Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam,Anam mənəvi xəzinələr kitabinda belə bir şey oxuyub,kim vacibi namazlarda nas və qədr sürəlirini oxusa savabi coxdur,ama ixlasi oxumuyub,namazlardan sonra 11 dəfə ixlasi oxuyub,Anamin ürəyində qara qalib o namazlara düzdümü,bilməyib
Bilməyib elə edib,indi mamamin ixlassiz qildiqi namazlarin hökmü nədir?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Fatihə surəsindən sonra hər hansı bir surə oxunarsa kifayətdir və ixlas surəsini oxumaq vacib deyil.
Təşəkkürlər.
Sual: Salam. Xums verilme tarixin deyismek olirmu. Ve deyismek mumkundurse nece edilmelidir?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Xumsun tarixini tezləşdirməklə, yəni, xums günü çatmamışdan əvvəl müəyyən bir gündə xums verərək vaxtını dəyişmək icazəlidir. Amma gecikdirməklə dəyişmək icazəli deyil.
Təşəkkürlər.
Sual: SALAM mən bilmək istərdim Xanım ZƏHRA sə təsbihi zikrin deyəndə ALLAHU ƏKBƏR 34 ƏLHƏMDULİLLAH 33 SÜBHANALLAH33.Bu zikirlərin arasında salavat deməyin hökmü nədir .birdə qunutda əzabənnar sözündən sonra əlavə olarag əzabəl qəbr deməyin hökmü nədir.nəzərə alsaq ki əzabəl qəbir quran ayəsindən deyil duada
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Zikrlərin arasında salavat deməyin maneəsi yoxdur.
2. "Əzabəl qəbr" sözünü rəca qəsdi ilə, yəni, savab əldə etmək ümidilə artırmağın eybi yoxdur.
Təşəkkürlər.
Sual: Salam olsun. Kvas içməyin hökmü nədir?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər tərkibində spirt varsa icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam Aga.Mən müsəlmanan şiəyəm,mən rus pravaslav dualari Zagavor oxuya bilərəm? Ümumiyyətlə oxumaq olar?
2 ci sual,Rus kilsəsinə gedib şam yandirmaq olar?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Sırf mütaliə və məlumatlanmaq məqsədi ilə oxumağın maneəsi yoxdur. Lakin onların düzlüyünə etiqad edərək oxumaq icazəli deyil. Həmçinin bununla insanın haqq yoldan çıxması və ya əqidəsinin zəifləməsi ehtimal olunarsa icazəli deyil.
2. Xeyir, olmaz.
Təşəkkürlər.
Sual: Salamaleykum. Qeyri-müsəlman ölkəsində süt və süt məhsulları yemək haramdırmı?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Xeyir, haram deyil, halaldır.
Təşəkkürlər.
Sual: Salam aleykum men covide qarwi vaksin vurdurmuwam ikincisi Ramazan ayina duwur ikinci vaksini vursa oruc batil olururmu?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Xeyir, batil olmur.
Təşəkkürlər.
Sual: Salam.Araq və spirtin pak olması barəsində Fazil ağanın fikri nədir.Yəni əyər paltara düşərsə həmin paltarla namaz qılmaq olarmı yoxsa yuyulub pak olunmalıdır mı?
Cavab: Aleykum salam.
Ayətullah Fazil Lənkərani-dəftərxana:
Şərab və insanı məst edən hər bir şey əgər əslində maye olan şeylərdən hazırlanarsa nəcisdir. Amma yalnız tibbdə istifadə olunan xalis tibbi spirt pakdır. Lakin şərabdan və ya pivədən alınmış olarsa nəcisdir.
Təşəkkürlər.
Sual: Salam Alekum.Allah sizden razi olsun.bilmey istiremki suruculuy vesiqesini almag ucun imtahan verib almalisan lakin kece bilmedin ala bilmisen,lakin pul veribde almag olur bilmey istiremki onu pul verib almag rusvet sayilirmi?
Cavab: Aleykum salam
Ayətullah Xamenei-dəftərxana:
Bu iş icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam.Araq və spirtin pak olması barəsində Behcat ağanın fikrini bilmək istərdim.Paltara əyər düşərsə həmin paltarla namaz qılmaq olarmı yoxsa paltar pak olunmalıdır?.
Cavab: Aleykum salam.
Ayətullah Behcət-dəftərxana:
Şərab və çoxu insanı məst edən hər bir şey əgər əslində maye olan şeylərdən hazırlanarsa nəcisdir. Amma qapı, pəncərə və bu kimi şeylərin rənglənməsində istifadə olunan spirt pakdır. Həmçinin insan müəyyən bir spirtin əslində maye olan şeydən hazırlanmasını və ya məst edici olmasını bilməsə pak hökmündədir.
Təşəkkürlər.
Sual: Salam, lotereyada udulan pulun hokmu nedi? Yeni haramdi, yoxsa halal?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
1. Əgər lotoreyanı təşkil edən onu xeyriyyə işi üçün təşkil edibsə, lotoreya biletlərini almaq icazəlidir və qazanılan məbləğ halaldır.
2. Əgər lotoreya xeyriyyə işi üçün təşkil olunmayıbsa müamilə batil sayılır. Amma batil olmasına baxmayaraq yenə də bileti alsa və uduş adına çıxsa bu növ lotoreyanı təşkil edən dövlət şirkətidirsə Şəri hakimin icazəsi ilə o uduşu özünə götürə bilər əks halda götürə bilməz. Amma lotoreyanı təşkil edən şəxsi şirkətdirsə onların öz razılığı ilə uduşu özünə götürə bilər və şəri hakimin icazəsi şərt deyil.
Təşəkkürlər.
Sual: Salam Aga,ayagyolunda alt paltarimda nəmliy müşahidə etdim,bu mənidir yoxsa məzi özüm dəqiq bilmirəm, Cənabət qüslü almaq lazımdır?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər cünub olandan sonra bövl etmişdinizsə (bövl etmək yəni, sidiyə getmək), daha sonra xaric olan mayenin pak yoxsa nəcis olmasına şəkk etsəniz pak hökmündədir. Həmçinin cünub olmamışdan əvvəl xaric olan mayenin pak yoxsa nəcis olmasına şəkk etsəniz pak hökmündədir.
Təşəkkürlər.
Sual: Salam sistani ağa mən bilmiyərəkdən zöhr namazının nafiləsini sübh namazından dərhal sonra qılmışam doğrudurmu
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Xeyir, düzgün deyil.
Təşəkkürlər.
Sual: Salam Alekum.Allah sizden razi olsun. Sualim budurki eger bir qadin evlenib ama dini nigahlari yoxdur qadin hemin insannan ayrilandan sonra bawqa kiwiynen muveqqeti nigah baglamaq istese idde muddetini gozlemelidir yoxsa zina elediyi ucun tovbe eliyennen sonra idde muddeti gozlemey lazim deyil
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər dövlət nikahları var idisə vacib ehtiyata əsasən təlaq oxunmalı və iddə gözləməlidir.
Təşəkkürlər.
Sual: Salam Aleykum.. bilmek isteyirem, Agalarin cin çixarma, insana cin girme kimi hadiselerle baglı hansi hokumleri var? Umumiyyetle şie mezhebinde cin çixarma hansi hökmdedir?
Cavab: Aleykum salam.
Sualınız şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.
Təşəkkürlər.
Sual: Salam ağa mənim qardaşımın bağırsağına çiban çıxlb buna görədə bağırsağından qan gəlir bu halda o namazlarını necə qılsın? Namaz qılarkən qan gəlsə namazı batil olar?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Namazdan əvvəl bədənini paklamalı və pambıq və s. ilə qanın xaric olmasının qarşısını almalıdır. Namaz əsnasında qan xaric olarsa, əgər çox az miqdarda olarsa eybi yoxdur.
Təşəkkürlər.
Sual: Salam.Əyər ölkəmizdə müharibə gedirsə bizim bu müharibəyə gedməyimiz üçün müctəhiddən fətva əmri almağımız vacibdir yoxsa heç bir fətvaya ehtiyac yoxdur?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: Eyni cinsden olan mali mulku deyismek olar?
Cavab: Salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər çəki ilə satılan şeylərdən deyilsə maneəsi yoxdur.
Təşəkkürlər.
Sual: qeyri müsəlman banklarından faiz almağın caizliyini bilirik..bəs fərddə hökm necədir?..məsələn xristian qadına 1000 manat verib...1500 manat almağı şərt edə bilərəmmi?...3-mən maşın satıram...müştərilər ayda müəyyən məbləğı ödəyirlər...yəni maşının satışını nağdı yox nisyə ödəyirlər...pulun gecikdirilməsi üçün cərimə təyin edərək əlavə məbləğ əldə etməyin hökmü nədir?
Cavab: Salam.
Ayətullah Sistani-dəftərxana:
1. Bəli, icazəlidir.
2. Gecikmə üçün əlavə pul almaq icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam...1-bir nəfər qəza orucunu günortadan sonra pozmağın düzgün olmadığını bilməyib və orucunu pozub...bu cür halda qəzanı pozmağın kəffarəsi düşürmü?...2-bir nəfər orucunun batil olduğunu bilməyib...illər sonra xəbərdar olub...bu zaman qəzadan əlavə təxir kəffarəsi də vacibdir?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Bəli, kəffarə düşür. Və kəffarəsi 10 fəqirə təam verməkdir (hərəsinə bir müdd, təqribən 750 qr). Əgər buna qüdrəti çatmazsa 3 gün oruc tutmalıdır.
2. Bəli, vacibdir.
Təşəkkürlər.