www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. “Üzərinə təyəmmüm edilən şeylər pak olmalıdır” – buyurmusunuz. Təyəmmüm üzvləri (alın və əllərin üstü) də pak olmalıdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyata əsasən, imkan daxilində alın və əllərin üstü pak olmalıdır. Əgər bir şəxs təyəmmüm üzvlərini paklaya bilmirsə, elə o cür təyəmmüm etsin. Baxmayaraq ki, hər bir halda təyəmmüm üzvlərinin pak olması uzaq ehtimal deyildir.

Allahdan uğurlar diləyiri!
Sual: Salam. 1)Pis fikrlərdən uzaq olmaq üçün ixtiyari şəkildə spermanı xaric etmək gunahdırmı ? 2)Halal musuqi dedikdə hansı musiqi nəzərdə tutulur? Haram musuqi dedikdə nə nəzərdə tutulur. 3)Toyda oynamaq olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.İnsanın özündən bilərəkdən sperma çıxarması haramdır.

2.Haram və puç məclislərə uyğun olan musiqilər haramdır.

3.Kişi və qadının oynamağı problemlidir və tərk olunmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: İt yaş olarkən yaxud insanın əli yaş olarkən itə toxunsa dəstəmaz batil olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr dəstəmaz batil olmaz, lakin əgər yaşlıq itdən ələ, ya əldən itə keçərsə insanın nəcis olmasına səbəb olar.

Allahdan uğurlar diləyirik!
Sual: Pişnamaz 1-ci rəkətdə fatihə surəsini oxumağa başlayanda, iqtida edənlər (Bismillahir Rəhmanir Rəhim) deyir. Bunun nəsə problemi var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu ifadə zikr hesab olunur və maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam islamı qəbul etməyən amma tək Allahlıq dininə sitayiş edənlər(xristian və yəhudilər) və islamı qəbul edib ancaq 12 imam şiəsi olmayanlar(əhli sünnə və s) kafir sayılır? 2)Dizə qədər olan paltarla namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əhli-sünnə kafir hesab olunmaz, lakin kitab əhli olanlar kafir hesab olunsalar da, pak hökmündədirlər.

2.Kişilərin bu növ paltarlarda namaz qılmağı icazəlidir.

Allahdan uğurlar diləyirik!

Sual: Salam. Radio və tеlеvizorda yumor vеrilişlərini izləməyin və dinləməyin işkalı varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hər hansı bir möminin təhqir olunmasına səbəb olmazsa, yumor və digər əyləncəli vеrilişləri dinləməyin və ona baxmağın işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazın zikrlərindən, yaxud Quran ayələrindən, yaxud da qunut dualarından biri səhvən düzgün oxunmadıqda səcdеyi-səhv vacib olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:Vacib dеyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xamenei ağanın fetvasına görə hansı balıqları yemək haram buyrulmuşdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yalnız pulu olan balıqların yeyilməsi halaldır.

Allahdan uğurlar diləyirik!
Sual: Gecə namazını həftədə 1 dəfə qılmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gecə namazı müstəhəb bir əməldir, lakin hər gecə qılmaq təkid olunur. Həftədə bir dəfə qılmağın da bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, dövlətin mənə verdiyi vergiyə (pensiya) xums düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xums günü artıq qalan pulun xumsu çıxarılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun Eleykum. Sualım belədir ki, saç qurutmaq üçün sprey, jiley kimi şeyleri saçlara vurmaq olarmı? Hemçinin suyla qarışsa işğalı var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Sualım odur ki, insan özü spermanı xaric etməyə çalışırsa onun etdiyi əməl haramdır? 2)Siqaret çəkmək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli haramdır.

2.Əgər insanın sağlamlığına gözə çarpacaq həddə ziyanı varsa və ya olacaqsa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Namazda Ayətul-Kursi oxumaq olarmı?? yeni Fatihədən sonra.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Həmddən sonra bütöv bir surə oxunmalıdır. Lakin surəni oxuduqdan sonra Quran ayələrini oxumaq icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qeybətdən məqsəd nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Möminin gizli eybini aşkar etməyə qeybət deyilir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Naməhrəm kişinin nütfəsini qadının bətnində yerləşdirərək süni mayalandırmaq olarmı? Bu zina hesab olunurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu əməl zina hesab olunmasa da, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Bir əşyanı bir illik müddətində nisyə şəklində, onun nəqd qiymətindən baha qiymətə almağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əşyanı nisyə şəklində, onun nəqd qiymətindən baha qiymətə alıb-satmağın işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Sipirti doktor tərəfindən dərman kimi istifadə etmək olarmı? 2.Biz namazlarımızı səhər günorta axşam birləşdirib 3 dəfə qəlırıq. Bilmək istəyirəm ki, 5 vaxt qılsaq yaxşıdır yoxsa birləşdirib 3 vaxt qılsaq?
Cavab: Salam. Ayətullah Xamenei-dəfətərxana:

1.Əgər təcrübəli müsəlman həkim xəstəliyin həll yolunun yalnız və yalnız spirtdə olduğu qənaətinə gələrsə, lazımı qədər istifadə etməyin maneəsi yoxdur.

2.Əgər camaatla qılacaqsınızsa 3 vaxt. Əks halda namazları öz vaxtında qılmaq müstəhəbdir (5 vaxt).

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Topazdan (qumardan) əldə olunan maşını ala bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamanai-dəftərxana: Haram yolla əldə olunan pul və ya mal insanın malı hesab olunmaz. Onu satmaq və ya almaq şəri cəhətdən icazəli deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun əleykum. Əhli-sünnətdən olan imama iqtida edib, camaat namazı qılmaq olar?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər adil və düzgün qiraətə sahib olarsa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam . Mən avropada yaşayıram. Burada ov quşları və ov hayvanları marketdə satırlar. Bunları marketdən alıb yeməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Belə olan halda, ovlanan heyvanın islami şərtlər əsasında ovlanmasına əmin olmalısınız.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı