Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.qüsul vermek evde basqa niyetle edilir cölde basqa evnen cölün ferqi nedir?tesekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Elə bir şey yoxdur ki, evdə başqa niyyətlə olmalıdır çöldə başqa niyyətlə. İkisi də eynidir, fərqi yoxdur.
Sual: Sualı ünvanladı Nərmin: Salam Aleykum.Avtobusda vacib namazın vaxtı gəldikdə qılmaq olar?və səcdəyə getmək də mümkün olmur.zəhmət olmasa qaydasını bilmək istəyərdim.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, əgər avtobusu namaz üçün saxlamırlarsa qıla bilərsiz. Qibləni bilsəz imkan olsa qiblə istiqamətinə qılın. Mümkün olmazsa onda imkan olan istiqamətə qılın. İmkan olarsa həmd ilə surəni ayaq üstə oxuyun. Olmazsa onları da oturduğunuz yerdə deyin. Səcdə və rükunu oturduğunuz yerdə edin.
(Məsələn qarşınıza bir möhür qoyun, azca başınızı əyib o möhürə səcdə edin. Buna imkan yoxsa möhürü əlinizə götürün secdə zamanı qarşınızda tutub səcdə edin. Rükunu da azca belinizi, başınızı əyməklə gerçəkləşdirin.)
Sual: Sualı ünvanladı Fehmin: Salam zəhmət olmasa diyerdiz. Nemazi nə batil edər?
Cavab: Salam. Sayt tərəfindən:
Bu sualın cavabı əməliyyə risaləsindən əldə olunmalıdır. İstənilən risalədə bu barədə ətraflı məlumat mövcuddur.
Sual: Sualı ünvanladı Əsədulla: Salam eleykum.Allah sizden razi olsun.Aga bilmey isteyirem Axirezzamanda Kerbelanin qapilari zevvarlarin uzune bagli ola bilermi hedislerde bu haqda nese var?
Cavab: Salam.
Sayt tərəfindən: Sual mövzumuza aid deyil.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum. 1.Eger bilinseki bir nefer selemcilikle ve yaxud basqa haram yolla gelir elde edir onun mescin temirine ve mescidde ehsan etmesi icazelidir? Onun verdiyi ehsanlardan yemek olar? 2. Zekati xumsu verilmemis heyvan etinden olunan ehsani yemek olar? Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər pulun haramlığına yəqin olarsa onda nə məscidə sərf etmək olar nə ehsana. Belə ehsanı yemək olmaz. Zəkatı ödənməyən heyvanın ətini də yemək olmaz.
Sual: Sualı ünvanladı Hafiz: Allahin salamı olsun sizlərə. Namaz qılan zaman təsadüf üzündən yalnış deyilmiş cözün (məsələn: Əlhəmdülillah əvəzinə ələmdülillah) xətasının aradan qaldırılmasının yolu necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu yazdığınız kimi olarsa aradan qaldırılması üçün nəsə yoxdur. Sadəcə növbəti rəkətdə diqqətli olub bu səhvi etməyin.
Sual: Sualı ünvanladı Hafiz: Salam. Ətii halal, qanı sıçrayan heyvanların bövl və gaitinin hökmü necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pakdır.
Sual: Sualı ünvanladı Röyal: Salam evde icgi var navaz qila bilerem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qıla bilərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.qizil deyil süse qabdi amma qizilidir o qabda su ve ya cay içmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Anar: Salam.sualim vacib namazlarda qunuda Allahume kun veliykel huccet ibnil hesen.duasin oxumaq olar.ve tesbeh zikirinden sonra ayetel kürsü oxumaq olar?ALLAH zehmetinizin evezini cennet etsin amin
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Rauf: salam.öluyə quran oxu
maq olar axa.
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma iki kəlmədə olduqca qısa bir cavabda deyək ki, bəli, olar. Desələr ki, ölüyə bundan nə fayda? Cavab budur ki, ölün üçün ehsan (məsələn halva yuxa) paylandıqda kasıblar bu ehsanı yeyir və bunun savabı ölüyə hədiyyə edilir. Ölüyə Quran oxunduqda da bu zikrlər mənəvi baxımdan kasıb insanlara çatır. Oxunan Quranı dinləyənlər Allahı yada salır. Bu şeyə səbəkar dünyadan keçən olduğu üçün bu savablar ona çatır.
Sual: Sualı ünvanladı Anar: Salam.qarda ehd duasinin sonunda sag elimi qiçima 3 defe vurub her vurduqda o sòzü 3 defe demeliyik?
Cavab: Salam. Bu sual mövzumuza aid deyil. Bu şey barəsində məlumatı "Məfatihul-cinan" kitabından əldə edə bilərsiniz.
Sual: Sualı ünvanladı Habil: Bismillahi rehmani rehim Allahin salami olsun bunu oxuyan ve cavablandaran wexslere bir sualim var bilmek isdiyiremki iki bacini bir adam ala biler ve yaxud yox muvveqqeti eqd olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İki bacı ilə eyni zamanda (istəyir daimi olsun istəyir müvəqqəti) əqdə girmək olmaz. Amma bir bacı ilə ailə qurub daha sonra boşanarsa, onda ikinci bacı ilə əqdə girə bilər.
Sual: Sualı ünvanladı Cahangir: qunutda azerbaycan dilinde dua etmek olarmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əvvəlində bir salavat çəkib sonra öz dilinizdə dua edin.
Sual: Sualı ünvanladı Şahid: Muherrem ayinda Elemleri yayliga hicaba burunmek eyni zamanda ona boyuk bir parcadan cib duzeltmek , yaxud da elemleri bir birine yapisdirib gorusdurmek Dinde nece buna baxilir . Xurafat deyilmi ?
Cavab: Salam.
Sayt tərəfindən: Bu işlər İslamda yoxdur.
Sual: Sualı ünvanladı Telman: Salam.Allah Razı Olsun. Camaat namazında iqtida etdikdə Bismillahir Rəhamir Rəhim demək lazımdır? Həmd surəyə qulaq asdıqda hansı zikrləri demək olar?
Cavab: Sualı ünvanladı Telman: Lazım deyil.
"Allahu əkbər" ya "sübhanəllah" kimi istənilən zikri deyə bilərsiz. Amma ahəstə deməlisiz.
Sual: Sualı ünvanladı Anar: Salam xanimlarda namazda bismilahirrehmanirrehimi ucadan demelieir?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Anar: Salam yemek yeyende bismillah yoxsa bismillahir rehmanir rehim demeliyik xais edirem nece olmalidir siz yazin?tesekül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Amma Bismillahir-Rəhmanir-Rəhim deyilməlidir.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): ASSALAMU Aleykum.Cavabınıza göre teşekkür,ALLAH Sizden Razı Olsun.
Bir neferin xums borcları var,vezifesini bilmediyine göre cavanlıqda xums vermeyib.İndi o borclarin hamisını birdefeye vermeye imkan çatmırsa hisse hisse ödeye biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xümsə borcunu hesablasın və mümkün olan həddə ödəsin. Qalanını ikinci mümkün olan zamanda ödəsin. Və bu qayda ilə davam etsin. Amma bu şey məsuliyyətsizliyə səbəb olmamalıdır.
Sual: Sualı ünvanladı Zehra: Salam Aleykum. Evvela sualima gore uzur isteyirem. 10 aydir evliyem. Yoldasimi 3 ildi taniyiram. Evlenmemisden evvel sige etmesini ureyim qebul etmese bele razi olurdum cunki harama duwmesini istemirdim. Onda bilirdimki heyatinda sigesi var. Ve ona mene soz verdiki biz evlenende bele sey olmayacaq. Indi Bu sertlerle inanib evlendim. Bu yaxinlarda onun bowanmiw bir qadinla telefonunda daniwiq seslerine qulaq asdim............
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişi ailəli də olsa subay da olsa müvəqqəti nikah Allah tərəfindən ona halal buyurulub.
Sayt tərəfindən: İki kəlmə sizə məsləhət görərik ki, dünya həyatı müvəqqəti və ötəridir. Çalışın Quranın halal buyurduğuna qarşı çıxmayın. Bu işdən sizə qalan yalnız böyük axirət peşimançılığı olacaq. Təqvalı olun, Allah halal edəni haram etməyin. Allahın halalına qarşı çıxanlar küfr etmiş olur. Küfr əhli də Allahın qəzəbinə tuş gələsidir.