Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Adil: Salam. Mən Ayət namazının qəzalarını qılmışam. Amma hamısını qəza niyyəti ilə. Heç birini mafi zimmə niyyəti ilə qılmamışam. Sonradan bilmişəm ki, gərək bəzilərini mafi-zimmə niyyəti ilə qılaydım. (Şimşək və zəlzələ kimi).
Belə olan surətdə vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Əli-Əkbər: Salam agam menim bele bir sualimm var,,burada oxudum bele bir sual veribler oyun aletleri barede men evden bayira cixmayan bir insanam cemiyetden hec bir xeberim yokdur nece bile bileremki òlkemizin harasindasa kimse deminonu veya lati nerd kimi oyunlari qumar kimi istifade edir ya yok,,men òzum dostlarimla sadece eylence olsun deye oynuyuram hec bir wert kowmadan sadece eylence òcùn bele halda meni etdiyim haram sayilirmi ki men gezib bu barade arawdirmasan gunah sahibimi oluram.,, bu barede xeyiw ediremki sayt terefindede òz fikrinizi beyan edin yeni sizce bizim òlkemizde baki seherinde bu kimi oyunlari oynamag halal sayilirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şahmat oynamaq haramdır. Nərd oynamaq haramdır. Pulsuz olsa belə yenə haramdır. Qalan oyunlar qumar aləti kimi tanınmırsa onda oynamaq olar. Qumar ələti kimi tanınarsa onda pulsuz oynasaz belə yenə haramdır. Sizin vəzifəniz öz məntəqənizin ürfünə baxmaqdır. Yəni siz bütün məmləkəti gəzməli deyilsiz. Öz məntəqənizdə qumar aləti kimi tanınırsa onda haramdır. Əks təqdirdə halal.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Güləş haramdi? yeni Sistani ağanin haram buyurduqu idman növleri hanslardi?????
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cana zərəri olmayanlar halal, olanlar haramdır.
Sual: Sualı ünvanladı Nahid: Salamun əleykum
Saytda çalışanlara bir sualım var.
Sizə göndərilən şəri suallara hardan cavab verirsiz,risalədən yoxsa hədislərdən.
Biz müçtəhid seçim edəndə cavab hardan gəlir kitab xanadan.?
Zəhmət olmasa aydın cavab yazın
Cavab: Salam.
Sayt tərəfindən: Müctəhidlərin dəftərxanalarından. Yəni ofislərindən.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bir qadin aile qurmaq üçün öz gələcək həyat yoldaşını tanımaq üçün,onun şərtlərinə razılaşmaq üçün yaxudda hansısa şərtləri şərt etmək üçün.xanım tanımalıdı necə insan ilə ailə qurur sonra ailədə narazıçılıqlar olmasın.
Xanıma həmən naməhrəmlə danışmağa icazə verilir.?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Evlənmək üçün danışmaq icazəlidir.
Sual: Sualı ünvanladı Tale: Salam aleykum. sualima gore evvela uzr isteyirem muveqqeti kebin nece olur? duasi nece olur? Allaha peygemberimize islama iman getiren amma namaz qilmayan xanimla mute baglamaq olarmi? Allah xatirine suslimi cavablandirin.Allah razi olsun amin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə qadınla müvəqqəti əqd bağlamaq olar.
Sayt tərəfindən: Müvəqqəti əqdin hökmləri risalədə izahlı formada mövcuddur. Risalədən əldə edin.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum...1. Qeza namazi olan adama iqtida etmek olar? 2. Orta barmaga uzuk taxmaq olar?... Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:
1. Olar
2. Olar.
Sual: Sualı ünvanladı Toğrul: Siqe nece yasdan halaldi? Ve her vaxd etmek olarmi? Yoxsa cxlmaz vezyetde?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həddi-büluğ olan insan müvəqqəti nikaha girə bilər. Lakin nikahın öz şərtləri ilə.
Çxılmaz vəziyyət olsa da olmasa da müvəqqəti nikah halaldır.
Sual: Sualı ünvanladı Samir: salam.krantdan gelen axar suyu qaba tokub istifde etdikde az su sayilir?
2.Satici mali baha qiymete satib artiq pulu ozune goture haramdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1. Əgər qabın tutumu kürr su qədər olmazsa onda qlil su (az su) hökmündə olar. Amma əgər qabda olan su krantla əlaqəsini ksəməzsə, (yəni krant açıqdırsa) onda kürr suya bitişik olduğu üçün qabın içindəki su da kürr su sayılar.
2. Bəli, haramdır.
Sual: Sualı ünvanladı Qurban: Salam Aleykum Ve Rehmetullah Sualim seri mesele deyil men özüm azerbaycan vetendasiyam 11ildi dindaram.18yawim var Hormetli Ayetullah xamneyi aga cenablarindan isteyim budur ki mene Qumda tehsil almagima kömek olsun Allah xetrine sizden cavab gozleyecem Allah Razi olsun o agadan ve agaya salamlarimi catdirin
Cavab: Salam. Bizə e-mail adresi yazın və biz çalışarıq ki, sizə kömək etsinlər.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum
Ağanın rəyinə görə nərd-şahmat oyunları haramdı.
Sualıb belədi: bu oyunların haram olma məqsədini bilmək isdəyirəm
Cavab: Salam.
Sayt tərəfindən: Biz hökmlərin dəlillərini yaza bilmirik. Bu ictihaddır ki, Sistani ağanın özünə aiddir. Yəni bizlik deyil.
Sual: Sualı ünvanladı Əli: Salamu aleykum Nenem cavan vaxtinda qonaq gedir agzi oruc niyyet gunu 1 ci gun.Qonaq o gunu gucle onu yedirdir amma yedirden sonra deyirki qorxma bobali menim boynuma nenemin indi 67 yasi var narahatdir xais edir ki bu meseleni aydinlasdirasiniz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1 gün qəza orucu tutsun və kəffarə ödəsin. Kəffarə budur ki, imkanı varsa 60 acın qarnını doyuzdursun. İmkanı yoxsa 60 gün oruc tutsun. İkisindən birini etsə yetər.
Əgər 60 fəqiri doyuzdurmaq istəsə 60 fəqirin hərəsinə 750 qram buğda və ya un versə kifayət edər.
Sual: Sualı ünvanladı Nahid: Salam Əleykum
Ayaq yolunda yrə (unitaza) tökulən su üsdümə sıçrasa paltarımı dəyişməliyəm.
Ayaq yoluna (unitaza) bir neçə dəfə su buraxandan sonra ayaq yolu təmz-pak olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər unitazın içində nəcis olmazsa və ya əvvəl nəcis olub amma bu nəcisi kürr su aradan aparıbsa və ya qəlil su öz paklama qaydası ilə həmin nəcisi aradan aparıbsa onda unitazın daxilində olan su və ondan bayıra sıçrayan su pakdır.
Yox əgər unitazın daxilində olan suyun içində nəcis əlamətləri olarsa onda unitazın daxilində olan su və ondan bayıra sıçrayan su nəcisdir.
Sual: Sualı ünvanladı Nahid: Salam Əleykum
Sertifiqatı halal olan,amma rasiyada hazırlanan halah toyuqlar halaldı?
Rasiya musəlman ölkəsi olmadığına görə,sertifiqatı halal olmasına baxmayaraq,mən şək edirəm ki islam qaydalarına uyğun kəsilib.
Mənim vəzifəm nədir.?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yəqinə çatsanız ki, şəriətə uyğun kəsilib istifadə edə bilərsiz. Yəqinə çata bilməsəz onda istifadə olmaz.
Sual: Sualı ünvanladı Nicat: Salam aleykum....1. Facebookdan istifade etmek haramdir? Istisan hallar var? Varsa hansilardir? 2. Aganin verdiyi cihad fetvasi bizede aiddi? Bizede iraqa gedi doyusmek vacibdi? 3. Basa mes cekersen bezi vaxtlar aliniminda yuxari hissesin me eliyirem bilmeden bu destemazi batil edir?..... Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:
1. Haramdır. Təhqiqatçılara və dinin müdafiyəsi üçün yetərli məlumatı olan insanlar istisnadır.
2. Müsəlman ölkəsinə hücum olarsa və həmin ölkə kömək istəyərsə ora köməyə getmək dünya müsəlmanlarına vacibdir.
3. Bu sual aydın olmadı. Lütfən sualı təkrar və aydın yazın.
Sual: Sualı ünvanladı Əhliman: Sual: Sualı ünvanladı Ahliman: Mən tələbəyəm.Əlimə yetişdikcə dini kitablar alıram. Bunlardan bəzilərini elə olur ki bir il ərzində heç oxumuram.Həmişə lazım olmur. Amma bir yazı arasdırma və ya bir məsələ üçün mənə lazım olur. Bu halda mənə kitablardan bir il ərzində istifadə etmədiyim təqdirdə xüms düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1 il işlətməsəniz xümsü var. Bir dəfə xümsünü ödəsəz, daha o kitaba xüms gəlməz.
Burda mənə iki şey aydın olmadı. 1) Necə edim ki, yəni necə istifadə etsəm xüms düşməz. 2) Bilmirəm ki, neçə ildir o kitablar məndədir. Xümsü neçə ayırıd edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1. Kitabı aldıqda bir dəfə istifadə etsəz ona xüms gəlməz.
2. Təqribi hesablayın və ən azı icra edin. Məsələn 3 və ya 5 arasında şübhədəsizsə 3-ə əməl edin yetər.
Sual: Bu sualı səhufənizdə gördüm aydın olmadı mənə.
Sual: Bir yerdə camaatla birgə Ayət namaz qılınır. Mən də bilirəm ki, orda Ayət namazı qllınır? O namaza qoşula bilərəm? Fərz edək ki, mən namaza qoşuldum və sonra Qədr sürəsinin 4-cü ayəsini oxunmasından bildim ki, mən də 3-də qoşulmuşam.Belə olan halda mən namazımı necə davam etdirim? İzah edin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qoşulun, adi namaz kimi. Yəni qoşulmaq caiz olan yerdə hansı rəkətə çatsanız ordan davam edin. Onlar bitirsə siz qılmadığınız hissəni tək qılın. Eynən adi namalzar kimi.
Sual: Sualım budur ki, fərz edək ki, sualda qeyd olunan kimi 3-də qoşuldu namaza. Bu şəxs gərək iki ayəni də oxuyub daha sonra getsin rukuya. Camaat səcdəyə gedəndə bu da rukuya getməlidir ya o öz namazına davam etməlidir qaldığı yerdən? Yoxsa gundelik namaz kimi o təşəhhuddən sonra qalxıb davam etməlidir? Bu məsələni izah edin zəhmət olmasa.
Cavab: Salam.
Sayt tərəfindən: Siz yazan bizə aydın olmadı.
Sual: Sualı ünvanladı Şirxan: Salam aleykum mən Rusiyada işləyirəm işlədiyim yerdə donuz əti satılır burda işləmək olarmı və donuz əti olan yerdə namaz qılınlrsa duzgundurmu belə ki məcburən orda namaz qılınırsa
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz haram işlər görülən hissədə işləməsəz caizdir. Namazınız düzgündür.
Sual: Sualı ünvanladı Kərəm: Hansı idmanlara haram hökmü verlib və hansi idman məkruhdu?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Zərərli idman növləri haramdır. Məkruhu yoxdur.
Sual: Sualı ünvanladı Minurə: Salam..Men bilmek isterdimki qadina mehrem olan kisiler kimlerdi?emi dayi mehremdi.bes atanin ya ananin emisi dayisida mehremdi?birdeki heyat yoldawininda emisi dayisi mehrem sayilir qadina?
Cavab: Sualı ünvanladı Minurə: Öz əmi və dayınız məhrəmdir. Ata və ananın əmi və dayısı da məhrəmdir. Həyat yoldaşının əmi və dayısı isə məhrəm deyil. Digər məhrəmlər də var. Məsələn ata, ana və sair.