www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. "Çox səfər edən" kimə deyilir və hökmü necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər hər ay ən azından 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox bu gedişatı davam etmək istəyirsinizsə, “kəsirus-səfər” sayılırsınız. Bütün səfərlərinizdə namazınız tam və orucunuz səhih olacaqdır. Amma səfəriniz ayda 8 və ya 9 gün olsa, ehtiyat vacib odur ki, bütün səfərlərinizdə namazı həm tamam və həm şikəstə qılasınız. Həm oruc tutasınız həm də qəzasını tutasınız. Lakin 7 gün və ya daha az olsa, bu səfərdə namazlarınız şikəstədir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Ramazan ayının orucunu tuta bilmədim və gələn ilədək də tuta bilməyəcəyəm. Səbəb xəstəliyim idi. Kəffarə özümə vacibdir ya ərim ödəməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər Ramazan ayının orucunu xəstəliyə görə iftar edib və xəstəliyi davam etdiyinə görə orucun qəzasını təxirə salmısınızsa, hər gün üçün bir müdd təam vermək sizin özünüzə vacibdir və ərinizin öhdəsinə heç nə düşmür.



Allahdan uğurlar diləyirik!



Sual: Salam. Bilmək istərdim ki, qadınların camaat və cümə namazlarında iştirakı dini cəhətdən necə dəyərləndirilir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınların Cümə və camaat namazında iştirak etməsinin işkalı yoxdur və camaat namazının savabını əldə edirlər.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Yaşayış üçün şəxsi еvi olmayan şəxs еv almaq və ya ehtiyac duyulan digər məişət əşyalarını almaq üçün ehtiyat pul yığsa, həmin məbləğə xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qazancın gəlirindən yığılan ehtiyat pul, əgər dolanışıq xərclərinin qarşılanması məqsədilə olsa, xüms ili çatdıqda ona xüms düşür. Lakin əgər ehtiyat pul zəruri məişət əşyalarını almaq və ya zəruri dolanışıq xərclərini təmin etmək üçün lazımdırsa, belə ki, yaxın gələcəkdə – xüms ili çatandan bir neçə gün sonra – sözügedən məqsəd üçün sərf ediləcəksə, ona xüms düşmür



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əsr namazının vaxtı məğrib azanına qədərdir, yoxsa günəşin qürub etdiyi vaxta qədər? İşa namazı və Minada beytutə üçün şəri gecə yarısı nə vaxtdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əsr namazının vaxtı günəşin qürub etdiyi vaxta qədərdir (yəni məğrib azanından təxminən 20 dəqiqə qabaq).



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişilərin məhrəm qadınlar qarşısında, qadınların da məhrəm kişilər qarşısında rəqs еtməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haram rəqsin hökmündə kişi və qadın arasında, həmçinin məhrəm və naməhrəm qarşısında rəqs etmə xüsusunda fərq yoxdur.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Məsh yerində yara olan şəxs necə dəstəmaz almalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yara məsh yerindədirsə və onun üzərinə məsh çəkmək mümkün deyilsə, bu halda dəstəmaz əvəzinə təyəmmüm etmək lazımdır. Lakin əgər yaranın üzərinə bir parça qoyub, onun üzərinə məsh çəkmək mümkündürsə, ehtiyata əsasən, təyəmmümdən əlavə bu qaydada bir dəstəmaz da almaq lazımdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Musiqi alətlərinin alqı-satqısının hökmü nədir? Onlardan hansı həddə istifadə etmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ləhvi-ləb olmayan musiqini çalmaq məqsədilə müştərək alətlərin alqı-satqısının işkalı yoxdur.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Haram iş görən şəxsin salamına cavab verməmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlmanın salamının cavabını vermək şəri baxımdan vacibdir. Lakin əgər günah işlədən şəxsi pis işdən çəkindirmək məqsədilə onun cavabını verməmək ürf baxımından pis işdən çəkindirmə üsulu hesab olunarsa, bu işi görmək caizdir.



Allahdan uğurlar diləyirik!
Sual: Sualı ünvanladı-Qismət. Salam. Qumar alətlərindən olan kartı elə-belə yəni pulsuz oynamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ürfdə qumar alətlərindən hesab olduğuna görə, ümumi halda oynamaq haramdır.



Allahdan uğrular diləyirik!
Sual: Salam 1) Qadının mənini təyin etmək üçün hansısa ölçü önəmlidirmi? Yoxsa rəngin ,ölçünün önəmi yoxdur rütubət yalnız qeyd olunun üç əlamətlə gəlirsə məni hökmündədir (yəni üç əlamət əsas götürülür)? 2) Qadın yuxudu ihtilam olduğunu xatırlamaz vəya ihtilam olub olmadığından şəkk edərsə buna görə də ayıldığı zaman gördüyü rütubətin məni yoxsa başqa bir axıntı olduğunu ayırd edə bilməzsə o cünub sayılır və qüsl gərəkirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1.Mənini təyin etmək üçün əsasən 3 xüsusiyyət qeyd olunur; bədənin süstləşməsi, şəhvət və sıçrayış. Bu xüsusiyyətlərdən əlavə insanın yəqin etməsi də önəmlidir.Yəni insan bu xüsusiyyətlər olmasa belə, mayenin məni olduğuna başqa yollarla əmin olarsa, gördüyü məni hesab edilir.



2.Şəkk olan halda görülən maye məni hesab olunmaz.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişinin razılığı ilə, kişi ilə kişinin cinsi əlaqəsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişi ilə kişin, qadın ilə qadının cinsi əlaqəsi heç bir halda şəri cəhətən halal hesab edilmir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam: Sualım belədirki men Dərslərimlə əlaqədər gündə üç namaz qılıram Əsr və İşa namazların qılmıramç Bu, günah sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz dinin zəruri məsələrindəndir və qılınması vacibdir. Əks halda günah və insanın əzab olmasına səbəb olar. Əsr namazını zöhr, İşa namazını isə şam namazı ilə birlikdə qılmağa çalışın.



Allahdan uğrular diləyirik!
Sual: Salam: Aybaşı zamani qılmadğımız Namazların qəzasını qılmağ vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dediyiniz hal şəriətdə "Heyz" adlanır. Heyz halında olan qadına namaz və qəzası vacib deyildir. Lakin orucların qəzasını tutmalıdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ərin öz arvadı üçün aldığı qızıla xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər onun (ərin) öz şəninə uyğun olarsa, məunədən (zəruri ehtiyaclardan) hesab olunur və onlara xüms düşmür.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Pulcuqlu balıq torun içində ölsə, onun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qeyd olunan balığın yeyilməsi halaldır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hibə və bayram hədiyyələrinə (bayramlığa) xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hibə və hədiyyəyə xüms düşmür, amma illik xərclərdən artıq qalarsa, ehtiyata görə xümsü vеrilsin.



Allahdan uğurlar diləyirik!

Sual: Salam,mən ilk dəfə namaz qılmaga başlayanda dəstəmaz alarkən elə başa düşmüşəm ki qolları yuyanda suyu dirsəkdən tokub barmagin ucuna kimi yumaq lazımdır və yayıb hər tərəfə catdırmag lazım oldugunu bilməmişəm və beləcə 5 il belə dəstəmazla namaz qılmamışam,həmcinin valideynlərim mənim dindar insanlarla goruşumə,kitab almaga,məscidə getməyimə icazə verməyiblər ki belə oldugu ucun duzgun dəstəmaz necə alınır başqasında da gorməmişəm, ta o vaxta qədər ki təsadufən birinin dəstamaz aldigini gordum və mən də duzəltdim.Belə olan halda mənim həmin illərdə belə dəstəmazla qildigim namaz duzgundurmu?Dəstəmazım butovlukdə səhv olmayıb, bircə qollarimda suyu qolumun hər tərəfinə yaymaq lazım oldugunu başa duşməmişəm namaz qilmagi oyrəndiyim bir kitabcaya əsasən.
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Dəstəmazda qolu yuyarkən suyu əl ilə hər tərəfə yaymağa ehtiyac yoxdur. Əsas suyun qola çatdırılmasıdır. Əgər siz əlinizlə yaymadan da suyu hər tərəfə çatdırmısınızsa, dəstəmazınız düzgündür.



Allahdan uğurlar diləyirik!
Sual: Salam oqlan nece yasindan namaz qilmalidirlar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hicri-qəməri tarixi ilə 15 yaşın tamam olduğu zaman oğlana, namaz və digər əməllər vacib olar. Miladi tarixi ilə 15 yaşın tamam olmasından 163 gün çıxmaqla, hicri-qəməri tarixi ilə 15 yaşı hesablamaq mümkündür.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Coca-Cola şirələrini içmək olar yoxsa yox? Siz nə məsləhət görürsünüz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İslam düşmənlərinin mənafeyinə qulluq edən məhsulların alış-verişi haramdır. Əgər dediyiniz məhsulun bu qəbildən olduğuna əminliyiniz yoxdursa, almağınızın haramlığı yoxdur. İçməyə qaldıqda isə, haramlığına əmin olmadığınız yemək və içkilərin istifadəsi icazəlidir.



Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı