Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Sualım belədi"Namaz halında birinci,ikinci,üçüncü,vəyaxud ruku,səcdədə dəstəmazı batil edən şeylərdən biri baş verərsə bizim vəzifəmiz nəd.
Namazı həmən yerdə tərk edib təzədən qılmalıyığ?
Umumiyətlə namazı yarıda tərk etmək olarmı belə şeylərə görə,dəstəmaz batil olsa yaxudda səhfən danışsa.yoxsa bu iş günahdı. necə namaz tərk olunur,,
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz batil olursa bu o deməkdir ki, namaz kəsilməlidir. Yəni belə olan halda namaz davam edilmir və yarıda saxlanılır və yenidən qılınır.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Sualım belədir"Bir qız öz razılığı ilə,vəlisinin razılığı ilə bir oğlanla nişanlanıb kəbində kəsilib,bir müddət keçənnən sonra qız deyirki mən isdəmirəm həmə oğlanla ailə qurmaq.mərcəyi təqlidlərin hökmü budurki məcburi kəbin batildi.belə halda qızın razılığına fikir verməmək.onu məcbur eyləmək olarmı,əvvəldə razı olub sonra fikrini dəyişib belə halda kəbin batil olurmu,,
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əvvəl razı olub deyə kəbin düzgündür və qız artıq həmin oğlanın xanımı sayılır və təlaq ixtiyarı oğlanın əlindədir.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Sualım belədir"Şiələrə niyə Əli şiəsi deyillər
Peyğəmbər şiə olmayıbki?"
Cavab: Salam.
Sayt tərəfindən: Sualınız dəftərxanaya aid deyil. İki kəlmədə naqis cavab kimi deyə bilərik ki, Əli (ə) Peyğəmbərin (s) canişini elan olunduqdan sonra bir dəstə Əlini (ə) qəbul etmədi. Digər dəstə qəbul etdi. Qəbul edən dəstənin adı belə qaldı. Əlinin (ə) şiələri. Bu kəlməni İslam Peyğəmbəri (ə) özü həyatda olduğu vaxt da işlədib. Məsələn hədisdə buyurur ki, məndən sonra ümmətim 73 firqəyə bölünəcək. Onların içində haqq Əli (ə) və onun şiələri ilədir.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Sualım belədi"Vilayəti fəqih nədir,və kimə deyilir.
Müçtəhidin hökmü üstündü yoxsa vilayəti fəqihin.
Yoxsa vilayəti fəqih helə müçtəhidlərə deyilir,,
Cavab: Salam. Sualınız dəftərxanaya aid deyil. Biz özümüz bildiyimiz qədər sizə izah veririk:
Sayt tərəfindən: Vilayəti fəqih (Vəliyi-fəqih) o kəsdir ki, alimlər tərəfindən rəhbət kimi təyin olunur. Yaxud o İslamın bayrağdarı olur. Belə bir fəqihin hökmü bu məqama sahib olmayan fəqihin hökmü ilə baş-başa gələrsə və ikisindən biri seçilməli olarsa vəliyi-fəqihin hökümü seçilməlidir.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Sualım belədir"kişiyə,və qadına.
Naməhrəm olan otağda namaz qılmağ olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Fəsadı olmazsa, olar.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Sualım belədi"Naməhrəm kişi qadına namaz qılmağı,quran oxumağı örgədə bilərmi.yaxudda əksinə qadın kişiyə,,
Cavab: Salam. Ayətullah Xamanei dəftərxana: Fəsadı olarsa, olmaz.
(Sayt tərəfindən: Məhrəmdən örgənilməsi İslam dininə uyğundur.)
Sual: Sualı ünvanladı Anar: Salam.men dükana gedende emim mene qalbasa,qaviyeddin ve diger haramlari almaqi tapsirir onlari almasam xetrine deyir bu cür erzaqlari istifade etmirem basqalarina ala bilerem?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başqasına da ala bilməzsiniz.
Sual: Sualı ünvanladı Anar: Salam.serik haramdi aqam bu cür serik olmaqa icaze verir.men bir serikime pul verirem oda o pul ile ticaretle mewqul olur qazanci ikimizin raziliqi ile yari bölnür?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Halaldır.
Sual: Sualı ünvanladı Anar: Salam.aqac calamaq haramdi?tewekkül
Cavab: Salam.
Sayt tərəfindən: Sualınız aydın olmadı. Lütfən aydınlaşdırıb təkrar ünvanlayın.
Sual: Sualı ünvanladı Anar: Salam.qurani ürekde ve ya ahesde oxumaq hem latin hemde kilir elifbasi ile oxumaq quran oxumaq sayilir?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Latın və ya kiril ilə oxumaq caizdir. Lakin ürəkdə oxumağa oxumaq deyilmir. Tələffüz etməyiniz yaxşıdır.
Sual: Sualı ünvanladı Anar: Salam.nouruz bayraminda bayram namazi qilmaliyiq? damino,lato, nerd bunlardan hansin oynamaqi aqam icaze vermir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: "Novruz namazı" adlı namaz İslamda mövcud deyil. Sadalanan oyunlardan hansı biri qumar oyunu kimi məhşur olarsa (sizin məntəqədə) o haramdır. Qalanı halal.
Sual: Sualı ünvanladı Lamiya: Biz 17 ildi evliyik, 5ay evvel kebinimizin duzgun olmadiqini bildim, o vaxtlar namaz ehli deyildik, men yeniden eqd baqlamaq istemedim, amma mecbur qaldim. bawqa yolum yox idi, bu halda hokm nedi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Oxunan əqd düzgündür.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum. 1. Uzu qirxib cenede saqqal saxlamaq olar? 2. Bedene nakolka vurmaq olar? 3. Mugama qulaq asmaq olar? Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:
1-Olar.
2-Olar. Lakin başqa məzhəblərə mənsub olan şeyləri bədənə döydürmək haramdır. Həmçinin müqəddəs sayılan adları da bədənə döydürmək haramdır.
3-Haram məclislərə mənsub olmayan (daxilində fəsada çəkən sözlər olmayan) musiqilərə o cümlədən bu şərtə malik muğama qulaq asmaq olar.
Sayt tərəfindən: Bir sualın daxilində bir sual ünvanlayın. İki üç sual olarsa qatışıqlıq düşür. Əfv edin!
Sual: Sualı ünvanladı Lamiya: Salam, qadinin erine sevgisi, meyli olmasa. eri onu yataqda razi salmazsa talaq isteye bilermi? Gunahi boyukdumu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təlaq bəyənilməyən şeydir. Amma istəyə bilərsiniz. Yəni istəməyiniz günah dyeil.
Sual: Sualı ünvanladı Bəhruz: Salam aleykum Qaydasız döyüş haramdı? Çün ki şiə qardaşlar çıxırlar qaydasız döyüşdən mən də dinimi təbliq etmək üçün çıxmaq istəyirəm xaric və..s dinimi təbliq edim indi də gedirəm yarışlarım var biri deyir haram dı şiə qardaşlar deyir məşqul ol bilmirəm nə edim özüm də pis döyüşmürəm ona görə pis vəziyət dəyəm rəqibdən yarışın əvvəlin də və axrın da halallıq alsam olar? Xahiş edirəm kömək edin bu idmanı da buraxmaq istəmirəm.....
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işdə cana xətər var və haramdır.
DİQQƏT-DİQQƏT
Martın 5-nə kimi ünvanlanan bütün suallara cavab verildi. Saytın arxivinə diqqətlə baxsanız öz sual-və cavabınızı 100% tapacaqsınız, inşallah!
Sual: Sualı ünvanladı Şəhla: Salam Aleykum.Iki yaşında oğlum var.Adı Rehimdi.Bezi dindarlar Rehim ve Rehman adının insana qoyulmasının günah olduğunu deyirler.Ana kimi çox vicdan ezabı cekirem.Ne edeceyimi bilmirem.Xahiş edirem bu barede mene kömeklik gösterin.Müctehid olaraq Sistani ağanı seçmişem eger sizin üçün zehmet olmasa Ayetullah Xameneyi ve Ayetullah Fazil aganın da bu barede fikirlerini bilmek isterdim.Önceden teşekkür edirem.Allah emeyi ve eziyyeti keçen herkesden razı olsun.Allaha emanet olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Şahin: Mən şiə olsamda yaşadğm yer sünnidir. Mən məcburi nikahimi orda zahiri də olsa kesdirmeliyem. Mən heç kimin xəbəri olmadan təkcə özüm bilsəm, Şiə fiqhinə uyğun nikah etsəm olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ortada "icab" və "qəbul" varsa yetər. (Yəni siz istəyirsiz və xanım qəbul edirsə, bu yetər.)
Sual: Sualı ünvanladı Alim: Boynumda bilmirem nece vacibi secde var. Nece edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təqribi hesablayın və ən azına əməl edin. Məsələn 10 yoxsa 7 səcdə var deyib şəkk edirsiniz. 7 səcdə yerinə yetirin.
Sual: Sualı ünvanladı Elmar: Bəziləri yanimda bilərəkdən səcdə ayəsini oxuyur. Mənim həmin an şəraitm olmur secde edim. Cunki bu is tez-tez olur.mən secdeni etmesem gunahm var? Ne edim men?
Cavab: Salam.
Sayt tərəfindən: Bu sualı dəftərxanaya ünvanladıq, amma cavab ala bilmədik. Səbəb bu oldu ki, siz bizə şəraitinizi yazmayıbsınız. "Şərait" olmur sözünüzü izah edin.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum. 1.orucun keffaresini mescidin temirine istifae etmek olar? 2. Elleri olmayan adam teharet zamani ne etmelidi?... Allh sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:
1-Məscidə olmaz, fəqirə çatmalıdır.
2-Əlləri olmayan adama həyat yoldaşı bu işdə kömək edə bilərsə yaxşı olar. Həyat yoldaşı ona kömək etməzsə və başqa yolla mümkün olarsa onda həmin yolla bu işi görsün. Yox olmursa onda o halında namaz qılsın. Çünki üzrü var.