdilər fəhlə işinə görə. Bilmək istərdim içki olan marketdə fəhləlik etmək olar? Həm içki, həm haram kolbasa,birde un,pesok daşımaq.Günahı nədir? Orda işləməyin ruzusu olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram şeyləri daşımaq, həmçinin bu yolla gəlir əldə etmək icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Qadınla kiwinin dəstəmazında fərq var ?Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam . Bilmək istərdimki normal şəkildə zəncir vurmaq olar ya yox ,yəni ifrata yol vermədən deyilən nohə ile zəncir vurmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam .Süd vermək dəstəmazı pozurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Əgər valideyn övladlar arasında fərq qoyursa və digər övladın yanında o birini alçaldırsa o övlad nə etməlidir? Valdeyine etrazini bildire bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Valideynə hörnətsizlik etmək heç bir halda icazəli deyil.
Allahdan uğurlar diləyirik!