Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam
1.rəsm çəkmək(bundan pul qazanmaq) islamda necə qarşılanır?
2.bakirə qızla (arxadan yaxınlaşmaq şərti ilə)siğə etmək olar?
Cavab: Salam.
1.Bunun şəri cəhətdən problemi yoxdur.
2.Əgər həddi buluğa çatmış və öz xeyrini təyin edə bilən qız həyatının qərarlarını verməkdə, mal varlığını qazanmaq və xərcləməkdə müstəqil deyilsə evlənmək üçün atasından icazə almalıdır. Hətta müstəqil olsa belə ehtiyat-vacibə əsasən əqdin reallaşması üçün atasının icazəsi lazımdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun Aleykum. Bövlə gedərkən alt paltarda nemişlik görünürsə bu pakdı ? Ayaqyoluna vaxtında gedilirsə nəmişlik görünürsə yenədə bu nə ola biler ? Etrafli yazsaz sevinerik.Allah razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bövl bitdikdən sonra "istibra" adlanan əməl yerinə yetirilirsə ondan sonra çıxan maye pak hökmündədir. Əks halda bövldən sonra çıxan maye nəcis hökmündədir.
Allahdan uğurlar diləyirik!
Sual: 1.Bədənimə nəcis olub-olmadıģını dəqiq bilmədiyim su sıçrasa mən belə vəziyyətdə namaz qıla bilərəmmi?
2.Qeyri-müsəlman ölkələrində hazırlanan yəni istehsal olunan paltarlarla namaz qılmaq olarmı?
3.Bu vaxtacan qeyri-müsəlman ölkələrində hazırlanan paltarlarla namaz qıldığım vaxtlar olub. Həmin namazları yenidən qılmalıyammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əgər hər hansı bir şeyin nəcis olduğuna əmin deyilsinizsə, həmin şey pak hökmündədir.
2.Əgər qeyri müsəlman ölkəsindən gətirilən paltar xalis dəridəndirsə və aldığınız şəxs də şəri hökmlərdən xəbərsiz biri olubsa onunla namaz qılmaq olmaz və nəcis hesab olunur.
3.Xeyr. Əgər qeyri müsəlman ölkəsinidə hazırlanan dəri ilə hökmü bilmədiyinizə görə namaz qılmısınızsa qəza etməyinizə ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Əleykum.Kişinin tük qoparması caizdir?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana: Bu iş özü özlüyündə icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Mən Azərbaycanda yaşayıram, Lombard biznesi ilə məşğul olmaq istəyirəm bu Islam dinində nə dərəcədə bəyəniləndi.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun Aleykum. Milçəyi toknan öldürmək olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Sualıma görə üzür istəyirəm bir sualım var. Mənim uşağım çətin olur bunun üçün həkim yaxınlıqdan sonra yuyunmaqa icazə vermir. Mümkündürki uşaq olana və uşaq yerini tutuna qədər bir dəfə qüsl alanda bir dəfədə təyəmüm alım? Həmdə deyirki tez tez qüsl almaq düşük təhlükəsi yaradır.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədəninizə ziyanı varsa təyəmmüm edilməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Haram musiqilər hansılardır? Bütün musiqi alətləri haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Haram məclislərə uyğun olan musiqilər haram hesab olunur.
2.Haram musiqilərin istifadəsinə xas olan alətlər, haram musiqi alətləri hesab olunur.
Sual: Salam aleykum ve rəhmetullah.Sizə iki sualim var insallah tez bir zamanda bizləri melumatlandirarsiz.
1.Biz tərərfdə Aşura günündə Ələm(Əbəlfəzl(e) bayrağı) gəzdirilir. Həmin bayraq hər insanda gəzmir bunun gəzdirilməsinə seriet hakimi icazə verirmi?
2.Bizim kenddə məscid tikilib. Bu məscidin əvvəli yəni təməli deyilənə göre haram pulla tikilib, sonra həmin insan hebs olunub ve məscid yarimçiq qalib.Sonra biz kənd camaatı və yardim sevər insanlarin köməyi ilə tikmişik.Burda namaz qilmaq düzgündürmü?Və yaxud bunu paklamaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əgər bu iş bidət (dinə daxil edilirsə) hesab olunursa və ya insanların arasında xürafi düşüncələrin yayılmasına səbəb olursa icazəli deyil.
2.Bəli icazəlidir.
Sual: Müasir paltar yuyan maşınlarda paltarı pak edərkən suyun üzündə azda olsa paraşokun köpüyü görünür bu suyun qarışıq olması deməkdir? Və paltar pak olmur?yoxsa az köpük sayılmır?Birdə məsələn cins şalvar kimi rəngi çıxan paltarıda maşında yuyarkən rəngi çıxsa pak olmur? Sistani aganin müqellidiyəm
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər su paklama prosesi zamanı muzafa (qarışıq suya) çevrilirsə paltarlar paklanmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Müstəhəb namaz uca səslə yoxsa ahəstə qılınmalıdır ?Səcdə zikri deyərkən alnım möhürə iki dəfə dəyərsə bu iki secde olurmu ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Müstəhəb namazın uca və ya asta səslə qılınması icazəlidir.
2.Əgər qeyri ixtiyari şəkildə baş verirsə 1 səcdə hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Bir nəfər siqaret çəkməyəcəyinə and içib.Amma indi üstündə dura bilmir çəkmək istəyir hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər Allaha and içib və andını dilinə gətiribsə ona əməl etməlidir. Andını pozarsa 10 acı doyuzdurmalıdır. Bunu bacarmazsa 3 gün dalbadal oruc tutmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir nəfər cünub olarsa, lakin bir müddətdən sonra bundan xəbərdar olarsa ibadətlərinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Orucları düzgündür, namazları isə qəza olunmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişilər məğrib və işa namazlarının qəzalarını da ucadan qılmalıdırlar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hüseyniyyədən Quranın qiraəti və imam Hüseyn (ə) məclislərinin səsi olduqca ucadan yayımlanır. Belə ki, bu səs şəhərdən kənarda da eşidilir. Bu isə, hüseyniyyənin qonşuluğunda olanların dincliyini almışdır. Hüseyniyyənin məsulları və xətibləri bu əməli davam etdirirlər. Bu əməlin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Baxmayaraq ki, hüseyniyyədə dini mərasimlərin və şüarların uyğun zamanlarda təşkil edilməsi ən yaxşı işlərdən və böyük müstəhəb əməllərdəndir, amma mərasimləri təşkil edənlər və əza saxlayanlar qonşuları incitmək və onlara maneəçilik törətməkdən mümkün qədər çəkinməlidirlər. Məsələn, səsucaldanın səsini azalda və ya səsi hüseyniyyənin daxilində yayımlaya bilərlər.
Allahdan uğurlar diləyirik!
Sual: Siqaret satmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qanuna zidd deyilsə maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Sirkə içməyin problemi varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Mən kənddən şəhərə gəlin köçmüşəm,məsafə bir saat yarımlıq yoldu.Kəndə təməlli qayıtmaq fikrim yoxdu. Gedəndə ən azı üç gün ən çoxu 10 gün qalıram. Ora gedəndə namazımı necə qılmalıyam? Şiə olan birindən sünnünün ona sünnü namazını qılmağını öyrətməyini istəsə öyrədə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftəxana:
1.Əgər ər evinə köçməyinizlə öncə yaşadığınız bölgədən imtina etmisinizsə, ora getdiyinizdə 10 gündən az qaldığınız zamanlar namazınız qəsr qılınmalıdır.
2.Bunun şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən işləyirəm günorta namazı vaxtı heç cür alınmır mağazadayam necə qıla bilərəm .Sübh və Axşam namazımı evdə qılıram .
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın müstəhəblərini icra etmədən çox qısa vaxt ərzində qılmağa çalışın.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum Siqaret çəkməyin hökmü nədir? Bir də ki, elektron siqaret haqqında rəyinizi bilmək istərdim.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tütün məmulatları, gözə çarpacaq şəkildə ziyanlı olarsa istifadəsi haramdır.
Allahdan uğurlar diləyirik!