Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mirkənan: salam əleykum.seyidlərin məqamı və fəziləti haqqında məlumat verin. və onların başqa insanlardan üstünlüyü nədədir?. seyidlərə nəzir vermək düzgündür?
Cavab: Salam. Sual mövzumuza aid deyil. Əgər fiqhə aid nəsə soruşsanız cavab verərik.
Amma onlara nəzir verməyin düzgün olub-olmamasını bir neçə gün sonra elə burdan oxuya bilərsiz.
Ayətullah Sistani-dəftərxana: Əgər Seyyyidin şəxsiyyətini alçatmazsa eybi yoxdur. Yəni çox kiçik məbləğ olmaz.
Sual: Sualı ünvanladı Elşən: Suali unvanladi Elsen:menim iwlediyim yerde uzur isteyirem,ayaq yolu yoxdur,bir gorunmeyen yer var ordada oturaraq sidiqe getmey olmur cun ki qapi yodur.men eyaq uste gedirem ve yuyuram.bunun duzgun olub olmamasini sizden xahiw edirem.suala gore uzur isteyirem.
Cavab: Salam. Mərcei-təqlid seçməmisiniz. Lütfən bu sualı kopyalayıb yenidən ünvanlayın və mərcei-təqlid seçin.
Biz özümüz bir mərcedən cavab aldıq: Ayətullah Sistani-dəftərxana: Düzgündür. Amma məkruhdur.
Sual: Sualı ünvanladı Elşən: Salam. Biz bilirikki Sistani Aganin doymeye icaze verib. Cox adam dediki bu doyme yeqin 10-15 gunluk doymeler ucundur. Omurluk doymeler ucun deyil. Sualim beledirki Aga Sistani omurluk olan doymelere icaze verib yoxsa 10 gunluk doymelere? Allah sizleri qorusun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş haram deyil.
Sual: Sualı ünvanladı Ceyhun: Salam. Zehmet olmasa diye bilersiz Mubarek Ramazan ayi 18 baslayib ya 19 baslayib.
Cavab: Salam. Bu sualı ağanın Nəcəf ofisinə yazınız.
Sual: Sualı ünvanladı Qasim: Salam ozum evliyam va siga edirdim. Axundun biri minbardan dediki bela wia olar evli ola ola siga duasi istiyir mandan sigani subay adam eliyar. Man bu sozdan sonra sigaya tovba etdim artig neca illardi. Buyaxinda ewidmiwamki hela hamin axundun agzindanki siga halaldi evli adamda siga eda bilar... Man neynamaliyam
Cavab: Salam. Bütün mərcei-təqlidlərin nəzəri: Müvəqqəti nikah hər bir kişiyə halaldır. İstəyir kişi evli olsun, istəyir subay. Fərqi yoxdur.
Sual: Salam. Ayətullah Sistani-dəftərxana: Assalamun Aleykum.
Size bir sualim var.Imsak vaxti imsak elemisem.Subh namazimi qilmisham.Sonra seher saat 05.45 de yuxuda olarken Cunub olmusham.Ele bildim orucum batil olub.Ondan sonra da siqaret cekmishem.Indide saat 09.00-dur.
Bu veziyyetde men ne etmeliyem.Orucum batildir ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunu biləndən sonra heçnə yemirsiz-içmirsiz. Ramazandan sonra 1 gün qəza edirsiz.
Sual: Sualı ünvanladı Əsədulla: Salam eleykum.Hedislerde varki Imam Zaman aga (e.f) Insallah Novruz bayraminda Zuhur edecek bu hedis dogrudur?
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Ulkər: Salam. Allah sizlere yar olsun. men bu seher yatanda derim quru oldugu ucun elime krem cekdim. Sonra yatmadan once telefonda oyun oynuyurdum ve uzumu elime dayamisdim ve bir anliq kremin qoxusunu ve tamini hiss etdim. usaq kremi oldugu icin bir az aciligi vardi. o acini hiss etdim agiz boslugumda. once ehemiyyet vermedim udqundum ama narahat olub bi defe tukurdum. orucum pozulmayib ki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilmədən olubsa eybi yoxdur. Orucunuz düzdür.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): menim kebinim var idi ama yoldasim eseblesib cirib indi biz aileliyik bunun gunahi varmi men ne etmeliyem tezden kebinmi etmeliyikmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kəbin yerindədir. Təzə kəbin lazım deyil.
Sual: Sualı ünvanladı Tural: Salam namaz qlan adamin elinde xna destnamaza mane olur?
Cavab:
Salam. Ayətullah Xamenei-dəftərxana: Özünü yuyun, qalan rəngi dəstəmaza mane deyil.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Kvas içkisi şərab sayılır?
Onun tərkibində Çörək,Üzüm,Kişmiş,Şəkər olur
Onu qaynar suda bir gün qaynadılr, üzüm suyu qaynıyandan sonra şərab hesab olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qaynayan üzüm suyunun üçdə biri qalmalıdır. Üçdə ikisi buxar olmalıdır. Əks halda onu içmək olmaz.
Sual: Sualı ünvanladı Ruqeyya: Salam: 1) Eger bir insan and verseki men 1 il ne yesem coreksiz yeyecem ve oruc tutsa iftarda corek yemese bu gunah sayilar? 2)Horumcek oldurmek gunahdir deyirler men onu gormeden ustune su tokdum amma sonra cixarib heyete qoydum ama yasamadi indi men gunah elemisem? bagislayin 1 den cox sual verdim Cavablandirdiginiz ucun cox sagolun Allah sizleri qorusun
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana:
1.Bu iş düzgün deyil.
2.Günah deyil.
Sual: Sualı ünvanladı Vəfa: Salam Men 4aylıq hamiləyəm mende qanaxma olmusdu indi qanaxma tam yoxdu hergun azca azca olur bele halda namaz qilmaq olarmi?buna gore mualice olunuram heleki tam kecmir Burda sorusmaga hec kimim yoxdu bilmirem neyləyim Cavablandirsaniz cox sevinerem Zehmet olmasa cavabi email adrese gonderin cunki herkesin oxumagindan utaniram ne qederde olmasa şəxsidi Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin qanda heyzin əlamətləri varsa ona heyzin hökmü şamil olur. Yox heyzin əlamətləri yoxdursa, onda istihazənin hökmlərinə əməl etsin.
Sual: Sualı ünvanladı Mustafa: Salam mute eliyerken oqlan qizin raziliqi ile özü kese biler : oqlan her qiza evlenmek meqsedi ile baxa biler: birde aftobusta gedende qiz ozu oqlana toxunur oqlan neynesin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1. Bəli.
2. Ləzzət qəsdi olarsa haramdır. Amma ləzzət qəsdi olmazsa evlənmək üçün bir davamsız baxışın eybi yoxdur. Həmçinin "evlənmək" niyyəti icazəli kiçik bir baxışdan sui-istifadə olarsa bu iş haramdır. Baxmaq olmaz.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Kişi kişi məclisində, Qadın qadın məclisində rəks edə bilər?
Şəriət rəksə hansı hallarda icazə verir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişinin oynaması haramdır. Qadın oynaya bilər. Əri üçün və ya qadın məclisində. Bu şərtlə ki, o məclisə rəqs məclisi deyilməsin. Rəqs məclisi deyilərsə haram olur. Həmçinin oynaq musiqi olarsa yenə haram olur.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Əhli sünnətə iqtida etmək olar?
İmam camahatın şərtlərini nəzərə alaraq, 12-imam şiəsi olmalıdı və sair şərtləri.
Zəhmət olmasa
Ayətullah Xamenei Ayəyullah Sistani Ayətullah Məkarim Şirazinin
Fətvasına əsasən cavab yazın
Cavab: Salam. Ayətullah Sistani və Ayətullah Xamenei-dəftərxana: Zərurət olarsa onda olar. Əks təqdirdə yox.
Sual: Sualı ünvanladı Nahid. Salam əleykum
Camahat namazının sırasında bir-iki yaxuda üç nəfər sıradan çıxsa qalanlarının namazı düzdü?
Onların çıxmağına baxmayaraq imama bitişiklik var.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Düzdür.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
"İnna ənzəlna" hansı sürədi... adı nədi?
Cavab: Salam. Qədr surəsi.
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Kafirin (kitab əhlindən olmayan) su içdiyi stəkanı, yemək yediyi qabı necə paklamaq lazımdır? 1dəfə suyu içinə doldurub boşaltmaq kifayətdir? ..çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üç dəfə suya çəkin.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Əba geyməyin, başa Əmmamə qoymağın, Araxçın qoymağın
Mənasi və fəziləti nədi
Bunlardan istifadə etmək kimlərə xasdı
Cavab: Salam. Sualınız mövzuya aid deyil. Əfv edin.