Şəri sual göndər
Ümumi sual göndər
Sual: Qusl zamanı suyun bədənə çatıb-çatmamasîna görə şübhəyə düşsək yəni bədəndə hər hansı bir maniə olub olmamasına görə şübhəyə düşsək nə etməliyik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qüsul zamanı şəkk etsəniz həmin miqdarı yumalısınız. Əgər qüsuldan sonra şəkk etsəniz şəkkinizə etina etməyin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir ana xəstə uşağı üçün zinət əşyasını uşağın sağalması üçün nəzir deyir.Lakin maddi cəhətdən imkan olmadiğina görə müalicənində uzun müddətli olduğuna görə həmin əşyanı satıb müalicəyə işlədə bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəzirdə əqd oxunmalıdır. Məsələn: "Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm" deyərsə, nəziri səhihdir və bu nəzirə əməl olunmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam men işlə əlaqədar olaraq üzümü həftədə 1 dəfə maşinkanın 1 nömrəsi ilə qırxıram.Mən işlədiyim yerdə pişnamaz dayana bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. İmam camaat dura bilməzsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, İmam Mehdinin (ec.f) adını bu dövrdə dilə gətirmək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş şəri cəhətdən icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Bilmək istərdim şəriətimiz oral cinsi əlaqə etməyə icaze verir?ALLAh razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin şəri baxımdan haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, bütün vacib qusllardan sonra destemazsız namaz qılmaq olar yoxsa təkcə cənabətdən sonra?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bütün vacib qüsullarla namaz qılmaq olar, orta istihazə qüsulundan başqa. Lakin daha yaxşı olar ki, cənabətdən başqa olan qüsullardan sonra dəstəmaz da alınsın.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Mən hicablı xanımam..Bəzi qohumlar var məsələn dayı oğlu.xala nəvəs.Bunlar 8 -12 yaş arasındadılar. yəni bu oğlan uşaqları neçə yaşa çatanda onların yanında örtünmək lazımdı.Əvvəlcədən təşəkkürlər
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Cinsi münasibətləri anlamağa başlayan uşaqlar "müməyyiz" adlanır və ehtiyat budur ki, onların yanında hicab bağlanılsın.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, suiti dərisindən hazırlanmış şubanı geyinməyin hökmü nədir? Bu işin haramlığı varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qeyri müsəlman ölkəsininz istehsalıdırsa və ya qeyri müsəlmandan almısınızsa və istehsal olunan ölkəni bilmirsinizsə nəcis hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: SALAM TƏQLİDİMDƏ MƏRHUM AYƏTULLAH FAZIL LƏNKƏRANİ AĞADA QALMIŞAM TƏQLİDİM CAİZDİRMI? TƏQLİDİMİ DƏYİŞİB DİRİ MUCTEHİDƏ TƏQLİD EDƏ BİLƏRƏM?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Meyyidə təqlid etməyə davam etmək hər bir halda icazəlidir, lakin ehtiyat budur ki, təqlid etdiyiniz dünyadan gedən müctehid ələmdirsə (daha elmlidirsə) ona təqliddə qalasınız.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Baldızımın əri işlədiyi yerə yaxın olan bağ var sahibi orda olmur başqa yerdə evi var. O bağdan icazəsiz meyvə yığılar ondan bizə də gətiriblər. Onun mürəbbəsi bizim evdə yeyilir izah etsəmdə anlamılar və yeyilər. O mürəbə süfrən üsdündə olarkən o süfrədə oturmaq günahdı? Və o mürəbə bu evdə varkən namaz qılmaqım düzdü? 2.İkinci sualım budurki qohumum tikintidə işləyir və ordan xəlvət matreyal gətirib evin tikərkən ondanda istifadə edib, mən başa salsamda bizimkilərin sözləri sərtləşir sanki mən səf deyirəm. O evə qonaq gedərkən çörək yeyib, namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hər iki halda süfrədə oturmaq da olar, namaz qılmaq da.
Allahdan uğurlar diləyirik!
Sual: Mən bir neçə gün bundan qabaq cənabət quslu aldım.O zaman bədənimin hər yerinə su çatdırdım.Ama bir müşkül var.Həmin qüslu alarkən barmağımın üzərində bir qara nöqtə var idi.Onun üzərini bir necə dəfə sürtdüm amma o qaralıq çixmadı.Amma o qüslu alandan bir neçə gün sonra baxıb görürəmki o qaralıq barmağîmdan gedib.Mən həmin bu səbəbdən yenidən qüsl almalıyam? Və namazları yenidən qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Suyun bədənə çatıb-çatmamağını təyin etmək mükəlləfin öz vəzifəsidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər namazın dördüncü rəkətində şəkk olunursaki bir səcdə etdim yoxsa iki bunun hökmü nədir
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Təşəhhüdə başlamamışdan öncə şəkk etsəniz daha bir səcdə etməlisiniz, təşəhhüdə başladıqdan sonra baş verərsə şəkkinizə etina etməyin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Sualim bundan ibarətdir ki,namaz qəzası olan insan ,mustəhəb namaz qıla bilər?Öncədən təşəkkürlər.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qıla bilər.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Bilmək istərdim 3 və 4 rəkətli namazlarda üçüncü və dördüncü rəkətlərdə təsbihati ərbəə və yaxud həmdin yerinə Quranın hər hansi qısa surələrindən birini oxumaq olar ya yox ?Təşəkkur edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam,bir sualım vaı.Möminə bir xanımın ətir işlətməsi haramdır ya icazəlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadının naməhrəm önündə ətirdən istifadə etməyi icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mümkündürsə namazların qəzasını qılmaq qaydasını izah edərdiz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazların qəzası eynən namazların özü kimi qılınır. Yəni uca səslə qılınan namaz uca, asta səslə qılınan namaz isə asta qılınmalıdır. Gün ərzində qəzaya verdiyiniz namazları sıra ilə qılmağınız lazım deyil. Yəni öncə axşam, daha sonra sübh namazını qıla bilərsiniz. Lakin əsir namazını zöhrdən, işa namazını isə məğrib namazından öncə qılmaq olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Bir neçə quslu niyyət edib, bir dəfə qusl vermək olarmı? Istər vacib istərsə də müstəhəb qüslları?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Nərd və domino haramdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nərd və şahmat oyununu oynamaq haramdır. Digər oyunları oynamaq isə əgər bölgənizdə qumar aləti kimi tanınırsa haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, namazı bitirdikdən sonra, paltarda nəcis olduğunu görsəm, namazı yenidən qılmalıyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər namazdan sonra paltarının nəcis olduğunu anlayarsa qıldığı namaz düzgündür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Əgər bir qadın hər hansısa bir videoda örtünməsi lazim olan yerlərini öz istəyi ilə örtməyibsə ona baxmağın hökmü nədir...və əgər günahdırsa bu böyük günahlardan hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər şəhvət və reybəyə səbəb olarsa haramdır.
Allahdan uğurlar diləyirik!