Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Rasiya məhsulundan ət pendir və sayr yeməklərin hökmü nədir? Rasiya firmasından olan paltarda namaz qılmaqı hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qeyri müsəlman ölkələrin ət məhsullarını (halal olduğu bilinmədiyi halda) yemək icazəli deyil, süd məhsullarının istifadəsi isə (haram olduğuna əmin deyilsinizsə)halaldır.
Həmçinin qeyri müsəlman ölkələrində hazırlanan və tərkibində xalis dəri olan paltarlar nəcis hesab olunur və namaz halında istifadəsi icazəli deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam, bir məsciddə bir pişnamaz təyin olunub lakin bu pişnamaz bir qurup insan üçün ədalətsizdir, bəziləri üçünsə ədalətlidir. Belə olan halda o şəxlərə görə ki, pişnamaz ədalətsizdir iqtida eləmir lakin ədalətli bilənlər iqtida edir. Məsciddə 2 qurup namaz qılınır bir camaat namazı ( o şəxlərki pişnamaza iqtida edir) iki fərdi şəkildə ( o şəxslərki iqtida eləmir) . Hamı azan verilən kimi namaz qılır səslər bir birinə qarışır .. (ümid edirəm vəziyyəti izah edə bildim).
Ağanın nəzərini bilmək istəyirik ki, nə edilsin belə halda? Vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pişnamazın şərtlərindən biri ədalətli olmasıdır. Onu ədalətsiz hesab edənlər ona iqtida edə bilməzlər. Lakin vəhdəti qorumaq da vacibdir. Vəhdəti pozan işlərdən uzaq olmaq lazımdır. Məsələn camaatla birgə dayanıb, lakin namazı fərdi olaraq qılmaq olar.
Allahdan uğurlar diləyirik!
Sual: 1.Pişnamaz bir nəfərə görə ədalətsizdirsə yəni həmin şəxsə qarşı ədalətsizlik edib və bunuda hamı bilir belə olan halda həmin pişnamaza iqtida eləmək olarmı?
2.Bəzilərinə görə pişnamaz ədalətsizdirsə başqalarına görə isə ədalətli , o kəslərə görəki ədalətlidi olar iqtida eləsə namazları düzdü?
3.Pişnamazın şərtlərindən biri də, əgər bir nəfər pişnamazdan narazıdırsa pinamaz onu razı salana qədər pişnamaz dura bilər? Yoxsa şərtdiki razı salsın?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Əgər onun ədalətsizliyi dəqiq olaraq sübuta yetirilərsə, iqtida etmək caiz deyildir.
2.Bəli, onu ədalətli hesab edənlərin iqtida edərək, cəm namaz qılması düzgündür.
3.Kiminsə pişnamazdan narazı olması onun ədalətsizliyə səbəb olmaz.
Sual: Salam eleykum.Men pianino muellimesi isleyiremse onun maași haramdir?yeni kimese ders kecmirem adim gedir maasimi aliram.xais edirem,bu sualmi cavablandirasiniz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. Haram iş görmədiyiniz üçün maaşınız da halaldır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadının kosmetika vurması haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadının kosmetikadan istifadə edərək, naməhrəm önünə çıxması icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Bir qadın uşağım üçün nəzir deyib. İndi isə əməl etmək istəmit. Deyir ki, pulum yoxdur. Əgər nəzir verilməsə uşağıma ya mənə nəsə ola bilərmi?
2.Qohumlarım dindən uzaq insanlardır. Deməklə də düzəlmirlər. Onlarla qohumluq əlaqələrimi kəssəm günah olmaz ki?
3.Cehizə xums düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
1.Əgər nəziri etməyə gücü və imkanı çatmırsa, nəzir onun boynundan götürülür. Onun nəziri verib-verməməsinin isə Allahın izni ilə sizə heç bir ziyanı dəyməz.
2.Bacardığınız qədər həm özünüzü günahdan qoruyun, həm də onlarla əlaqələrinizi saxlayın. Günaha düşməyəcəyiniz həddə qədər əlaqələrinizi qorumaq vacibdir.
3.Cehizə xums düşmür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadının qüsl еdəndə saçlarının ucunu yuması vacibdirmi? Həmçinin qüsl еdəndə su başın dərisinə çatsa, lakin saçların hər yеrinə çatmasa, qüsl batil olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib еhtiyata əsasən, saçlar bütünlüklə yuyulmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər namazqılanın üstündə və ya cibində qana bulaşmış dəsmal, yaxud onun kimi şeylər olsa, onun namazı batildirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər dəsmal, övrəti örtmək üçün kifayət etməyəcək qədər kiçik olsa, onunla namaz qılmağın işkalı yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Evli bir kişi rəsmi boşanmiş, amma molla kəbini qüvvədə olan xanımla zina edən vaxt talaq və kəbini geri oxutdurma məsələlərindən məlumatsız idilər. Daha sonra talaq və kəbini geri oxutdurmaq məsələlərini öyrənib tövbə ediblərsə elədikləri zinaya görə və qərara gəlilər ki, əvvəlki ərindən talaq alib siğə elətdirsinlər. Bu halda onlar bir birilərinə halal ola bilrlər?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Ərli qadın zina etdiyi halda, zina etdiyi kişiyə ehtiyat-vacibə əsasən əbədi olaraq haram olur. Lakin bu hökm ehtiyat-vacib olduğu üçün, bu məsələdə bu cür evliliyə fətva ilə (ehtiyat-vacib olaraq deyil) icazə verən digər ələm müctehidə keçərək, ailə həyatı qura bilərlər.
Allhdan uğurlar diləyirik!
Sual: Səlam əleykum, sosial şəbəkələrdə (internet saytlarında) salama cavab vermək vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat-vacibə əsasən cavab verilməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum və rəhmət, Şəxsi saytım var, orada naməhrəm kişi naməhrəm qadınla, eləcədə naməhrəm qadın, naməhrəm kişiylə günaha batacaq söhbətlər edərlərsə bu günaha mən (sayt sahibi) də şərik oluram?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Belə olan halda saytın sahibinə günah şamil olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum və rəhmət, Qara paltarda namaz qılmaq məkruh olduğu kimi, qara əbada (cübbə) da namaz qılmaq məkruhdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum və rəhmət, İsti suya üfürüb içmək məkruh hökmünü daşıdığı kimi çaya da üfürmək məkruhdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İsti olan hər bir şeyi, üfürərək istifadə etməj məkruhdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum və rəhmət, bir sual var. Telefonla kredit kontur almaqın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bilmək istəyirəm ki, ailəli ola-ola başqa bir qadınla müvəqqəti kəbin oxutdurmaq olarmiı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bu iş şəri olaraq icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun əleykum. 24 saat ərzində gecə və gündüzün dəyişmədiyi qütb ərazilərində oruc necə tutulmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Mükəlləf çalışmalıdır ki, olduğu bölgənin azan vaxtlarını əldə etsin. Bunun mümkün olmadığı surətdə, həmin bölgəyə ən yaxın məkanın zamanına uyğun olaraq vəzifəsini icra etməlidir. Yəni orucunu həmin əraziyə ən yaxın və normal gecə-gündüz müşahidə olunan ölkənin saatına uyğun tutulmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Sayğacsız elektrik enerjisindən istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yaşadığınız ölkənin qanunlarına zidd addım hesab olunursa istifadə etmək şəri olaraq icazəli deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs pişnamaza hansısa haqqını halal etmirsə, həmin pişnamaza iqtida etmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pişnamazın şərtlərindən biri ədalətli olmasıdır. İnsanı vaciblərə əməl etməyə, haramlardan isə çəkinməyə sövq etdirən qüvvəyə ədalət deyilir. Sualda qeyd olunan məsələ pişnamazın ədalətdən düşməsinə səbəb olmaz. Lakin əgər haqq sahibinin yanında həmin şəxs ədalətdən uzaqdırsa ona iqtida edə bilməz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Mənim dostum bir neçə il bundan əvvəl əri olan qadınla zina edib bu qadın boşandiqdan sonra yenidən kəbin kəsdiriblər çünki zinadan uşaqları dünyaya gəlib. Bu iş Sistani ağanın rəyinə görə ehtiyat vacibə görə haram sayılır. Amma ağa bu məsələdə başqa ələm müctehidə fətva ilə bu işi halal bilən müctehidə təqlid edib, ailə qurmağa icazə verir. Sualım budur ki, bu işi fətva ilə halal edən ələm müctehid varmı? Varsa kimdir?Allah razı olsun sizlərdən.
Cavab: Salam. Ayətullah Şübeyri Zəncənin fətvasına əsasən, zina etmiş evli qadın tövbə edərək, ərindən boşandıqdan sonra zina etdiyi kişi ilə evlənə bilər. Yəni onun fətvasına əsasən, evli qadın zina etdiyi kişi ilə əbədi olaraq haram olmur. Bu məsələdə Ayətullah Şübeyri Zəncaniyə keçə bilərsiniz.
Allahdan uğurlar diləyirik.
Sual: Salam. Toy mərasimlərində qadınların qazanda, qabda və musiqi alətlərindən olmayan başqa şeylərdə çalması caizdirmi? Əgər həmin səs məclisdən kənara çıxsa və kişilər onu еşitsə, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin caiz olması həmin şeylərin nеcə çalınmasından asılıdır. Əgər qədim adət-ənənə şəklində olan toylar kimi olsa, ləhv sayılmasa və hеç bir fəsada səbəb olmasa, işkalı yoxdur.
Allahdan uğurlar diləyirik!