www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Umid: Qadina mualice meksedi ile tut aragindan derman hazirlayib icmek olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xəstəlik ciddi olarsa və başqa dərman olmazsa, çarəsizlikdən olar.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb) Salam əleykum Mən böyüklərimdən (köhnə kişilərdən) eşidmişəm ki... ay görəndə 3-dəfə salavat çəkmək lazımdır... Belə bir məsələ şəriətdə var? Fiqhi baxımdan bu məsələ necədi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hazırda əlimizdə bu barədə nəsə dəlil yoxdur.
Sual: Sualı ünvanladı Etibar: Salam menim sualim Sistanin agamadi.aftamabil sure sure saxlamaq mumkun olmasa yolda namaz qilmaq olar?Allah sizdenrazi olsun.bu sualimi cavablandirasiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Başqa çərə yoxdursa olar!
Sual: Sualı ünvanladı Rəşad: Salam.Bagislayin tekrar verdiyim ucun.men evliyem.sevdiyim xanim da evlidir.amma 3 ildir ki yoldawindan ayri yasayir.eri telaqin vermiyib.ve bizim aramizda zina olub.bu halda bizim sige ve ya kebin kesdirmeyimiz mumkundur?xanim tovbe edim omrunun sonuna qeder menimle evil olmaq ucun hazir!Evvelceden tesekkur edirem!Allah razi olsun!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: O kəbinli olduğu üçün siz zina edibsiz və bir-birinizə əbədi haram olubsuz.
Sual: Sualı ünvanladı Əsədulla: Salam eleykum.Aga kişmiş olmayan agacdan teze yigilib satilan üzümun zekati var?Varsa ne qederdi zehmet olmasa.Birde imkan varsa deyerdiz Insallah Imam Zaman(e.f) aganin qurdugu dovlet nece il omur surecek?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Var. Əgər kişmiş etsəydiniz nə qədər olmaq ehtimalı vardısa həmin qədəri meyar götürüb zəkatını verin.



İkinci sualınız mövzumuza aid deyil. Üzrlü sayın!

Sual: Sualı ünvanladı Telman: Salam bəzi tibb müəssisələrində əhali üçün pulsuz olduğu halda mualice ucun müəyyən məvacib alınır. Onda bizim vəzifəmiz nədir ? Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu pul qanuna ziddir və ödənməməlidir. Amma çarəsiz olduğunuz yerdə bu pulu ödəmək caizdir.
Sual: Sualı ünvanladı Emin: Eqiqe qurbanı nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əqiqə sünnədir. Təkid olunmuş müstəhəbdir. Yəni bir insanın övladı dünyaya gələrsə bir heyvan (qoyun ya keçi və sair) kəsər və ətini paylayar.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum. 1. Orucun qezasindan elave keffare vermek vacibdir? 2. Mehrul-sunne 500 dirhemdir. Bu indiki dirhemle eynidir ve seri nece dirhemdir? Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Baxır bu qəza hansı şəraitdə olub. Əgər adi qəzadırsa, onda kəffarəsi yoxdur.



Mehrul-sünnəni qızıl tükanları ilə təyin edin.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum. Balina, delfin eti haramdir?
Cavab: Salam. Ayətullah Məkarim: Haramdır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb):Salam aleykum. 1. Usaqa Rehman adini qoymaq olar? Bir yerde oxudum ki olmaz. Isra 110-a esasen. 2. Ulduza, aya and icmek olar? Allah sizden razi olsun
Cavab: Sualı ünvanladı Məkarim: Qoymaq olar. Amma Əbdül-Rəhman qoymanız məsləhətdir.



İslamda ulduza ya aya and içmək qadağan olunmayıb.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam bagiwdiyun nrht edirem. Bir sualim var..... Qadinlarin meshed kerbela. Ziyaretlerine getmesi haramdimi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, gedə bilər.
Sual: Sualı ünvanladı Sarvan: Salam aleykum men aylığ maaşa işliyirem maaşım meni ancağ bir ay bes edir atamın çoxlu borcu var onada kömey edirem amma ayrı yaşayıram ve qreditlede bir iki eşya götürmüşem o mallara be menim ayliğ maaşıma xums düşür ve men xums günü teyin etmeliyem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Atanıza verdiyiniz pulu bağışlayırsızsa, xeyir xüms yoxdur.

Sual: Sualı ünvanladı Əsədulla: Salam eleykum.Allah razi olsun.1.Bilmey isteyirdim dinimizde 40 dene qoyunu il boyu olan kes zekati istenilen ayda vere biler yoxsa bunun ucun hansisa ay vardir.2.Qurani Kerimde şehidler ölu deyil onlar sagdir ayesine esasen bilmek isteyirdim ki,onlar Qiyametden once dirileceklermi bes axi Allah Teala basqa bir ayede buyurub ki,her bir canli ölümu dadacaqdir bunu zehmet olsa izah ederdiz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sayı 40 olması bir il müddətincə qalarsa, 1 il tamam olan gün zəkat ödənilməlidir.



İkinci sualınız mövzumuza aid deyil. Amma bir iki kəlmədə bunu deyə bilərik ki, məsələn Quran dünyada haqqı görməyənlərə kor deyir. Əslində onların gözü var, amma Quran onlara kor xitab edir. Yəni burda mənəvi dirilik ilə bizim anladığımız dirilik kimi söhbətlər var ki, bu barədə ətraflı cavab vermək imkanımız yoxdur.
Sual: Sualı ünvanladı Əsədulla: Salam eleykum.Allah razi olsun.1.Çol goyercinin eti yemelidirmi ve yemelidirse onun basini qopardib uzmek dogrudurmu.Balaca quşlarin basi uzulerse haram olarmi?2.Musteheb qusl alarken teyemmum etmek olarmi meselen Cume gununun quslu alarken
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Quşun başın üzmək olmaz. Kəsilməlidir.



Müstəhəb qüsl əvəzi təyəmmüm olmur.
Sual: Sualı ünvanladı Sahilə: Salam.Men ingilis dili muelimesiyem.Mektebde yasanan ve hellini tapmayan hicab problemiyle baqli narahat edirem.Mektebe girerken hicabin ustunden parik taxib cixarken qapidan pariki cixarib normal hicabda heyata davam etmeye icaze olar.men ishlemey ve ovladlarimi boyutmey isteyirem.inseAllah.mumlunse cavab yazin.eger olmazsa bes nece hell etmey olar?hicabimdan esla kecmerem.amma ishimi de itirmek istemrem.Allah razi olsun.onceden tesekkur edirem
Cavab: Salam.



Sayt tərəfindən: Bu sual olduqca mürəkkəb sual olduğu üçün Qumda olan dəftərxana dedi ki, sual Tehrandakı ofisə yazılsın. Siz Ayətullah Xameneinin rəsmi saytına müraciət edin.
Sual: Sualı ünvanladı Zaur: Salam adim zaur.men sistani agaya teqlid edirem sizden xaiw edirem sualima cevab yazasiniz xeste olmuya olmuya dovletden pensiya almaq ne derecede duzgundur hec yerdede iwlemirem mezburiyetden
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Caiz deyil.
Sual: Sualı ünvanladı Anar: Salam.qardaw fate verende hemd ve ixlas suresin oxuyub salavat çevirmek kifayetdir?(hemdden qabaq deyleni bilmirem yaza bilersi öyrenek.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: həmd və surə kifayətdir. Salavat da desəz yaxşıdır, müstəhəbdir.
Sual: Sualı ünvanladı Xəyalə: Salam.Cox xahis edirem suali tam cavablandirasiz.Namai hansi hallarda pozula biler.Korpe usagim var namaz qildigim zaman isti sobaya dogru getdiyini gorub namazi pozdum bu ne derecede dogrudur.Birde krafatindan yixildigini gorende pozmusam.Evvelceden tewekkurler.Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Uşağın canı üçün təhlükə olarsa pozmaq olar. Sizin pozduğunuz yerlər düzgündür.
Sual: Sualı ünvanladı Sərdar: SALAM MEN DESTEMAZ ALDIM VE MƏN AYAĞ BARMAĞIM BAŞ BARMAĞIM YARALIDI ONA MƏSH CƏKƏ BİLMƏDİYİM ÜÇÜN DİGƏR BARMAQLARA MƏSH ÇƏKDİM ANCAQ MƏSH DIRNAQLARIMA ÇATMADI DIRNAQDAN AŞAĞI BARMAQLARA VƏ AYAĞIN ÜSDÜNƏ ÇƏKDM VƏ BİLMİRƏM ƏVVƏLLƏR BU KŞİ GÖRMÜŞƏM YA YOX YƏNİ DƏSTƏMAZI AYAĞIMA MƏSHİ YAM ÇƏKMİŞƏM YA YOX ƏVBƏLKİ NAMAZDARIN HÖKMÜ NƏDİ? VƏ İNDİ BUGÜNKÜNÜN HÖKMÜ NƏDİ? BİRDƏ SUALİÇ BUDUKİ ƏGƏR AYAĞA MƏSH ÇƏKƏRKƏN AYAĞDA MƏSH YERİKİ VAR BARMAĞ BAŞINDAN AYAĞIN ÜSDÜNƏ QAƏDƏR O ARADA BİR ZƏRRƏ YERƏ ƏL TOXUNMASA MƏSƏLƏ NECƏ OIACAQ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əvvəlki namazları təzələmək lazım deyil. Bundan sonranı düzgün edin.



Sayt tərəfindən: Bir sualın daxilində bir suala cavab verilir deyə ikinci sualınız gözdən qaçıb. Lütfən onu digər zamanda təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Rəşad: Salamunaleykum.Men evliyem.Sevdiyim qadinda evlidir.amma o 3 ildir ki erinden ayri yasayir.biz nece sige ve ya kebin kesdire bilerik.Xanim sunnidir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əri onun təlaqını veribsə, olar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı