www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam qusul əsnasında əgər ğaitin məxrəcindən yel xaric olubsa nə etməli?
Cavab: Salam. Ayətullah Vəhid-dəftəxana: Bu iş qüsulun batil olmasına səbəb olmaz, lakin həmin qüsulla dəstəmazın şərt olduğu işləri də görmək olmaz. Əlavə olaraq dəstəmaz almaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun Eleykum. 1)Mən adəten işimdən ötrü cənabət qüslunu vaxtı-vaxtında edə bilmirəm. Əgər iş sahibindən icazə istəsəm vermir, versə də sonra narazıliq olur, bu vəziyyətdə təyəmmüm ala bilərəmmi? Birdə ki,yatdıqdan sonra (yuxu halında) insandan mənidən başqa pak bir şeyin xaric olmaq ehtimali var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər namazın vaxtı çıxana qədər heç cürə qüsul almaq imkanı olmazsa, təyəmmüm edərək namaz qılmaq lazmdır.

2.Bəli, mümkündür. Əgər mayedə məniyə məxsus əlamətlər olarsa cənabət qüsulu vacib hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Bakıda qalıram evim də Bakıdadır. İşyerim Kənddədir gedib 3-5-10 gün qalıram qayıdıram.1, 2 gün Bakıda qalıram yenə Kəndə qayıdıram. Mən necə namaz qılım?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ay ərzində 10 gün səfərdə olursunuzsa və bu hal ən azı 6 ay çəkəcəksə siz "çox səfər" edən hesab olunursunuz və namazlarınızı bütöv qılmalısınız. Ay ərzində 8-9 gün səfərdə olursunuzsa namazlarınızı həm bütöv, həm də qəsr qılmalısınız. 7 gün və daha az səfərdə olsanız qəsr qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nəşə çəkmək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Qüslə aid olan hökmlər qüsl əvəzinə edilən təyəmmümə də aiddirmi? Yəni bu təyəmmüm ilə məscidə daxil olmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vaxtın darlığı səbəbilə qüsl əvəzinə edilən təyəmmüm istisna olmaqla, digər səbəblərə görə qüsl əvəzinə edilən təyəmmüm qüslə aid olan bütün hökmləri daşıyır.

Allahdan uğurlar diləyirik!
Sual: Sehr öyrənmək və bu işlə məşğul olmaq caizdirmi? Ruhları, mələkləri və cinləri çağırmaq caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sehr elmi və onu öyrənmək haramdır. Amma məntiqi və şəri hədəfə görə olarsa, istisna təşkil edir. Ruhları, mələkləri və cinləri çağırmağa gəlincə, istifadə yerinə, istifadə olunan vasitələrə və məqsədə görə, bu məsələ müxtəlif hökmlər kəsb edir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Xums və zəkat nə zaman vacibdir? 2)İqtida etdiyimiz pişnamazın ilk səcdədə alnı iki dəfə məhürə dəyibsə bu iki səcdə sayılır? Bu halda onun vəzifesi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Yeddi şeydə xüms vacib olur:

1. Qazanc.

2. Mədən.

3. Xəzinə.

4. Harama qarışmış halal mal.

5. Üzgüçülüklə (yəni dənizə batmaq vasitəsi ilə) əldə edilən cəvahirat.

6. Müharibə qəniməti.

7. Məşhura əsasən, zimmi kafirin müsəlmanlardan satın aldığı yer. Bunların hər birinin hökmü müfəssəl deyiləcək.



On şeyə zəkat vacibdir:

1) Buğda;

2) Arpa;

3) Xurma;

4) Kişmiş;

5) Qızıl;

6) Gümüş;

7) Dəvə;

8) İnək;

9) Qoyun;

10) Ehtiyat-lazıma əsasən ticarət malı (sərmayə);



2.Əgər insanın alnı möhürə ixtiyarsız şəkildə 2 dəfə dəyərsə bu, bir səcdə hesab olunacaq və əgər zikri deməyibsə deməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1: Mən əvvələr namazı çoxda dərinsən sərk etmirdim, indi anlıyıram və baxıramki namaz surələrindəki sözlərin bəzilərisi səf demişəm məsələn a yerinə ə bu namaz batildi? Qəzası qılımlalıdı? Və yenidən dəfdərə baxıb on gün zad diqətlə baxıb qıla bilərəm? 2: Mənim yoldaşım rayonlardan meyvə tərəvəz yığıb bazarda satır( halal zəhməti ilə). Bazarda oturduğu yerin haqqınıda verir. Aylıq gəliri 400 manatdan çoxdu ona Xumus düşür? Düşürsə nə qədər düşür? Və kimə verilməlidi?. Onuda deyimki atasıyla bir işləyir, pul atasında olur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr, namazlarınızı təzələməyə ehtiyac yoxdur. Lakin bundan etibarən namazın sözlərinin düzgün şəkildə tələffüz etmək üçün səy göstərin.

2.Təyin etdiyi xums günü əlində artıq qalan pul və ərzaqlara, eləcə də istifadə olunmayan paltar və digər şeylərə xums düşür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil edermi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, bu namazın batil olmasına səbəb olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Orucluqda oruc tuturdum axrıncı 1 həftəsin xəstəndim qanım düşdü tutmadım .Bu günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üzürlü səbəbə görə tutulmayan orucların qəzasını növbəti orucluq ayına qədər tutmaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: salam eşidmişən ki əgər sübh namazın üzurlu səbəbə (yuxudan dura bilməmək və s)görə qıla bilmədikdə günorta azanına qədər əda niyyəti ilə qılına bilər .bu doğrudurmu? 2)umumiyyətlı subh namazının qəzası nə vaxtdan etibarən başlayır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sübh namazının qəza olma vaxtı günün çıxma zamanıdır və bu andan etibarən sübh namazı qəza niyyətilə qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sual 1: bir qadın internet yoluyla ərinə xəyanət edərsə,amma sonradan səfini anlayıb tövbə edib və yenə şeytana uyub tövbəsini pozarsa və dəfələrcə bu formada davam etdikdən sonra, sonra Allah yolunu tutsa həqiqi tövbə edib imana dönsə tövbəsi və ibadəti qəbuldu? Və ərinə olub bitənləri danışmalıdı?(danışsa əvvəl anamadığı indi anadığı ailəsi dağılar amma). Sual 2: Günah bilib bir şeyə Tövbə etsə insan, amma sonda onun günah olmadığını anlasa, tövbəsini pozsa günahdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Allah tövbələri qəbul edəndir. Lakin keçmişdə başverənləri ərinə deməsi lazım deyil.

2.Xeyr. Günah deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Yəhudi və xristian dininin, habelə, başqa kafir dinlərin nümayəndələri üçün işləməyin və onlardan zəhmət haqqı almağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kafir üçün işləməyin öz-özlüyündə işkalı yoxdur, bu şərtlə ki, bu iş haram işlərdən və İslamın, müsəlmanların ümumi mənafeyinin ziddinə olan işlərdən olmasın.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun Aleykum.Ayaqyolunda su necise qarışıb paltara sıçrayırsa hökmü nədir? Birde necis bir elle quru bir weye toxunulsa bunun hokmu ? ALLAH Sizlerden razi olsun,
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər nəcisə dəyərək, üstünüzə sıçrayan su az sudursa (384 litrdən az) paltarınız nəcis olur. Yox əgər kürr (384 litrdən çox) sudur və ya kürr süya birləşmiş sudursa, nəcisin rəngi, iyi, dadı paltarınıza keçməyibsə nəcis olmağa səbəb olmaz.

2.Nəcisin bir şeydən digərinə keçməsi üçün ikisindən biri yaş olmalı, və yaşlıq digərinə keçməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Ər qadınla bərabər olarkən, ər qadını təmin edəmirsə qadın özü özlüyündə rahatlaşması günahdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, bu iş şəri cəhətdən haram hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Birinə borcu olan Kərbəlaya gedə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş icazəlidir, lakin daha yaxşı olar ki, borcunu ilk öncə borcunu geri qatarsın.

Allahdan uğurlar diləyirik!
Sual: Bankların və “Qərzul-həsənə” müəssisələrinin səhmdarlara vеrdiyi mükafatlara xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hədiyyə və mükafatlarda xüms vacib dеyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Təyəmümlə qılınan namazları qusul aldıqdan sonra qəzası qılınmalıdırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Vəzisəfəsi təyəmmüm olduğu təqdirdə təyəmmümlə qılnan namazları qəza etməyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qusul akarken əgər şəkk olunursa ki, ğayitin məxrəcindən yel çıxıb ya yox bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu növ şəkklərə etina olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam..Məhrəmlə məhrəm toyda oynaya bilərmi? 2)Bir şəxs ibadətlərini doğru yerinə yetirir, yalnız heç bir muctehidə təqlid etmir. Bu halda onun ibadətləri hədərmi? 3)Məhərrəm ayında semçka çırtlamaq, saqqız çeynəmək harammı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Ehtiyat budur ki, məhrəm məhrəm yanında da oynamasın.

2.Təqlid etmək şəri cəhətdən vacib əməllərdəndir. Əgər onun etdiyi əməllər təqlid etməli olduğu müctehidin rəyləri ilə uyğundursa əməlləri düzgündür.

3.Bunun şəri cəhətdən maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı