www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum. Bir qadından şəhvətdən sonra məni xaric olduqdan sonra qüsul edir və həmən gün bir müddətdən sonra şehvət hissi olmadan məni xaric olur. Bunun hökmü nədir? Bir də ki, qadından şehvet hissi olmadan xaric olan maye məni hökmündədir? ALLAH razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadından ehtirasın yüksək həddində çıxan maye məni hesab olunur. Əgər xaric olan mayenin məni olmasına yəqini olmazsa, qüsul vacib olmaz.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Broyler toyuğundan bişirilen yeməyinden kartofundan ,yağından yeməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər toyuğun haramlığına yəqininiz varsa, həmin toyuq nəcis hökmündədir. Ona dəyən yağ da nəcis olur.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Ev şəraitində quru cörək və quru cörək mayasindan düzəldilmiş kvas halaldirmi? 2.Qatıq qıcqırdıqda onu içmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Qeyd olunan içki şəri dildə "mauş-şəir" adlanır və məst edici olmadığı halda pak və halaldır.

2.Qıcqırmış qatığın içilməsi özü-özlüyündə haram deyil.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əhli beyt{e s) Mədh eləməyin musiqili hökmü nədir?
Cavab: Salam. Ayətullah Xorasani-dəftərxana: Əgər musiqilər tar və piyanina kimi ləhv alətlərlər ilə ifa olunarsa, ləhv məclislərinə uyğun olan halda haramdır. Ləhv məclislərinə uyğun olmadığı halda isə ehtiyat-vacibə əsasən haramdır.



Allahdan uğurlar diləyirik!

Sual: Salam: Sualım budurki mən Namaz qılıramsa internetdə cinlərlə bağlı filimlərinə baxmağın doğrudurmu? 2.Gecə aya 3 dəfə salavat çevirmək düzgündürmü? Çox sağolun Allah sizlərdən tazı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bu filmlərə baxmağın şəri cəhətdən haramlığı yoxdur.

2.Bu işin şəri cəhətdən vacibliyi yoxdur.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən əsr namazından sonra şam namazından əvvel paltarımda məniye oxşar ləkə gördüm, amma gün ərzinde cunub olmamışam. Bu şubhəyə əsasən şam namazından əvvəl ehtiyat niyyətlə cənabət qüsulu aldım. .Namazı da dəstəmaz almadan qıldım.Sualım budur ki, qüsulla kifayətlənib, dəstmaz almadan qıldığım namazın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyata alınan qüsuldan sonra dəstəmaz alınmalıdır. Əks halda namaz batildir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadınn doguşdan sonra on günlüyündə verilən qüsul hansılardə və uşağa hansi qüsul verilməlidir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadının qanı on gündən keçməsə, onun hamısı nifasdır. Əgər on gündən əvvəl pak olsa, gərək qüsl etsin və öz ibadətlərini yerinə yetirsin. Əgər sonra bir dəfə, yaxud çox qan görsə, belə ki, qan gördüyü günlərlə arada pak olduğu günlər birlikdə on gün və ya on gündən az olsa, gördüyü qanların hamısı nifasdır və pak olduğu günlərdə gərək ehtiyatən pak qadına vacib olan işləri yerinə yetirsin, nüfəsaya haram olan işləri tərk etsin. Buna görə oruc tutmuşdursa, gərək qəza etsin. Əgər sonda gördüyü qan on günü keçərsə, o qanın on gün ərzində gördüyü qismini nifas, on gündən sonrasını da istihazə qəbul etməlidir.

Doğulan uşağa vacib olan hansısa qüsul yoxdur, lakin müstəhəb olaraq qüsul vermək olar.



Allahdan uğurlar diləyirik!
Sual: Əssalamu ələykum. Kişi qadınla yaxınlıq edən zaman,kişiden xaric olan spermanın qadının üzərinə axıdılması haramdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Haram deyil.



Allahdan uğurlar diləyirik!
Sual: salam.1 Qəlyan və siqaretin hökmü nədir? 2.Nakolkanın (tatuaj) hökmünü bilmək istəyirdim.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər siqaret və qəlyanın insana ciddi ziyanı olarsa və ya digərlərinin narahatçılığıa səbəb olarsa çəkilməsi haramdır.

2.Tatuaj özü-özlüyündə icazəlidir. Lakin əgər dəstəmaz və qüsulun alınmasına mane olmamalıdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sualım budur ki, hamiləyəm. Yeddi aylığma qədər namazımı qılmışam. İndi səkkiz aya keçdim ve biraz çetinləşdi, ağrılarım namazın üstündə ürəy sıxilmalar oldu. Neçə dəfə namazı yarimçiq məcbur dayandırdım. Oturaq vəziyyətdə də qıldım eyni şey oldu. Men nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Oturan yerdə də qılmaq olmursa, sağ çiyin üzərində üzü qibləyə uzanaraq qılmaq lazımdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən keçən il oruc tutdum ve altı gün qəzam oldu. Daha sonra aile həyatı qurdum. Yaxin vaxtlarda tuta bilmədim. Sərin havalarda tutmaq niyyətim var idi. Ele oldu hamilə qaldım. Bu ildə nə qəzamı, nə də bu ilki orucluğu tuta bilmədim. Mən ana olanan sonra o altı günün qəzasın tuta bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəzanızı imkan olan kimi tutacaqsınız. Yaxşı olar ki, hər gün üçün kasıba 1 müd təam (750 qıram arpa, buğda və sair) verəsiniz.



Allahdan uğurlar diləyirik!
Sual: Salamun eleykum. Dinimiz kişi ve qadının cinsiyyet orqannarından oral ləzzət alması barədə fikri nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş şəri cəhətdən halal, əxlaqi cəhətdən isə bəyənilmir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadına məni dəyibsə daxilə getmiyibsə ona qüsul düşürmü? Bir də qüsullu oldğu halda paltarı təmizdirsə qüsullanıb həmən paltarı geyinə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Qüsul 2 halda vacib olar; məninin xaric olması və cinsi əlaqə. Sualda qeyd olunan hal qüsulun vacib olmasına səbəb olmaz.

2.Paltar pak olarsa namazda istifadə oluna bilər. Geyinməyin isə bütün hallarda (nəcis və ya pak) problemi yoxdur.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Vilayəti-fəqih mələsinə Sistani ağanın nəzəri nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Fiqhi dildə “həsbiyyə” adlanan işlərdə bütün fəqihlər vilayətə sahibdirlər. Bu məsələ təqlidi bir məsələdir.



Allahdan uğurlar diləyirik!
Sual: salam. 1.Enerji içkilərinin içməyin hökmü nədir? 2.Siqaret çekməyin hökmü nədir? 3.Nərd oynamaq mən yaşadığım ərazidə qumar aləti kimi sayılmır. Belə olan halda oynamağımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Eneji içkilərin içində məstedici içki və ya şəri cəhətdən haram hesab edilən hansısa maddənin olduğuna əminliyiniz yoxdursa, içməyiniz icazəlidir.

2.Əgər siqaret çəkmək (gələcəkdə olsa belə) ciddi ziyana səbəb olarsa, və ya ağıllı insanların bu ziyan barədə gümanı olarsa haramdır. Lakin ciddi ziyanı olmadığı təqdirdə onu çəkməyin problemi yoxdur.

3.Nərd və şahmat haramdır. Digər oyun alətlərindən istifadə etmək isə, qumar aləti hesab olduğu zaman haramdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın vətən seçməkdə və iqamətdə (müəyyən yerdə daimi və ya müvəqqəti qalmaqda) öz ərinə tabеdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sırf ər-arvadlıq məcburi tabeçiliyə səbəb olmaz. Qadın, özünə vətən seçmək və iqamət mövzusunda, ərinə tabe deyildir. Əlbəttə, əgər qadın özünə vətən seçmək və iqamət mövzusunda ərinə tabe olmaq istəsə, ərinin qərarı onun üçün də kifayət edir və ərinin daimi yaşayış üçün seçdiyi şəhər, onun da vətəni hesab olunur. Yaxud əri onunla müştərək olan vətənlərini tərk etsə, qadın da vətənini tərk etmiş hökmündədir. Həmçinin əgər qadın ərinin səfər edəcəyi yеrdə on gün qalma niyyətində olduğunu bilsə və bu mövzuda ərinə tabe olmaq istəsə, həmin niyyət o qadın üçün də kifayət еdir. Hətta əgər o qadın məcburiyyət qarşısında əri ilə orada qalmağı qəbul еtsə də, hökm eynidir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam yalan danismaq gunahdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, yalan danışmaq günahdır. Lakin zərurət halında və ya çox üstün bir xeyir olduğu zamanlar (məsələn küsülülərin barışması) yalan danışmaq icazəlidir. Əlbəttə yalnız lazım olan ölçüdə kifayətlənmək lazımdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam Evləndikdən sonra 40 gun namaz qilmirsan o duzdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr. Belə bir hökm mövcud deyil.



Allahdan uğurlar diləyirik!
Sual: Qadınla arxadan yaxınlıq etmeyin hokmu nedir?ve olarmı.zehmet deyilse cavablandırardız
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın razı olmadığı halda haramdır. Razı olduğu halda isə şiddətli məkruhdur (bəyənilmir).



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Salfetka ilə özünü paklamaq düzgün olmadığını eşitmişəm doğrudurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bövlün (sidik) məxrəci yalnız su ilə paklanır, lakin ğaitin (nəcis) məxrəci isə sudan başqa kağız, daş və bu kimi digər şeylərlə də paklana bilər. Belə olan halda ya 3 ayrı-ayrı kağızdan istifadə edilməlidir, ya da bir kağızın 3 ayrı-ayrı hissəsindən istifadə edilməlidir.

Lakin əgər ğaitlə birgə qan və ya digər nəcis də çıxarsa, və ya kənardan başqa nəcis dəyərsə, ya da məxrəci həddindən artıq bulayarsa o zaman ğaitin də məxrəci yalnız su ilə paklanar.



Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı