Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salamun eleykum ve rehmetullah. Sualım budur ki, üzə ülgüc vurmağın haram olduğunu bilirəm. Əsas sualım budur ki, işimə görə ya başqa vacib bir şeyə görə ülgüc vura bilərəm üzümə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Zərurət halında haramları etmək icazəli olur. Əgər qeyd etdiyiniz məsələlər zəruridirsə, saqqalı ülgüclə kəsməyin haramlığı aradan qalxar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qeyri-islami ölkələrdən gətirilən heyvan dərisi və heyvanın müəyyən hissələri barəsində öz nəzərinizi bildirin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər heyvanın islami qaydada kəsildiyinə ehtimal verirsinizsə, pakdır. Yox, əgər islami qaydada kəsilmədiyinə yəqinliyiniz varsa, murdardır.
Allahdan uğurlar diləyirik!
Sual: Fokusu öyrənmək və öyrətməyin, habelə, fokusa tamaşa etmək və çevikliklə yanaşı olan oyunları nümayiş etdirməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sehr hesab olunan fokusu öyrənmək və öyrətmək haramdır. Amma sürətli hərəkət və çeviklilə yanaşı olan və sehr hesab olunmayan oyunları öyrənmək və öyrətməyin işkalı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Kişilərin qızıl üzük taxmasının (xüsusilə də namazda) hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişilərin qızıl üzük taxması heç bir halda caiz dеyildir və vacib ehtiyata əsasən, onunla qılınan namaz da batildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Biz Azərbaycanda yaşayırıq. Sovet zamanında insanların ərazilərini zorla əllərindən alıblar. Daha sonra bu ərazilər yeni dövlət tərəfindən bizə hədiyyə olunub. Bu torpaqlardan istifadə edə bilərikmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər torpağın kiminsə olduğuna əmin deyilsinizsə istifadə edə bilərsiniz. Yox əminsiniz və tanıyırsınızsa halallıq almalı, tanımırsınızsa təqlid etdiyiniz müctehidin ofisinə müraciət etməlisiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykm. Mən hər gün işə 45 km yol gedirəm və namazlarımı tam qılıram .. Həmin iş yerimdən başqa bir yerə təsadüfən getsəm namazlarımı tam qılmalıyam ya qəsr?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz "kəsirus-səfər" (çox səfər edən) hesab olunursunuz. Namaz və oruclarınız bütün səfərlərdə adi halda icra olunacaq.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Bir adam latareyada pul udub ev alib,indi o evi nece halal etsin?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pulu sahibinə geri qaytarmalıdır. Sahibini tanımırsa müctehidin ofisinə müraciət etməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Seyyid var ailə gəlirlərini ödəyir amma ki borcu var ona xums vermək olar ki ancaq borcunu versin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, vermək olar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər məni övrətdən hərəkət edib, çölə çıxmayıbsa insana cənabət quslu vacib olurmu?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər şəkk olunursa ki, boyuna cənabət qusulu gəlib ya yox bunun hökumü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Şəkkə etina olunmur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mənim dəstəmaz almaq haqda iki sualım vardı.Birinci sualım odur ki,başa məhs çəkmək üçün başın yuxarısından alına qədər yəni,yuxarıdan aşağı məsh etmək lazımdır?İkinci sualım isə belədir ki,ayağa məsh edərkən,sağ əl ilə sağ ayağa yoxsa,sol ayağa məsh etmək lazımdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Başa çəkilən məshin, "əl başa çəkildi" deyiləcək qədər olması kifayətdir.
2.Ehtiyat müstəhəb budur ki, sağ əllə sağ ayağa, sol əllə sol ayağa məsh edilsin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Namaz qılmadan oruc tutmadan.dünyasını dəyişən insanın dəfnində vı yas mərasimində iştirak etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salan. Üzdə tük çıxmayan yerə ülgüc vurmaq haramdır? Üzün tük çıxan hissəsinə necə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üzün tük çıxmayan hissələrinə ülgüc vurmaq icazəlidir. Lakin əgər üzdə olan tük "saqqal" hesab olunursa, ülgüz vurmaq haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Səfər ayında toy etmək, evlənmək harammıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunun şəri cəhətdən haramlığı yoxdur, lakin əgər imam Hüseynə (ə) hörmətsizlik kimi dəyərləndirilsə icazəli deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.İmam qatillərinə və xanım Zəhranı incidənlərə lənət demək olarmı? 2.9yaşı olmuş hicablı qız öz yaşıdı olan oğlanın yanında hicabsız gəzəbilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Əhli-beytin (ə) düşmənləri ilə düşmən olmaq dinimizin zəruri məsələlərindəndir, lakin bu məsələdə müsəlmanlar arasında olan vəhdət də nəzərə alınmalıdır.
2.Əgər 9 yaşı olan oğlan yaxşını-pisdən ayırır və qızın hicabsız halı onun şəhvət hisslərinin oyanmasına səbəb olacaqsa, icazəli deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Alekum. 1.Ceyran əti yeməyin hökmü nədir? 2 kitab əhlinin hazırladığı dərmanları istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:
1.Ceyran əti şəri cəhətdən halaldır.
2.Bu dərmanlardan istifadə etməyin özü-özlüyündə maneəsi yoxdur. Lakin əgər haram tərkibi olarsa istifadəsi icazəli deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun əleykum. 1. Bilmək istəyirəm ki, saç ve yaxud ayaqlara nəmli halda məsh çəkmək olar? 2. Hamamda yuyunduqdan sonra qurulanmaq yerinə keçirik və bədənimizdən damcı-damcı su yerə töküldukdən sonra yenidən üstümüzə sıçrayır, pak qalmaq üçün döşəmə təmiz olmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Əgər əlin rütubəti ayaq və başda olan rütubətdən daha çoxdursa məsh çəkmək olar.
2.Döşəmə pakdırsa, sıçrayan suyun insana dəyməsinin maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən namaza yeni başlamışam başladıqdan sonra insanı bihuş edən hər şeyə tövbə etmişəm, ama mən siqaret çəkirəm və musiqiyə qulaq asmışam. Mənim tövbəm pozulubmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siqaret çəkməyiniz sağlamlığınıza gözə çarpacaq həddə ziyanlıdırsa çəkmək olmaz. Musiqiyə gəlincə isə, haram məclislərə uyğun olan və insana Allahı unutduran musiqilər haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Əleykum mən məçidə daxil olan zaman camaat namazi qilinir o zaman mən tanimadigim piş namaza iqtida edə biıərəm? Xaiş edirəm cavablandirasiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ədalətli və namazın sözlərini düzgün şəkildə tələffüz edən pişnamaza iqtida etmək olar. Pişnamazın ədalətinin əldə etmək yollarından biri adil şəxsin onun barədə fikri və pişnamazla ünsiyyətdən əldə olunan münasibətdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Film ssenarisi yazmaq haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər fəsada səbəb olan film deyilsə icazəlidir.
Allahdan uğurlar diləyirik!