www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Mən neçə illər imiş namazımı Qiblədən 25 dərəcə sol tərəfə qılmışam. Mənim qıldığım namazlar hamısı batil olub?.. çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilmədən olubsa batil deyil.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum..Bizdə ateist şəxs qalırdı. Bir dəfə yaş əllə qapının dəstəyinə toxunmuşdu. Yadımdan çıxdı səhvən məndə yaş əllə həmin dəstəkdən tutdum sonra da həmin yaş əllə telefonumu götürdüm.. indi telefon murdar olub, bəs murdarlıq telefondan da ötürüləcək yoxsa ötürülmə bitdi?..çox sağolun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Telefondan başqa şeyə murdarlıq keçməz.
Sual: Sualı ünvanladı Tural: SALAM her hansi bir yerde, esyada, evde olan cadunu batil etmek ucun dua ve onun qaydalarini bize yazib gonderin.ONCEDEN TESEKKURLER.
Cavab: Salam.



Sayt tərəfindən: Bu iş üçün təqvalı tanıdığınız ruhaniyə müraciət edin.
Sual: Sualı ünvanladı Anar: Salam.sualim beledir ki, kimese demek olar su tök desdamaz alim?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar, amma məkruhdur. (Yəni bəyənilmir.)
Sual: Sualı ünvanladı Əli: 1).Salamualeykum sualim beledir deyirler ki tezeliycen qadinlara ziyarete gedmek haramdir?Bu dogrudurmu. 2).Evvellla ikinci sualma gore uzur isteyirem.Qadinin bir defeye uc veya daha cox dunyaya usaq goturmesi duzgundurmu? 3).Rejjisor ve yaxud aktiyor olmaq haramdir yoxsa olar? Suallarimizi cavablandirmaqiniza gore sizlere coxlu~coxlu minetdaram.Allah sizleri qorusun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1.Sizinyol.com saytında yazarlar bölməsində bu barədə məqalə var. Müəllif: Əşrəf Eyvazlı. Məqalənin adı: Hicabsız Zəvvar?! Məqalədə bu barədə bir qisim suallara cavab verilib. Digər bir qisim suallara da həmin məqalənin ikinci hissəsində cavab hazırlanacaq.



2.Mane yoxdur.



3.İslamın haram etdiyi nələrəsə yol verməzlərsə eybi yoxdur.



Sayt tərəfindən: Lütfən bir sualın daxilində yalnız bir sual ünvanlayın. Yoxsa qatışıqlıq düşür.
Sual: Sualı ünvanladı Anar: Salam.ayaqda ayaqqabi namaz qilmaq olar?tesekkür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir. Yalnız məcburi hal (çıxılmaz vəziyyət) istisnadır.
Sual: Sualı ünvanladı Anar: Salam. damini lato nerd haramdi?tewekkür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məntəqənizdə qumar aləti sayılsalar haramdır, sayılmasalar halal.
Sual: Sualı ünvanladı Anar: Salam.müveqqeti kebini iki teref oxumalidi hem kisi hem de qadin?kebinde oxunan duani xaiw edire bura yazin tapa bilmirem? tewekkül
Cavab: Salam. Bu şey bütün risalələrdə mövcuddur. Diqqətlə baxın. Kəbin oxunma qaydaları və ya müvəqqəti nikah və ya müvəqqəti kəbin ünvanını mündəricatda axtarın.
Sual: Sualı ünvanladı Araz: Salam aleykum. Namaz qilinan otaqda yari çilpaq qadin şəkilləri olarsa (qiblə istiqamətində deyil) namazin hökmü necədir? Allah ( c.c ) sizləri qorusun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazınız səhihdir. Lakin fikiriniz o şəkildə olmasın deyə digər yerdə namaz qılmanız məsləhətə uyğundur.
Sual: Sualı ünvanladı Anar: Salam.bunu qonsumun evezinden sual verirem ele bir veziyet yaransa iki terefin raziliqi ile müveqqeti kebin kesilmeden cinsi elaqede ola bilerler yeni molla kebini oxumasa razilasma yolu ile bunu icra etmek olar? ALLAH baqislasin.tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kəbinsiz olmaz. Lakin hər hansı bir səbəbdən bu kəbini mollaya oxutmaq istəməzlərsə onda özləri öz dillərində (Müvqqəti nikahın Azərbaycan dilində tərcüməsi) oxusunlar.



(Sayt tərəfindən: Əgər risalədə yazılan kimi ərəb dilində oxusanız daha məsləhətlidir.)
Sual: Sualı ünvanladı Anar: Salam.menim qeza namaz ve oruclarim var amma onu icra etmeye mende hal olmur fikirlesende ki bu qeder qezalarim var ümüdsüzlenirem mene cixis yolu deyin?minnetdaram
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onları qılmanız vacibdir.



Sayt tərəfindən: Bir dəftər ayırıb onu beş hissəyə bölün. Sübh, günorta, ikinti, şam və xüftən adlı beş hissəyə. Hər dəfə imkan edəndə bir namaz qılın və həmin namaza aid olan hissədə qeyd edin. Bir də müşahidə edəcəksiniz ki, namazlarınız tamamlanıb, inşallah!
Sual: Sualı ünvanladı Araz: Salam aleykum. 4il ərzində namazlarimin qiraəti düzgün olmuyub. Bu vaxt muddətində öyrənmək qabiliyyətim var idi ama məsuliyyətsizlik edib öyrənməmişəm.namazlarım səhihdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər dediyiniz kimidirsə onda namazlarınız batildir və təzələməlisiniz. Amma əgər bu mövzunu lazım olan kimi dərk etməmişdinizsə və məsələnin zərurətini sonradan anladınızsa onda namazlarınız səhihdir. Qiraətinizin səhih yoxsa qələt olduğunu müəyyən etmək üçün ərəb dilini bilən bir insana müraciət edin. Bu da ola bilər ki, siz əbəs yerə şəkk edirsiniz.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum Əgər namaz üstə biri mənə salam versə,məndə cavabın qaytarsam namaz batil olur? Eşiddiyimə görə salamın cavabını qaytarmaq vacibdir,amma namazın təqibatı var salam vermək namaza əlavə kimi sayılmır? Namazda qəsdən əlavə bir kəlmə demək namazı batil edir.bu işin hökmü qaydası necədi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bir nəfər otağa girib sizə salam verərsə onda sizə onun salamını almaq vacibdir. Lakin o necə salam veribsə sizdə eynən onun kimi salam almalısız. Salama cavabda onun salamından artıqını demək olmaz. Namazda qəsdən əlavə kəlmə namazı batil edir.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum ve rehmetullahi ve berekatuh.. 1. Zarafata yalan danismaq olar? 2. Indiki yahudiler, xristiyanlar pakdirlar? 3. Hem haram hemde halal satilan dukanda halal nese almaq olar?... Bagislayin sual daxilinde ariq sual veririk. Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1.Olmaz.

2.Allaha şərik qoşmurlarsa pakdırlar. Lakin şərik qoşsalar onlardan (murdar olmaları baxımından) çəkinmək lazımdır.

3.Olar.



Sayt tərəfindən: Bu dəfə eybi yox, amma çalışın bir sual daxilində iki üç sual göndərməyin. Çünki qatışıqlıq düşür.
Sual: Sualı ünvanladı Lale: Novruz bayramina dinde nece baxilir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pis baxılmır. Lakin, İslamla uyğunlaşmayan şeyləri tərk etməklə. Məsələn: Qonşuya qulaq asdıya getmək və digər bu kimi işlər.
Sual: Sualı ünvanladı Araz: Sualı ünvanladı Araz: Salam aleykum. Ata oğluna xumsu verilməmiş ev və torpaq sahəsi verib (irs olaraq deyil yəni ata həyatdadı) xumsun verilməsi vəzifəsi oğulun üzərindədirmi? Allah ( c.c ) sizlərdən razi olsun.
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Əgər imkanı varsa onda xümsü verməlidir. Yox imkanınız yoxdursa onda şəraitinizi bizə yazın və biz sizə hökmü deyək. Məsələn: Hal-hazırda eviniz var ya yox? Ev tikmək imkanınız necədir? 1 il ərzində tikə bilərsiz? Yoxsa 3-4 ilə? Bu kimi şeyləri bizə izah edin.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum....1. Uzu ulgucle qirxmaq kebire gunahlardandir? 2. Qeza namaz ve orucu olan adama iqtida etmek olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1-Üzü ülgüclə qırxmaq haramdır. (İstisnadır üzün kənarların qırxıb çənə ətrafında saqqal saxlamaq.)

2-Olar.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum Sualım belədi"ayaq yoluna getməyim qaydaları var,məsəl çün üzü qibləyə oturmağ olmaz.danışmağ məkruhdu v.s. Sualım bunnan ibarətdi"çimməyə dair hansı hökmlər var.günah yaxud məkruh,,
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu barədə olan kitablara müraciət etmənizi məsləhət görürük.
Sual: Sualı ünvanladı Araz: Salamun aleykum. Musiqi və içki olan toy məclisinə gedib ama ayri stolda oturmaq (dindarlar üçün başqa bir yerdə və ya otaqda yer ayrilirsa) caizdirmi? Allah ( c.c ) sizlərdən razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Fəsad məclisində iştirak haramdır.



Əgər sizə elə bir yerdə otaq ayrılsa ki, həmin məclisdən hesaba alınmayasız, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum Sualım belədi "Dəstəmaz alandan sonra əl kəsilsə,və ya əldə olan yaradan qan çıxsa dəstəmaz batil olur? Təzədən dəstəmaz almağ lazımdı yoxsa kəsilən yeri,qan çıxan yeri paklamağ kifayət edər,, "Qan çıxan yer dəstəmaz üzüvləri olmasa onda hökm necədir,,
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstəyir dəstəmaz üzvü olsun, istəyir olmasın, fərqi yoxdur, dəstəmazınız səhihdir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı