Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Ailə qurarkən kəbinimi əhli sünnə məzhəbindən olan bir şəxs oxuyub. Bilmək istəyirəm kəbinim düzdümü?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər şiədə olan qayda qanuna uyğun olaraq oxunubsa, oxuyanın şiə və ya sünnü məzhəbinə qulluq etməsinin fərqi yoxdur. Əgər şiə məzhəbinə uyğun şəkildə oxnub-oxunmadığına şəkkiniz varsa, yaxşı olar ki, ehtiyat üçün bir daha oxutdurasınız.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Uzun bezi yerlerinde tuk yaxwi cixmir deye ulgucden istifade etmek olami?ALLAh razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər üzdə tükün bitməsi "saqqal" deyilməyəcək qədər azdırsa, ülgüzdən istifadə etməyin eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun əleykum, ağa. Məni bir məsələ çox narahat edir. Hamıya məlumdur ki, bu gün məsumlar (ə)-ın bədənlərində nələr baş verir. Bilmək istiyərdim bizim hərəmlərin qorunmasında iştirakımız vacibdirmi? Əyər vacib olduğu halda iştiraktan imtinanın hökmü nədi. Dərin hörmətlərimlə.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qeyd olunan savaşlarda iştirak etmək kifayi olaraq vacibdir. Yəni bir qrup şəxsin iştirakı kifayətdir və belə olan halda bu vacib, digərlərinin üzərindən götürülür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim sualım avropada yaşamaq haqdadır. Buranın adətlərinə göre xanımla əl ilə görüşməlisən. Xanım əl uzadır mən də əlimi uzatmıram. Salam deyirəm və inciklik yaranır. Bu məsələdə istisna varmə? Əlcəklə də olsa salamı əl ilə almaq olmazmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Bu mövzuda istisna yoxdur. Lakin əlcəklə şəhvət və reybə olmadan mümkün olarsa, şəri cəhətdən problemi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ayətullah Xameneinin nəzərinə görə, ədalətin mənası nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ədalət – elə bir mənəvi cəhətdir ki, insanın vacib əməlləri tərk etməkdən və haram olan əməlləri yerinə yetirməkdən çəkinməsinə bais olur. Bir şəxsi ədalətli adlandırmaq üçün zahirdə əməllərinin yaxşı olması kifayətdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əzadarlıq mərasimində orqan və piano kimi musiqi alətlərindən istifadə еtməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Musiqi alətlərindən istifadə olunması, imam Hüsеynin (ə) əzadarlığı ilə münasib dеyil, yaxşı olar ki, əzadarlıq mərasimi qədimdən mövcud olan tərzdə təşkil еdilsin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Sistani Ağanın risaləsində 1 saatlıq siğə olmağı yazılıb?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şiə məzhəbinə əsasən müvəqqəti kəbin məsələsi sabitdir. Müvəqqəti dedikdə, az və ya çox olması şərt olunmamışdır. 1 saat müddətində olunan kəbin də müvəqqti kəbinə daxildir. Daha ətraflı məlumat üçün risalənin "müvəqqəti əqd" bölməsinə müraciət edə bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Siqaret çəkmək haramdırmı ?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Siqaret və digər tütün məmulatlarından istifadə etmək həm yeni başlayana, həm də digərlərinə haramdır. Mütəxəssis həkimin göstərişi əsasında çəkmək isə istisnadır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstəmaz alandan sonra suyu bağlamamaq şertiylə yenidən əl üzü yumaq olar?
Cənabət qüsulu olan ana qüsul almamış uşağa süd verə bilermi?
Qadının geyimi dini qaydalara göre necə olmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Dəstəmaz bitdikdən sonra hansısa üzvünüzü yumaqda ixtiyar sahibisiniz.
2.Bunun haramlığı yoxdur. Bəzi hədislərə əsasən isə məkruhdur.
3.Qadın saç və bədənini örtməlidir, eyni zamanda zinət hesab olunmamalı və əndamını bildirən qədər dar olmamalıdır. Əlləri biləngə qədər və üzü çənin aşağı hissəsinə qədər örtməmək olar.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Çox üzr istəyirəm sizdən. Adət halında Namaz qilmaq olmur. Namazın qəzası varmı? Namaza yeni başlamışam deyə, bilmirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. Bu zaman qılmadığınız namazların qəzası yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam kişiyə məhrəm qadınlar kimlərdir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Kişiyə öz anası, bacısı və qızı məhrəmdir. Bu qohumluq əlaqələri düz xətt üzrə yuxarıya və aşağıya doğru da davam edir. Yəni kişiyə öz anası məhrəm olduğu kimi, nənəsi (anasının və atasının anası), anasının və atasının nənələri də məhrəmdir. Kişiyə öz bacısı məhrəm olduğu kimi, bacısının qızları və nəvələri də məhrəmdir. Kişiyə öz qızı məhrəm olduğu kimi, qızının qızı və qızının nəvəsi də məhrəm sayılır.
Ögey ata-ana da doğma ata-ana kimi məhrəmdir. Anabir və ya atabir bacı-qardaş bir-birinə məhrəmdirlər. Ögey qız (kişinin evləndiyi qadının əvvəlki ərindən olan qızı) kişiyıə məhrəmdir.
Atanın bacısı (bibi), ananın bacısı (xala) da məhrəmdirlər. Eləcə də, babanın və nənənin bacıları da məhrəmdir.
Kişiyə öz qaynanası və onun anası məhrəmdir. Evlənmə yolu ilə məhrəm olanlar südvermə halında da məhrəm sayılırlar.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum Domino oynamaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şahmat və nərd haramdır. Digər oyunlar isə ürfdə qumar aləti kimi tanınsa haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Pişnamazı yaxından tanımadan ona iqtida еtmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:Əgər pişnamazın ədalətli olduğu hər hansı bir yolla məmum üçün sübuta yetsə, ona iqtida edə bilər və camaat namazı düzdür.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Gəncədənəm namaz qılıram. İşlədiyim yerdə piyvə verirler. Məcburi işləyirəm. Hökmü nədir? Bir də saçaqlı pendir yeyirəm. Bu haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İçki verilən məkanlarda halal iş görmək (məsələn təmizlik işləri aparmaq və.s) şəri baxımdan icazəlidir.
Yediyiniz pendirin tərkibində haram qidanın olduğuna əmin deyilsinizsə, onu yemək icazəlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Bir nəfər əlinə Quranı götürür və deyir: Bu Qurana and olsun siqaret çəkməyəcəm və bir müddətdən sonra andını pozur ,bunun hökmü nədir? Kəffarəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qurana and içmək kəffarənin vacib olmasına səbəb olmaz. Yalnız Allaha məxsus olan adlara içilən andların pozulması kəffarəyə səbəb olar.
Allahdn uğurlar diləyirik!
Sual: Salam. Evli bir kişinin bekar bir qadınla cinsi yaxınlıq olmadan ləzzət alması caizdirmi? Bu halda evlinin öz xanımı ilə olan kəbini batil olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bakirə olan və atasının himayəsində olan qadınla kəbində, qız ata ya babasının icazəsi şərtdir. Atasından icazə almadan kəsdirilən kəbin batildir.
Evli kişinin digər qadınla zina etməsi, onun öz xanımı ilə olan kəbininin pozulmasına səbəb olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Mənim dostum əvvəl əri olan bir qadınla zina edib əri olduğunu bildiyi halda, bu zinadan usaq dünyaya gəlib. Bir neçə ildir ki, tövbə edib. Bu işidən əl çəkib, iman gətirib namaz qılır.
Sistani ağanın müqəllididir. 3 il əvvəl başqa bir xanımla şəriətə uyğun şəkilde aile qurub 2 yaşında bir oğlu var. Hal hazırda zina etdiyi qadın ərindən boşanıb. Dostumla əlaqə yardıb. Bu uşaqa görə dostum ailəsini razı salaraq bu zina etdiyi qadınla kəbin kəsdirib. Bu kəbin halal sayılır ya haramdər? Əgər haramdırsa vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ərli qadın zina etdiyi halda, zina etdiyi kişiyə ehtiyat-vacibə əsasən əbədi olaraq haram olur. Lakin bu hökm ehtiyat-vacib olduğu üçün, bu məsələdə bu cür evliliyə fətva ilə (ehtiyat-vacib olaraq deyil) icazə verən digər ələm müctehidə keçərək, ailə həyatı qura bilərlər.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bəzi vaxtlar yumurtada görünən qanın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pak hökmündədir, lakin onu yеmək haramdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sement və döşəmə daşlarının üzərinə səcdə və təyəmmüm etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O ikisinə səcdə еtməyin işkalı yoxdur. Baxmayaraq ki, sement və döşəmə daşlarının üzərinə ehtiyata əsasən təyəmmüm etmək olmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Salamun əleykum. Bilmək istəyirəm ki, namazın qəzası varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli. Şiə məzhəbinə əsasən, namazın qəzasını qılmaq vacibdir.
Allahdan uğurlar diləyirik!
DİQQƏT!
Saytımız yalnız şəri hökmlərlə bağlı olan suallara cavab verir. "Alın yazısı düzgündürmü?", "İslama görə, göz dəymə mümkündürmü" və bu kimi suallara cavab vermədiyimiz hallarda üzürlü bilin!