Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam bilməy isdəyirəm zinakarlığda məşhur olan qadınla mütə yəni müvəqqəti evliliy etməy olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müstəhəbdir ki, bu iş tərk olunsun.
Allahdan uğurlar diləyirik!
Sual: Bəzi müsəlmanlar kimi, bədənə zəncir vurmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər adi və ənənəvi qaydada olsa, həmçinin ürfün nəzərində əzadarlıqda hüzn və kədərin təzahürü hesab olunduğu tərzdə olsa, maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Sosial şəbəkədə hansısa naməhrəm qadının yazılarına şəkillərinə şəhvət hissi olmadan baxmaq olar? Hansıki o qadının yazdıqları ve şəkilleri hamı tərəfindən görünür.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Naməhərmin şəkillərinə şəhvət və reybə qəsdi olmadan, eləcə də digər fəsadların törənməyəcəyi halda baxmağın eybi yoxdur.
Allahdan uğuarlar diləyirik!
Sual: salam aleykum. Çox üzür istəyirəm. Bir müddət hamilə qalmamaq barədə şəriətimiz bizə nə buyurur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hamiləliyin qarşısını almaq özü-özlüyündə haram deyil.
Allahdan uğurlar diləyirik.
Sual: Əgər əzadarlıq məclislərində iştirak etdiyinə görə mükəlləf bəzi vacib əməlləri əldən versə, məsələn, sübh namazını qəzaya versə, bundan sonra belə məclislərdə iştirak etməməsi daha yaxşıdır? Yoxsa belə məclislərdə iştirak etməmək onun Əhli-beytdən (ə) uzaq düşməsinə səbəb olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Aydın məsələdir ki, vacib namaz Əhli-beytin (ə) əzadarlıq məclislərində iştirak etməyin fəzilətindən öndə durur. Əhli-beytin (ə) əzadarlıq məclislərində iştirak etmək bəhanəsi ilə namazı tərk etmək və ya qəzaya vermək caiz deyildir. Amma namaza maneəçilik törətməyəcək tərzdə əzadarlıq məclislərində iştirak etmək mümkün və təkid olunmuş müstəhəb əməllərdəndir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Sualıma görə bağışlayın.Deməli mən ayaqyoluna gedirəm istibra edib çıxıram.Gəlib dəstəmaz alıram elə olur namaza başlamamışdan əvvəl elə vaxt da namaz əsnasında məndən nəsə xaric olur.Mənə elə gəlir bu sidikdi.Elə vaxt olur bir dəfə xaric olur elə olur 2-3dəfə.Bu namazımı və yaxud dəstəmazımı batil edirmi?Hər istibradan sonra baş verir bu hadisə.Bir də bu baş verən zaman alt paltarı dəyişmək lazımdı?Yoxsa dəstəmazla kifayətlənə bilərəm?Xahiş edirəm ətraflı məlumat verin bu barədə.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər şübhəli maye olarsa pak hökmündədir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Mən Bakıda yaşayıram.Ailə qurub bakıya gəlmişəm.Mənim ata evim Gəncədədir.Mən Gəncəyə atamgilə gələndə namazı tam qılmalıyam ,yoxsa qəsr?Gəncədə 3 gün qalıb gəlirəm.ALLAH razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ora doğulduğunuz yerdirsə, orda yaşamaqdan da imtina etməmisinizsə və həmçinin gələcəkdə orda yaşamaq fikriniz varsa vətəniniz hesab olunur və namazlarınız adi halda qılınır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1. Vəhabi kafir hökmündədirmi? 2. Vəhabinin verdiyi ehsandan istifadə etmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Xeyr. Vəhhabi düşüncəsində olmaq kafir olmaqla eyni deyil.
2.Haramlığına əminliyiniz yoxdursa yemək icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Üzüm mürəbbəsi hansı halda haram və hansı halda halal olur? Üzüm kompotu halaldırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üzüm təkbaşına qaynadığı zaman 2/3-i buxar olmalıdır. Lakin mürəbbə və kompotu isə əgər üzümə nəsə əlavə olunaraq qaynadılırsa halaldır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sistani ağaya görə üzə ülgüc vurmaq olmaz. Bunun içinə stanoq və üz qırxan maşında daxildir? Belədirsə onda vəhabilərin saxladığı saqqal düzdü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər saqqal deyəcək qədər üzdə tük qalarsa icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cinsi yaxınlıq zamanı ərlə arvad ikisinində razılığı olduğu halda oral sekslə məşğul olsalar bu günahdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunu şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Kişilərin boyunbağı taxmalarının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər boyunbağı qızıldan və ya istifadəsi qadınlara xas olan şeylərdən olarsa, kişilərin belə boyunbağı taxmaları caiz deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmazın düzgün olmasında suyun qolun bütün hissələrinə axması şərtdirmi? Yoxsa qola yaş əli çəkmək kifayət edir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmaz üzvünün “yuyulması” – suyun dəstəmaz üzvünün hər tərəfinə, hətta əl çəkməklə olsa belə, dəyməsidir (çatdırılmasıdır). Amma təkcə yaş əlin dəstəmaz üzvünə çəkilməsi kifayət etmir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam namazın üçüncü və dördüncü rükətində əgərr şəək olunursaki ikinci rükətdə təşəhhüd deyilib ya yox bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Həmd və ya təsbihat-ərbəə oxunan zaman təşəhhüdün edib-etməməsi barədə şəkk edərsə, şəkkinə etina etməməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Şəri məsələlərin bir çox hissəsində bir müctehidə digərində isə başqa bir müctehidə təqlid etmək olar? 2)bir yer sidiklə murdarlandıqdan sonra quruyub.Həmin yerə quru əllə toxunduqda əl murdarlanır? 3)Ayaq üstə bövl etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1.Əgər bir neçə müctehid elm, təqva cəhətindən bərabər olsalar, şəri məsələlərin mövzularında onlara ayrı-ayrılıqda təqlid etmək olar. Məsələn namaz mövzusunda birinə, xums mövzusunda isə digərinə.
2.Xeyr. Nəcisin keçməsi üçün 2 şərt mövcuddur: yaş olmaq, toxunmaq, yaşlığın birindən digərinə keçməsi.
3.Məkruhdur. Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Xums kimə verilməlidir?
2.Mən əvvəllər namazın ilk təkbirini bir dəfə deyirdim, sonra eşitdimki ikidəfə deyilməlidir. Burdada bir dəfə deyilməli olduğunu oxudum. Onda mənim 2 dəfə təkbir dediklərim namazın hökmü nədir?.
3.İnsandan namazda yel gələrkən özünü sıxıb yelin qarşısını alması namazı pozur? Əgər pozursa bunu bilməyən əvvəlki namazların hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Xüms iki yerə bölünməlidir: Bir qismi seyyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyyidlərə verilsin. Digər yarısı isə İmamın (ələyhis-salam) payıdır ki, bu təqlid mərcələrinə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır.
2.Əgər məsələni öyərnməkdə səhlənkarlığa yol verməmisinizsə namazlarınızı yenidən qılmağa ehtiyac yoxdur.
3.Xeyr, bu hal dəstəmazı pozmur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Həcc ziyarətində Məkkə wəhərində ehramlı halda gun çıxdıqdan sonra üstü bağlı avtobusla Ümrə əməllərini yerinə yetirmək üçün Kəbəyə getmişəmsə,boynuma kəffarə gəlir, yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən kəffarə vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1: Ər dinə maraqı olmasa dinə maraqlamasa amma arvad dinlə məşqul olub haq yolunda getmək isdərsə, ərindən gizlin ibadətlə məşqul olub, internetdə araşdırmalar edə bilər? Və bir çox din altında sayıtlar varki qadınları yoldan çıxarırlar, o sayıtlara qadın ərindən gizli girib qadınları o sayıtlardan uzağlaşdıra bilər?. Sual 2: Qadın Cənabat qüsulu aldıqdan sonra kişidən gələn sperma qadından qaydarsa, qüsul pozulmuş olur? Yaxud şəkk edilərsə qüsul pozulmuş olur?. Sual 3: Ərlə arvad bərabər olarkən kişidən gələn məni qadına düşməsə və qadın özündəndə heçnə gəlməsə Qüsul vacibdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Araşdırma aparmaq icazəlidir, Lakin qeyd olunan saytlara ərdən icazəsiz girmək olmaz.
2.Xeyr, bu qüsulun pozulmasına səbəb olmaz.
3.Qüsul iki halda vacib olur: Spermanın xaric olması və cinsi əlaqə zamanı kişinin övrətinin daxil olması.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aga. Dayımın və əmimin yanında hicabsız gəzə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, əmi və dayı qadına məhrəm hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam hədiyyə olunan qiymətli əşya və yaxud mülkə xums düşürmü?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Qiymətsiz hədiyyələrə xums vacib olmaz, lakin qimyətli hədiyyələrin xums ilinin sonunda artıq qalarsa və istifadə olunmazsa xumsu verilməlidir. Əgər hədiyyə verilən evdən istifadə etmisinizsə və ehtiyacınız da olubsa xums düşmür.
Allahdan uğurlar diləyirik!