www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Əgər bir şəxs daim qarşılaşdığı məsələlərin şəri hökmünü öyrənməzsə, günahkar hesab olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu şəri hökmləri öyrənməmək vacib bir işin tərk edilməsinə və ya haram bir işin yerinə yetirilməsinə bais olarsa, günahkardır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Deyirlər ki, kolbasalarda haram əti cəkirlər sonra üstündən halal əti cəkirlər yəni ki cihazi yumadan cəkirlər.Bu barədə hökm nədir? Bu halda yemek olar yoxsa yox? 2)İçki və ya başqa bir nəcis dəymiş qablar yuyulanda mütləq paklanmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Belə olan halda ətlər nəcis olmuş olur.

2.Qablardan istifadə olunacaqsa, bəli paklanılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namaz əsnasında əgər şəkk edirsənsə gaitin məxrəcindən yel xaric olub ya yox bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu növ şəkklərə etina olunmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam kecən il orucluqdan bir günün qəzası var. Bu qəza orucunu bu ilki orucluğa qədər tutmamışam bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Orucun qəzasından əlavə ehtiyaclı şəxsə hər gün üçün 1 müd təam (750 qram un, buğda və.s) verilməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum ve rehmetullah.Qadınlar və kiwilər halal toy məclisində qadınlar hicabda olmaqla birgə iştirak edə bilərlər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınlar və kişilərin bir məclisdə iştirak etməsi şəri cəhətdən haram deyil.

Allahdan uğurlar diləyirik!
Sual: salam 1)Yemək yeyərkən diş qanayarsa hökmü nədir? 2)Maaşdan,stipendiyadan(tələbəyə xərclərini ödəmək üçün dövlət tərəfindən verilən pul) və s alınan vergini xums və zəkat əvəzi hesab etmək olar ?(nəzərə alın kı bu pul dövlət büdcəsinə gedir, ehtiyacı olanlara da buradan pul verilir) 3)Xums verilməsiınin vacib olmasını bilmədiyim vaxt yığdığım pulla alınan telefon və s əşyaların xumsu verilməlidir? 4)Mənim işim daimi deyil.Bəzi xərclərimi ödəmək üçün 1-2 ay işləyib pul yığıram üstəlik xərclərimin böyük hissəsıni valideynlərim ödəyir bu halda xums verməliyəm? 5)Camaat namazına gecikdikdə sonradan (2,3 və ya 4cü rükətdə)qoşulmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər qan ağız suyu ilə qatışdığı zaman aradan gedəcək qədər azdırsa, onu udmağın eybi yoxdur.

2.Xeyr. Bu xumsdan hesab olunmaz.

3.Aldığınız zəruri malların 10/1-ni, qeyri zəruri malların isə 5/1-ni xums olaraq çıxarmalısınız.

4.Xums ilinizdə artıq qalan pulunuza xums düşür.

5.Camaat namazının hər rükətinin rükusunda namaza qoşulmaq mümkündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namazın üçüncü və dördüncü rükətlərində təsbihatu ərbəni həmisə bir dəfə dəmək olarmı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bir dəfə demək icazəlidir, lakin yaxşı olar ki, 3 dəfə deyilsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namazın istənilən rükətlərinin birinci və yaxud ikinci səcdələrində alın möhürə iki dəfə dəyərsə bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu iş ixtiyarsız şəkildə baş verərsə bir səcdə hesab olunacaqdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam dəstəmaz və qusul alarkən ağızda yemek qırıntılarını udmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bunun şəri baxımdan problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İqamə oxuyarkən qibləyə durmaq şərtdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynunda olan bir necə quslun hamısını niyyət edib bir dəfə qusl vermək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, siğə zamanı (mehriyyə vacib olduğu halda) xanım mehriyyə istəməsə əgər bu zaman vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müvəqqəti kəbində mehriyyənin təyin olunması şərtdir. Əks halda əqd batildir. Təyin edib, sonra qadın mehriyyəsini halal edə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, səhv etmirəmsə, Xamenei ağanın İstiftaat kitabının səcdə bəhsində, namazda səcdə halında dua etmək olar. Bü düzdürmü, yaxud çap səhvidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərana: Namazın sonuncu səcdəsində zikr və dua etmək bəyənilən əməllərdəndir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, qonşunun həyətində meyvə ağacının bir budağı bizə tərəf keçib yaxud da küçəyə tərəf keçib, həmin meyvədən icazəsiz yeməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sahibinin icazə verəcəyinə ehtimal verirsinizsə istifadə edə bilərsiniz. Əks halda icazəli deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Əhli kitabdan əlavə digər insanlarla (İslam düşməni olan yaxud olmuyanla) müvəqqəti kəbin caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əhli kitabla müvəqqəti kəbin caiz olsa da, kafirlərlə haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Müstəhəbb namazlarda valideyn övladı çağırsa, övladın vəzifəsi nədir? Səs vermək vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Valideyə cavab verməmək hörmətsizlik və ya sözündən çıxmaq kimi dəyərləndirilməyəcəksə, namazı kəsməyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, evli qadın hicabdan əlavə, çarşab məsələsində valideynə tabedir yaxud ərinə? Ümumiyyətlə çarşab vacibdirmi ki, örtsün?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Çadra hicabın ən gözəl nümunəsi olsa da, vacib deyildir. Qadın geyimində heç kimə tabe deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, quyumuzda qurbağa var, o quyunun suyu hansı hökmdədir?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Qurbağa nəcis deyil. Suda olmasının da bir problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, namazda ağlamaq məkruhdurmu? Allah qorxusundan (namazda) ağlamaq necə?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dünya məsələlərinə görə ağlamaq namazın batil olmasına səbəb olar. Allah qorxusundan ağlmamaq isə ən böyük savablardandır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əsgrlikdə namaza,oruca icazə verilməsə nə etmək lazımdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz heç bir halda insanın boynundan düşmür. Bacardıqca adi halda qılmağa çalışmalısınız. İmkan olmadığı halda isə bəzi hərəkətləri oturaraq, bu da olmadığı halda uzanaraq müxtəlif işarələrlə qılınmalıdır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı