Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salamun Alleykum. Mən bilmək istəyirəm ki, meselen yol ilə gedirik yaxud eləce qapımızda (burdakı məqsəd həmişə ayaqlanan yer) telefon ve s. bir şey əlimizdədi, onu düşürsək ve quru toza-torpağa bulaşır sonra ona nəmli əllə toxunsaq nəcis hökmündə olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Şərit kitablarına müraciət edərək nəcislərin hansılar olduğunu əldə edə bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. it saxlamağın hökmü nədir? Evdə və ya həyətdə it saxlamaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin şəri cəhətdən haramlığı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: SALAM.Kişi və qadınların namaz qılma qaydasında fərqlər varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Namazın vacib əməllərdə heç bir fərq yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Allah bəlanı versin, səni ALLaha tapşırıram ve saire bu kimi zarafatlar günahdırmı ? 2.Meyxanaya və mahnıya( təbiətə, sevgiyə, həyata aid) qulaq asmaq olarmı? 3.İçki verilən toy məclisinə getmək olarmı? 4.Bir qadının əri başqa ölkədədir ve oranın vətəndaşıdır ildə ve ya iki ildə bir öz vətəninə gəlir amma xanımı ilə yaxınlıq etmir kebinli olsalarda xanımını qəbul etmir bu halda əri evdə olmadiğı tədqirdə arvad icazəsiz səfər ede bilermi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Möminin təhqir və ya narahatçılığına səbəb olursa icazəli deyil.
2.Haram məclislərinə uyğun olan musiqilərə qulaq asmaq caizi deyildir.
3.İcazəli deyildir.
4.Qadın evdən çıxdığı zamanlarda ərindən icazə almalıdır. Lakin zəruri məsələlərdə və ərin icazə verəcəyi ehtima verdiyi yerlərdə icazə almadan da çıxa bilər.
Allahdan uğurlar diləyirik!
Sual: Salam namazda səcdənin zikri tamamlanmamış səcde üzvlərindən hər hansı biri yerdən qalxarsa namaz batildirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Səcdə halında alından başqa digər üzvləri, zikri saxlayaraq yerindən götürmək olar. Zikri saxlamadan götürülsə, əgər məsələni səhənkarlıq üzündən öyrənməyibsə namazı batil olar. Alının götürlməsi bilərəkdən olarsa namaz batil, səhvən olsa namaz düzgündür və bunu 1 səcdə hesab etməli və yenidən yenidən səcdəyə getməməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Kişiyə ağ qızıl taxmaq halaldır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ağ qızıldan (platin yox) istifadə etmək kişiyə icazəli deyildir və namazın batil olmasına səbəb olar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Uşaq olmağın qarşısını almaq haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş özü-özlüyündə icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bəzən ayaqüstə bövl etməyə məcbur oluruq. Bu iş haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, məkruhdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Təmyiz həddi neçə yaşdan ibarətdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu hədd yaxşını pisdən ayırmaq və oğlanlarda qadını görəcəyi zaman şəhvət hissinin təhrik olacağı zamandır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. “Şöhrət geyimi”nin meyarı nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şöhrət geyimi o geyimdir ki, rənginə, modelinə, qədimiliyinə və başqa səbəblərə görə şəxsin onu geyinməsi uyğun görülmür. Belə ki, əgər bu geyimi camaat arasında geyinərsə, camaatın diqqətini cəlb edər və camaat tərəfindən barmaqla göstərilər.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. İqtisadi çətinliklərə görə uşaq saldırmaq caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sırf iqtisadi çətinliklərə görə uşaq saldırmaq caiz deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sələmdən qaçmaq məqsədilə mala nəyisə əlavə etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sələmli borcun icazəli olmasında bu işin bir təsiri yoxdur və mala nəyisə əlavə etməklə belə borc halal olmur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. “Şeytan ayələri” kimi azdırıcı kitabları alıb-satmaq və saxlamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Azdırıcı kitabları alıb-satmaq və saxlamaq caiz deyildir. Amma kitabdakı mövzuların əsassızlığını sübut etməyə elmi səviyyəsi çatan şəxslərin belə kitabları əldə etməsi və saxlaması caizdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Boynumda olan qəza namazını qılarkən iqamə oxumalıyammı?
2.Əri uzaqda olan qadın ərindən icazəsiz səfərə və ya ziyarətgahlara gedə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Azan və iqamə ümumiyyətlə bəyənilən və savabı olan bir əməldir və vacib deyil.
2.Əgər ərindən icazə almağa şəraiti varsa almalıdır. Əks halda ərinin icazə verməyəcəyini ehtimal verirsə evdən çıxa bilməz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şuhbə dəstəmazı pozurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, şəkk dəstəmazın batil olmasına səbəb olmaz. Ümumiyyətlə şəkk-şübhə, yəqinin aradan getməsinə səbəb olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər bir nəfər şəkk edirsəki bövl və ğaitin məxrəcini düz paklayıb ya yox bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əməldən sonra edilən şəkkə etina edilməməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər bir qadın iki-üç həftəlik hamilədirsə, bir övladı daha var ve ona süd verir ve süddən kəsiləcəyindən ötrü bətnindəki uşağı götüzdürə və yaxud dərman preparatlari ilə uşağı sala bilərmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Valideynlərindən birinin müsəlman olduğu uşağı aldırmaq icazəli deyildir. Ehtiyat-vacibə əsasən, valideyni müsəlman olmayan uşağı da aldırmaqdan çəkinmək lazmdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Mən işlə bağlı evimdən uzaqda oluram, hər ayın sonu evə baş çəkməyə gəlirəm 5 günlük. Bu zaman 5 günlük gəldiyim müddətcə namazlarımı qəsr qılmalıyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 5 gün qaldığını yer vətəniniz hesab olunursa namazlarınız adi qaydada, əks halda qəsr qılınacaq.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Məhərrəmdə qadın üçün elçi getmək, nişan etmək olarmı? Və birdə bu müqəddəs ayda (Muhərrəmdə) cinsi əlaqənin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qeyd olunan işlər imam Hüseynə hörmətsizlik kimi hesab olunarsa, çəkinmək lazımdır. Cinsi əlaqənin isə maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, Kafir olan qadını islah edə biləcəyini ehtimal edən yaxud əmin olan şəxs, həmin kafirlə (qadınla) evlənə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlman kişinin kafir qadınla evlənməsi icazəli deyildir.
Allahdan uğurlar diləyirik!