www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam ,deyə bilərsiniz ayaqyolunun yanında olan ağacın meyvəsindən yemək olar? Təşəkkürlər
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Gedəsi yerim olduqda namazı 3 vaxt qıla bilərəm?. 2: Namazın qəzasını qılarkən qunutda salavatla təsbihati ərbəni bir dəfə demək olar?.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Namazı hər bir halda 3 və ya 5 vaxtda qılmaq icazəlidir.

2.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Möhürlə təyəmmüm olunarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yer adlanan şeylərə, həmçinin nöhürə təyəmmüm icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum aga.Rəhbərin hökmlərində var ki əsas harada çalınan alətləri heç bir vəchlə çalmaq caiz deyil.Amma müştərək alətlər istisnadir. Halal ve haram da çalınan dedikdə hansısa məclis nəzərdə tutulur yoxsa dini müğənninin mahnılarında ifa yeterlidir? Misalçun gitara mən halal mahnılari bu alətde ifa edirem.icazəlidir???ALLAH razi olsun sizden
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ürfdə müştərək alət kimi tanınan musiqi alətlərini halal məqsəddə istifadə etmək olar. Gitara ürfün nəzərində haram musiqi aləti kimi tanınırsa (adətən belədir) ondan istifadə etmək haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum Mənim əvvəllər aldığım qüsllarda bədənimin bir hissəsində cox kiçik bir qaralıq var idi. Mən elə bir formada qüsl aldım. Həmin qüslun üzərindən ən azı 20 gün keçib. Həmin o qaralıqın bədənin bir hissəsi olma ehtimalıda var. Mən yenidən qüsl almalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: İnsanın doğulduğu yеr, hətta orada yaşamasa belə, onun vətəni sayılırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər o yеrdə bir müddət qalıb boya-başa çatıbsa, oradan imtina еtməyincə, həmin yеr onun üçün vətən hökmündədir. Əks təqdirdə vətəni sayılmır.

Allahdan uğurlar diləyirik!
Sual: Xəstə bir şəxsin bədəninə köçürülməsi üçün, vəfat etmiş bir şəxsin cənazəsindən damarların götürülməsi caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər mərhum həyatda ikən buna icazə veribsə, yaxud ölümündən sonra onun qəyyumları bu işə icazə veriblərsə, yaxud da bir insanın həyatının xilas edilməsi buna bağlıdırsa, işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Ayətullah Xameneinin rəyinə görə, vacib namazda hansı hallarda niyyəti dəyişmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Aşağıdakı hallarda niyyəti dəyişmək vacibdir:

1. Əsr namazından zöhr namazına dəyişmək: əsr namazı əsnasında zöhr namazını qılmadığını xatırlasa;

2. İşa namazından məğrib namazına dəyişmək: işa namazı əsnasında məğrib namazını qılmadığını xatırlasa və həmçinin niyyəti dəyişməyin məqamı ötüb keçməsə;

3. Əgər insanın boynunda tərtibinə riayət etmək şərt olan iki namazın qəzası olsa və o da unudaraq birinci namazdan öncə ikinci namazı qılmağa başlamış olsa.

Allahdan uğurlar diləyirik!
Sual: Bir nəfər vaxtın dar olduğuna görə təyəmmüm alaraq namaz qılıb. Namazı qurtarandan sonra məlum olub ki, dəstəmaz alması üçün vaxt olub. Bu halda onun qıldığı namazın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu namazı yеnidən qılması vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Paltarda olan qanı yuduqdan sonra bir az izi qalır. Qanın bu solğun ləkəsi nəcisdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qanın özü deyil, yalnız ləkəsi qalsa, pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Narkotik maddələr vasitəsilə xəstəliyin müalicə edilməsinə icazə verilirmi? Əgər icazə verilirsə, ümumi şəkildə icazə verilir, yoxsa təkcə o halda icazə verilir ki, xəstəliyin müalicəsi yalnız bu yolla mümkündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər xəstəliyin müalicəsi narkotik maddələrin istifadəsinə bağlıdırsa və bunu da etibarlı bir həkim təyin edərsə, işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Kitab əhli ilə süfrəyə oturmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tez - tez çiməndə xəstələnirəm su ola ola təyəmmümlə namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər xəstələnmək qorxusu varsa qüsulun əvəzinə təyəmmüm etmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Mən bilmək istərdim ki məhərrəmlikdə şer oxumaq və ya birinə şer deməyin bir işğalı var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin şəri cəhətdən problemi yoxdur, lakin əgər İmam Hüseynə (ə) hörmətsizlik kimi hesab olunarsa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun Aleykum. Ğaitdən sonra bövl ilə birlikdə qatı maye gəlir ama nə şəhvətlə gəlir nə də süstlük yaranır. Bilmək istəyirdim bu məni hökmündədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, məni hökmündə deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Skrumbiya balığını yemək olarmı? Deyilənə görə skrumbiya baliğı pulcuqların dənizdə tökür.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, halaldır.

Allahdan uğurlar diləyirik!
Sual: Dovşan əti yemək haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: salamun aleykum Müsəlman və ya qeyri müsəlman ölkələrinin hazırladığı dəri toqqa ilə namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlman ölkəsi tərəfindən istehsal olunan toqqadan istifadə etmək icazəlidir. Qeyri müsəlman ölkəsi tərəfindən istehsal olunan toqqaya gəldikdə isə, əgər xalis dəri olduğuna əmin deyilsinizsə namaz qılmağın problemi yoxdur. Xalis dəri olduğuna əminsinizsə onunla namaz qılmaq olmaz. Lakin öncələr qıldığınız namazların qəzası lazım deyil.

Allahdan uğurlar diləyirik!
Sual: salam.Mən aybaşı olmuşam,bitdikdən sonra qüsulu necə alınır?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Heyz qüsulunun alınma metodu digər qüsullar kimidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Harama baxmamaq üçün pis fikirlərdən uzaq olmaq ücün insanın özündən məni xaric etməyi günahdırmı ? 2.Hökmü bilmədən orucu bilərəkdən pozmuşam ve pozduğum gün sayı qədərdə qəzasını tutmuşam amma indi hökmlə tanışam bu halda vəzifəm nədir ? 3.Pensiya alan qadın ərindən icazəsiz pulu xərcləyə bilərmi ? Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bəli, günahdır.

2.Zəhmət olmasa bu sualı daha dəqiq və konkret ünvanlayın.

3.Bəli, lakin daha yaxşı olar ki, icazə alınsın.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı