www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Nicat: Salam.mən bilməy istəyirəm xəstə olmadığı halda pensiya çıxmağın pensiya almağın hökmü nədir? Onuda nəzərinizə çatdırımki bizə hökmət heç bir köməyliy eləmir dolana bilmirir ona görədə bu yola əl atırıq.
Cavab: Sualı ünvanladı Nicat: Bu iş haramdır, alınan pul da haram puldur. Dövlətin kömək etməməsi bu işi halala çevirmir.
Sual: Sualı ünvanladı Cəvahir: Salam. Ayətullah Sistani ağanın nəzərinə görə bəzi vaxtlarda qarşı tərəfdə ibadətə şövq yaratmaq məqsədilə yaxşı əməli danışmaq riya hesab olunur? Bu iş əməlin savabına hansı dərəcədə təsir edir?
Cavab: Salam.



Sayt tərəfindən: Bu sual mövzumuza aid deyil. Lütfən əfv edin.
Sual: Sualı ünvanladı Anar: Salam.adam burnu yekedir yarawiq ücün burnun kesdirib kiçilde biler?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəsə başqa zərəri olmazsa eybi yoxdur, kiçildə bilərsiz.



Diqqət-diqqət:



Cavab-al.com olaraq oxucuların diqqətinə çatdırırıq ki, bu saytın heç bir sosial şəbəkədə rəsmi səhifəsi yoxdur. Həvəskar insanlar tərəfindən açılan və bizə istinad edilən səhifələrə görə Cavab-al.com heç bir məsuliyyət daşımır.



Həmçinin bu gündən etibarən Cavab-al.com saytının istənilən bir sual-cavabını paylaşan şəxs, sual-cavabın altında “İstinadən yerimiz Cavab-al.com” sözünü yazmazsa bu paylaşım üçün ona icazə və halallıq verilmir. Təşəkkürlər!

Sual: Sualı ünvanladı Anar: Salam.günüz sperma xaric ols amma qesden yox.oruc pozulur? qezasi var menim vezifem nedir?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bilməyərəkdən olarsa batil olmaz. Qəzası yoxdur.
Sual: Sualı ünvanladı Kənan: Salam men bilmirem ne vaxt heddi buluga catmisam o vaxtki qilmadigim namazlari tutmadigim oruclari nece mueyyen eliyim
Cavab: Ayətullah Xamenei-dəftərxana: Əgər risalədə yazılan həddi-büluğ əlamətlərinin hansısa biri sizdə peyda olan zamanı bilmirsizsə, onda hicri-qəməri təqvimi ilə 15 yaşınızı hesablayın və bunu ölçü götürün.



Həmçinin əgər bir insan bilməzsə ki, 3 gün qəza namazı var yoxsa 5 gün, 3 günü qılsa kifayətdir. Əlbəttə 5 günü qılsa bu bəyənilir.
Sual: Sualı ünvanladı Azər: Salam Aleykum. Ramazan ayınız mübarək olsun. 1-c sual. Sistani ağanın Azərbaycanda nümayəndəsi varmı şəri suallarla ona müraciəıt edə bilək. 2-ci sual. Namazları cəm şəkildə qılmaq yada hər namazı məxsusi vaxtında qılmaq Zöhr namazını zöhr vaxtında Əsr namazını əsr namazı vaxtında qılmaq . Hansısıs daha müstəhəblidir. 3-cü sual. Başı suya tam batırmaq orucu batil edir ya yox? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani dəftərxana:



1-ci sual üçün Nəcəf ofisinə yazın.



2-ci sual barəsində ağanın nəsə sözü yoxdu. Dəftərxanada çalışan ruhanilər belə dedi.



3-Batil etmir.



Sayt tərəfindən: Lütfən bir sualın daxilində yalnız bir sual göndərin. Təşəkkür!
Sual: Sualı ünvanladı Telman: Salam xala, bibi kimi məhrəm şəxslərlə üzlə görüşmək olar? Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar. İstisnadır xüsusi hallar. Məsələn, Allah uzaq etsin, şəhvət qəsdi ola. Belə şey olarsa, onda haram olur.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb) Salamun aleykum.necesiniz?qardawim sizlere esas bir sualim var 1)men imsaka durdum daha sonra yatdim ve azan vaxti yene durdum ve cox cox uzur istiyirem duranda boynuma cenabet qusulu yuxuda iken gelibmiw. Indi men bilmek isteyirem ki namazi teyemmumle qilmaliyam yoxsa qusul almaliyam? Axi qusul alsam gelek bawimi da isladan ve bu zaman oruc batil olur.2)her 2 gunden bir qusul almaq cox cetindi.bunun nese bir yolu varmi ki o wey senden gelmesin ve ya hansisa bir yolla gunahsiz wekilde azad olasan. evvelceden tewekkurler.imkan olsa cavabi emaile gonderersiniz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Başı suya batırmaq orucu batil etməz. (Sistani ağa bu işi maneəsiz sayır.) Qüsl ala bilərsiz.



Sayt tərəfindən: Şəhvəti təmin etməyin ən gözəl yolu ailə qurmaqdır. Bu alınmırsa onda müvəqqəti nikaha girin. Əgər bu da alınmırsa onda enerjili qidalardan az istifadə edin.
Sual: Sualı ünvanladı Emin: esselamun aleykum ve rehmetullah cenabet quslu vermemis sexs oruc tuta bilermi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oruc üçün qüsl vermək vacibdir.
Sual: Sualı ünvanladı Anar: Salam.ged-gel.45km,a süpe etsem namazimi qerir ya bütöv qilmaliyam.minnetdaram
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəkk halından çıxın, dəqiqləşdirin. Dəqiqləşdirənə kimi orucu açmayın.
Sual: Sualı ünvanladı Aynur: Salam.Eger bir shex ramazan ayinda cenabetli olub subh azanina qeder yatib qalsa ve qusl ala bilmese,bu shexsin vezifesi nedir?Orucu batildirmi?qezasimi var yoxsa keffaresimi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər yatanda bu niyyətlə yatsa ki, qalxıb qüsl alım-amma qalxa bilməsə, onda orucu batil olmaz. Yox əgər bu niyyətlə yatsa ki, qalxmayacam, onda orucu batil olar və boynuna kəffarə gələr.
Sual: Sualı ünvanladı Kənan Hüseynov: Salam eger bir nefer ne vaxt heddi buluga catdigini bilmirse o vaxtdaki qilmadigi namazlarin oruclarin hokmu nedir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər risalədə qeyd olan əlamətlərin heç biri ilə haçan həddi-büluğ olmasını bilmirsə, onda hicri-qəməri təqvimlə 15 yaşını hesablasın və həmin vaxtı ölçü götürsün.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam. Ata üzrsüz səbəbdən oruc tutmur. Nəhy əz munkər edilib, faydası olmayıb. Övlad və ya xanımı onun və onun əmri və məcbur etməsi ilə evə gələn qonaqların süfrəsini hazırlaya bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu yerdə siz valideynə itaət etməyə bilərsiz. Amma görsəz ki, həyatınız darma-dağın olur, onda sözünə qulaq asın. Lakin bu şərtlə ki, bu işdən son həddə narazı olduğunuzu ona anladın.
Sual: Sualı ünvanladı Mirhafiz: Assalamun eleykum.Cox sagolun ki buna qeder verdiyim suali cavablandirdiniz.Minnetdaram ALLAH razi olsun Sizlerden.yene bir sualim var,mutede vaxt mehriyye ve hansi ki oxunulan dua esas meselelerden biridir.Men faydalandigim qadina (kitab ehli xristiandir) mutenin ne oldugunu onun dilinde anlatdim ve raziligini verdi amma duani oxuya bilmedi.mehriyyesini de verdim.vaxt teyin olunmasini istemedi ona gore ki bir yerde yasamagimi istedi ve mende razilig verdim ve mutenin qaydalarina emel edir.Faydalandigim qadin mene halal sayilirimi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müddət təyin edin. Razılaş ki, on illik oxuyuruq. Amma bu o demək deyil ki, on il sonra hökmən ayrılmalıyıq. Yəni istəsəz ikinci 10 ili oxuyarsız.



Əgər xanım özü deyə bilməyibə vəkalət versin və bir nəfər onun əvəzindən bu sözləri desin.
Sual: Sualı ünvanladı Anar: Salam.paltara sidik deymese ayaq üste bayra cixmaq olar ?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əsas sidik məxrəcini yumaqdır. Ayaq üstə də sidik məxrəcini yuya bilsəz, onda ayaq üstə sidiyə getməyinizin müşkülü yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.men bir yere gedirem amma hemen mekanin gedis gelisi 45 kq, olmasina sekk edirem onda namazlarimi qesir qilmaliyam ya bütöv.tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tez bir zamanda şəkk halından çıxın. Araşdırın və yəqinə çatın. Şəkk halından çıxana kimi müsafir deyilsiz. Orucu tutmalısız.
Sual: Sualı ünvanladı Elvin: Salam.baqişlayin narahat edirəm . Azərbaycanda kimə etimad göstərəy ağanın nümayəndələrinnən kim var burda? Xumsu kimə verək?.xaiş edirəm cavabı e-mail adresə göndərəsiz.yəşəkkür edirəm
Cavab: Salam. Təqvalı bildiyiniz ruhanidən məsləhət alın.
Sual: Sualı ünvanladı Mustafa: Salam,3-4 gün olar ki,dişlərim qanayır.orucuma nece tesir eder?bilmədən qanı udmaq orucu pozurmu?orucu saxlıyıb müalice almalıyammı?əvvəlcədən sağ olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilmədən udsa batil etməz. Bilərək olsa batil edər. Birdə ki, o qədər az olsa ki, ağız suyunda itsin, onda bu ağız suyunu udmaq batil etməz.
Sual: Sualı ünvanladı Ceyhun: salam bankdan pul goturmek haramdir ya yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəxsi bankdan olmaz. Dövlət bankından olar. Amma niyyət belə olmalıdır ki, bu pul ağa tərəfindən sizə verlib.
Sual: Sualı ünvanladı Hafiz: Men uzun rusiyada yasayiram ve inşaallah namaz ve oruclarimada emel edirem lakin evli olmadığım ucun xristian dininden olan bir qizla hansiki islam dinine hormetle yanasir ve lakin dini xristiandir muveqqeti kebin Mute etmek mecburiyetinde qaldim ve mutenin ne oldugunu onun dilinde basa saldim ve razilig verdi ve bu qayda qanuna riyaet edir.Agaya sualim budurki bu hal mumkundurmu.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, kitab əhli ilə bu nikah olar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı