www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, 1.Xiftən namazını qılan şəxs, şam namazını qılan pişnamaza iqtida edən zaman, üçüncü rəkətdə pişnamazın təşəhhüdü deməsini gözləməsi vacibdir? 2. Və həmin halda təşəhhüdü gözləsə, təşəhhüd halında oturmalıdır yoxsa ayaqı üstə?(yarım oturuş, ayaq yolu halı)
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana:

1.Xeyr vacib deyil.

2.İqtida edənin işa namazının 3-cü rükəti olduğu üçün və 3-cü rükətdə təşəhhüd olmadığı üçün yarım oturmuş vəziyyətdə qalmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, əgər pişnamazın dəstəmazı pozularsa, arxasındakı (iqtida edən) şəxs, pişnamazın yerinə neçə keçməlidir. Mümkünsə şərtlərini yazardız.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məmumlardan (birinci slrada dayananlardan) və pişnamazın şərtinə malik olan birini önə çıxarmalıdır. Məmumun zikri saxlayaraq, az da olsa önə çıxması kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam axar nəcis olmuş libası suda yuduqdan sonra əyər onun ğusaləsi cıxarılmırsa ondan axan su nəcisdirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Nəcis olmuş şey (nəcasətin özü aradan qalxdıqdan sonra) bir dəfə axar suda yuyulsa pak olar. Nəcis olmuş paltar və xalçanı sıxmaq da lazımdır. Əks halda ondan axan su nəcis hesab olunar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam siqaretə tövbə etmək olarmı?Siqaretə tövbə edilibsədə bir müddətdən sonra siqaretdən istifadə etməyə başlayıb ümumiyyətlə bu düzgünmüdür?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər gözə çarpacaq şəkildə ziyandırsa haramdır və bu hökmü bildikdən sonra tövbə etməlidir. Tövbəni pozmaq günah hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İki oğlum var biri 4 yaş digəri 4 aylıq. Sünnət etdirməmişəm əslində nə vaxt etməliydim bu əməlim günahdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sünnət etmək vacib olsa da, valideynin etdirməsi müstəhəb hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam istihazə qüsulu necə alınır və niyyət necə deyilir bawa salardınız ətraflı.birdə qadın ana olandan sonra on günü tamam olanda nə qüsulu verilir necə deyilir qırx günlüyündə istihazədisə on günlüyündə nə qusuludur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına müstəhazə deyilir.



Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bəzən qara, qırmızı və qatı olması, təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür.



İstihazə üç qismdir:

1- Qəlilə (az).

2- Mütəvəssitə (orta).

3- Kəsirə (çox).

Qəlilə istihazə budur ki, qan, qadının övrətinin daxilinə qoyduğu pambığın bir tərəfindən keçib o biri tərəfində zahir olmasın.

Mütəvəssitə istihazə odur ki, qan qadının övrətinə qoyduğu pambığa hopub o biri tərəfindən zahir olsun. Amma qadınların, adətən, qanaxmanın qarşısını almaq üçün qoyduqları dəsmala çatmasın.

Kəsirə istihazə budur ki, qan ora qoyulan pambıqdan keçib dəsmala da çatsın.



Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, suya çəkməlidir.



Mütəvəssitə istihazədə, ehtiyat-lazıma əsasən, qadın öz namazları üçün gündəlik bir qüsl etməlidir. Həmçinin gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazəsi olan qadının da vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl, yaxud həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Əgər qəsdən və ya unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək məğrib və işa namazından əvvəl qüsl etsin, istər qan gəlsin, istərsə də kəsilsin fərqi yoxdur.



Kəsirə istihazədə ehtiyat-vacibə əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı ya dəyişməli, ya da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazı üçün, bir qüsl də məğrib və işa namazı üçün yerinə yetirməlidir. Zöhr və əsr, məğrib və işa namazları arasında gərək fasilə salmasın. Əgər fasilə salsa, gərək əsr və işa namazları üçün ikinci dəfə qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan dəsmala çatdığı hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fasilə ilə çatsa, qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, ehtiyat-lazım budur ki, hər vaxt qan pambıqdan dəsmala çatsa pambıq və dəsmalı suya çəksin və qüsl etsin. Əgər məsələn qadın qüsl etsə və zöhr namazını qılsa, əsr namazını qılmamışdan qabaq və ya onun əsnasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsl etməlidir. Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci dəfə pambıqdan dəsmala yetişməzdən qabaq məğrib və işa namazını da qıla bilsə, o namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər bir halda olarsa kəsirə istihazədə qüsl dəstəmaz əvəzinə də yetərlidir.

Allahdan uğurlar diləyirik!
Sual: 1)İçki ya hər hansı haram dəymiş qabları necə paklamaq lazimdır? 2)Deyirlər ki içki olan yerə bir şərtlə getmək olar ki tavan ayrı olsun. Burda məsələ bir həyətdə iki evdən söhbət gedir yoxsa bir evin ayrı ayrı otaqlarından?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Nəcis olmuş qabları (nəcisin özü aradan aparıldıqdan sonra) kürr suyu ilə 1 dəfə yumaq kifayətdir. Qəlil su ilə isə 3 dəfə yumaq lazımdır. Şərabla nəcis olmuş qab isə yaxşı olar ki, qəlil su ilə 7 dəfə yuyulsun.

2.Ürfün nəzərində ayrı məclis kimi hesab olunmalı və haram məclisə dəstək vermək kimi görünməməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum ve rəhmətullah. 1) Mən fəhlə işləyirəm işlədiyim evde qalıram. İşlədiyim ev yiyəsidə hansısa nazir müavinidir mənim ondan halallıq almaq imkanım yoxdu evində namaz qıldığıma görə burda namaz qıla bilərəmmi? onuda deyimki məndən qabaq burda namaz qılan qardaşı neçə dəfə ev yiyəsi görüb etiraz etməyib! 2) Hal-hazırda sözü gedən evə gizli yolla su gəlir ve bizdə o sudan dəstəmaz qusul alırıq bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Belə bir şəraitdə həmin məkanda namaz qılmağınızın şəri cəhətdən maneəsi yoxdur.

2.Əgər suyun oğurluq olduğuna əmin deyilsinizsə dəstəmaz və qüsulunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər bir məclisdə rəqs edilərsə və “yaxşı işə dəvət etmək” və “pis işdən çəkindirmək” məclisdə iştirak edənlərə təsir qoymazsa, pis işdən çəkindirmək insana vacib olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər təsir qoymayacağı ehtimal verilərsə, “əmr be məruf” və “nəhy əz munkər” şəri vəzifəsi mükəlləfin üzərindən götürülür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hər hansı bir yеrdə 10 gündən artıq qalacaqlarını bilən, lakin ixtiyarları öz əllərində olmayan qoşun bölmələrinin oruc-namazlarının hökmü nədir? Xahiş еdirik ki, bu barədə İmamın (r.ə) da fətvasını buyurasınız.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bir yerdə on gün, ya daha artıq qalacaqlarına əmin olsalar, namazlarını tam qılmalı və oruclarını tutmalıdırlar. Bu, həm də İmamın (r.ə) fətvasıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam..Bir qadını şəhvətlə xəyal etmək olarmı? Yəni göz qabağına gətirmək?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xəyal etmək günah hesab olunmaz. Lakin əgər günaha düşməyə səbəb olacaqsa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, bələdiyyə mənə torpaq satıb, amma bu torpaq kimin oldugunu bilmirəm. Həmin torpaqın hökmü nədir? Orada namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər torpağın kiməsə aid olduğuna əmin deyilsinizsə, şəri cəhətdən problemli deyil. Yox əgər torpağın başqasına aid olduğuna (oğurluq və ya narazı olduğuna) əminsinizsə, şəri cəhətdən həmin torpağdan istifadə edə bilməzsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Gözdə az da olsa kipriklərin arasında, qaşların arasında karandaş qalarsa dəstəmaz alanda o hissə mütləq yuyulmaldır yoxsa azca qalsa eybi yoxdur? 2)Ümumiyyətlə çiməndə bədənin bəzi hissələri bağlı olmalıdır? 3)Dəstəmazda qolları krantın altına tutub yuyuruq yoxsa ovuca alıb atıb qolumuzu yuyuruq?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər dəstəmaz suyunun bədənə çatmasına mane olursa, aradan aparılmalıdır.

2.Çimən zaman övrətlərin örtünməsi dinimizdə müstəhəb əməllərdən hesab olunur.

3.Əsas odur ki, qollar tam olaraq yuxarıdan aşağıya doğru yuyulsun.

Allahdan uğurlar diləyirik!
Sual: Bir nəfər nişanlı olub sonra nişan pozulub ayrılıblar, kəbinləridə olub. Kişi əgər talaq veribsə yenidən həmin qadınla kəbin kəsib evlənə bilərmi? Və əgər talaq verməyibsə, onlar bir-birinə halaldırmı? Baxmayaraq ki, ayrılıblar
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər aralarında baş vern təlaq "ric`i" təlaqdırsa, iddə vaxtı əqdi yeniləmədən kişi qadına qayıda bilər. Əgər iddə bitdikdən sonra qadına qayıtmaq niyyətinə düşsə, əqd yenidən oxunmalıdır. Təlaq verilməyibsə onlar bir-birinə məhrəmdirlər (zahirdə ayrı olsalar belə).

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Təzə namaza başlayan şəxs həddi buluğdan qabaq qılmadığı namazların qəzasını qılmalıdırmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadının və ya kişinin özü-özünü rahatlaşdırıb boşalması dinimizdə haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, bu iş dini terminalogiyada "istimna" adlanır və böyük günahlardan sayılır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. ər arvad bir birinə yaxınlaşırsa kişinin cinsiyət orqanı qadına ya arxadan ya qabağdan dəyirsə, amma qadının daxilinə kişidən gələn məni getmirsə qadına qüsul düşürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. Bu halda qadına qüsul vacib olmaz. Ümumiyyətlə cənabət qüsulu 2 halda vacib olar; 1.Məninin xaric olması. 2.Kişinin övrətinin qadına daxil olması. Bu iki hal olmazsa, cənabət qüsulu da vacib olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Müəyyən olmayan bir müddətə ezamiyyətə göndərilən şəxslərin (təhsil almaq üçün еlmiyyə hövzələrinə gedən din tələbələri, yaxud məmuriyyətə gеdən dövlət qulluqçuları kimi) oruc-namazlarının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təhsil aldıqları, yaxud işlədikləri yer onların vətəni sayılmır. Lakin əgər (uzun müddət orada yaşadıqları üçün) camaatın nəzərində artıq həmin yer onların vətəni hesab olunsa, şəri baxımdan da vətən hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əzadarlıq məclislərində və dəstələrin yürüşündə təbil, sinc və şeypurdan istifadə etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şeypur, təbil və sincdən adi qaydada istifadə etməyin işkalı yoxdur.
Sual: Salam. Öz gəliri olmayan tələbə atasının pulu və ya Univеrsitеtin tələbələrə vеrdiyi pul kreditilə kitablar alsa, onlara xüms düşərmi? Əgər bilsə ki, atası kitablara xərclənmiş pulun xümsünü vеrməyib, onun xümsünü verməlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kredit və ya atanın hədiyyə еtdiyi pulla alınan kitablara xüms düşməz.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı