Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Adil: Sistani ağanın Azerbaycanda rəsmi numayəndəsi var? Xümsu Azerbaycanda kime verek? Bir ruhani var deyirlər ki guya odur numayende. Amma sizin sehifede var idi ki, Sistani ağanın Azerbaycanda numayendesi yoxdur? Biz kime muraciet edek xüms meselesinde? Nece edek? Zehmet olmasa yardim edin bize.
Cavab: Salam. Biz dəftərxana ilə maraqlandıq, Azərbaycanda olan nümayəndədən buranın xəbəri yoxdur. Nəcəflə əlaqə saxlayın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): salam aga dovlet menim torpagima vaucer verer men onu istifade etmeyib sata bileremi cavabiniza bawtan tewekurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qanuna zidd işlərin görülməsi caiz deyil.
(Qanunlardan söhbət gedərkən İslama zidd olan qanunlardan söhbət getmir.)
Sual: Sualı ünvanladı Elmin: Əgər 1 nəfər ölməmişdən qabaq boynunda cənabət qüsulu var imiş öləndən sonra məss meyyit qüsulu cənabət qüsulunu da pak edir?
Deyirlər ki, meyitin saçına əl dəysə , saçı saçına dəysə və ya dırnağı dırnağına dəysə meyyit qüsulu verməlidir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, pak edir. Xeyir, sadaladığınız yerlərdə qüsl vacib olmaz.
Sual: Sualı ünvanladı Hikmət: Salam. Mən boynumda qəza olan ayət namazlarını hesablayıb hamısını qılmışam. Amma hamısını qəza niyyəti ilə. Heç birini mafi zimmə niyyəti ilə qılmamışam. Sonradan mənə dedilər ki, gərək bəzilərini mafi-zimmə niyyəti ilə qılmaq lazımdır. (Şimşək və zəlzələ kimi). Mən o artıq o zaman qəzalarımı tamam etmişdim. Bir ikisi qalmışdı.
Belə olan surətdə vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təzələmək lazım deyil.
Sual: Sualı ünvanladı Nicat: Salamaleykum ve rehmetullahi ve
berekatuh... Sizden xahis edirem cavabliyardiniz ......................
Cavab: Salam. Bu sual, qəmə vurulması və digər bir neçə sual var ki, ixtilaf yaratmaq məqsədi ilə onlardan sui-istifadə olunur deyə cavablandırılmır. Əfv edin.
Sual: Sualı ünvanladı Tale: Salam Allah muctehidlerimizi dusmenden tagutdan qorusun amin. ekiz qardaslardan birinci dunyaya gelen namaz qilmir amma ondan sonra dunyaya gelen qilir namaz qilan qardas atasinin olumunden sonra qeza namazin qila biler?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazlar böyük oğula vacibdir. Amma bu namazları ikinci oğul da könüllü surətdə qılsa qəbuldur.
Sual: Sualı ünvanladı ilkin: Salamun aleykə
şəbeh üçün yəni xanım Zəhranın şəhadət anın gösdərmək üçün kişi qadın geyimində rolu apara bilər? Heç bir hərək danışıq etmədən. Səsi pərdə arxası canlamdırmaq şərti ilə qadın səsini.
qadının kişələrin içinə girməyi àlınmır ona görə bu üsuldan istifadə etmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişinin qadın paltarı geyməsinin və ya əksinin fəsadları var deyə olmaz.
Sual: Sualı ünvanladı Kamran: Salam Aleykum bir xanimla mute edilende xanimin babasi varsa babasindan (babasi yoxdur), atasi varsa atasindan icaze alinmalidir. İndi veziyyet beledir. Xanimin
valideynleri 4 ildi ayriliblar. Xanim 4 ildi anasiyla yaşayir.( Bu hissə olan xəcalətli hadisəyə görə sualın daxilindən silindi)...................... Bele olan teqdirde muteni nece etmek olar? Allah razi olsun
Təqlidim
Ayətullah Sistani ağayadır
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cavabınız ilk fürsətdə veriləcək.
Cavab: Əgər atası onları tərk edibsə və deyibsə ki, gedin mənim sizlə işim yoxdur. Gedin öz həyatınızı yaşayın. Bu o deməkdir ki, onların ixtiyarını özlərinə buraxıb. Belə olarsa onda edə bilər və ixtiyarı öz əlindədir. Yox əgər atası tərk etməyibsə və bu özü atasını tərk edibsə onda sualı təkrar yazın və hadisəni ətraflı izah edin. Biz cavab alaq.
Sual: Sualı ünvanladı Nahid: Salamun Əleykum
Belə bir sualım var: mən rassiyada yaşayıram burda heyvanların necə kəsildiyini bilmirəm.
Həmin heyvan ətindən yeməyə icazə var.
Mənim vəzifəm nədir.?
Zəhmət olmasa mənə bu işdə kömək edin
Bir sualımda var: halal adı ihə olan toyuq əti doğurdanmı halaldı.?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əti müsəlmandan alsanız halaldır. Məsihidən alsanız gərək yəqinə çatasız ki, islami qaydalara uyğun zibh olub. (Yəni başı kəsilib.) Yoxsa, yəni yəqinə çatmayacağınız təqdirdə istifadə etmək olmaz.
Sayt tərəfindən: Əgər yazılan "halal" kəlməsindən sizə yəqin hasil olursa ki, bu heyvan islami qaydalara uyğun kəsilib onda istifadə edə bilərsiz. Yəni "halal" yazılması mühüm deyil. Mühüm odur ki, yəqinə çatasız ki, doğurdan bu şey halaldır.
Sual: Sualı ünvanladı Baba: Qeyri müsəlman ölkəsindən gətirilən, hansı heyvana məxsus oldugu bilinməyən, bel kəmərini namazda taxmaq olar? Bəs namazdan qeyri hallarda necə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Nişan üzüyü qadın üçün zinət sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Orta həddə olarsa istifadə caizdir. (Diqqəti cəlb edən olarsa onda naməhrəm qarşısında istifadə olmaz.)
Sual: Sualı ünvanladı Mustafa: Bu sualı mən bir neçə müctəhidə göndərmişdim. Amma cavab gəlmədi. Yenə göndərirəm zəhmət olmasa cavablandırın.
Salam. Belə bir oyun var. Biz ona "Mafiya" deyirik. Oyun belədir; Bir neçə nəfər yığılır. Hərə bir nəfəri canlandırır.Məsələn,müstəntiq, mafiya,dinc əhali və s. Oyunda hamı özünü müdafiə etməlidir və gərək heç kəs özünü aşikar etməsin.Hətta özünü müdafiə yalanla da olsa ki, elə bu cürdür.Yalandan başqa bu oyunda digəri haqda sui-zənn də var. Məsələn biri digəri haqda sui zənn edir ki, görəsən mafiya, ya dinc əhali budur? Bunu da qeyd edim ki, hamı bir-birinin yalan danışmasını bilir və heç kəs bir-birinə orda etimad etmir. Və hamı bu qaydaları bilir və şərtləri qəbul edib oynayır. Yalan danışıb, özünü müdafiə etmək oyunun əsas şərtlərindən biridir. Bu oyun şəri cəhətdən halaldır? Axı zarafatla yalan danışmaq da olmaz. Həm də yalan danışmaq səbəb olar ki, insan getdikcə bu işə vərdiş edə. Bu oynun hökmünü bəyan edin
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Zarafata yalan danışmaq məkruhdur.
Sual: Sualı ünvanladı Mustafa: Bu sualı mən bir neçə müctəhidə göndərmişdim. Amma cavab gəlmədi. Yenə göndərirəm zəhmət olmasa cavablandırın.
Salam. Belə bir oyun var. Biz ona "Mafiya" deyirik. Oyun belədir; Bir neçə nəfər yığılır. Hərə bir nəfəri canlandırır.Məsələn,müstəntiq, mafiya,dinc əhali və s. Oyunda hamı özünü müdafiə etməlidir və gərək heç kəs özünü aşikar etməsin.Hətta özünü müdafiə yalanla da olsa ki, elə bu cürdür.Yalandan başqa bu oyunda digəri haqda sui-zənn də var. Məsələn biri digəri haqda sui zənn edir ki, görəsən mafiya, ya dinc əhali budur? Bunu da qeyd edim ki, hamı bir-birinin yalan danışmasını bilir və heç kəs bir-birinə orda etimad etmir. Və hamı bu qaydaları bilir və şərtləri qəbul edib oynayır. Yalan danışıb, özünü müdafiə etmək oyunun əsas şərtlərindən biridir. Bu oyun şəri cəhətdən halaldır? Axı zarafatla yalan danışmaq da olmaz. Həm də yalan danışmaq səbəb olar ki, insan getdikcə bu işə vərdiş edə. Bu oynun hökmünü bəyan edin
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:
Cavabınız bir neçə günə elə burada mövcud olacaq. İzləyin.
Sual: Sualı ünvanladı Anar: Salam.beyleqanda hz cergiz peqenberin e.qebirinde zincir var ora niyet edib desmal atillar bu düz eqide sayilir?tewekkül
Cavab: Salam.
Sayt tərəfindən: Sualınız mövzumuza aid deyil. Əfv edin.
Sual: Sualı ünvanladı Fuad: Salamu aleykum.Sualım belədir: Hansı yaşda olan .....
Cavab: Salam.
Sayt tərəfindən: Bu suallardan sui-istifadə olunur deyə cavablandırılmır. Əfv edin.
Sual: Sualı ünvanladı Nahid: Salamun Əleykum
Belə bir suaım var: Naməhrəm bir qızdan küçədə-yolda yaxud da telefon vasitəsi ilə hansısa bir iş barəsində danışa bilərəm.?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəsə fəsada yol açmazsa iş barəsində danışmaq caizdir.
Sual: Sualı ünvanladı Rauf: Salam .əri xəstə ( kişilik hissiyatı ) olmayan qadınla siğə etmək olar.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olmaz. Zinadır. Çünki onun əri var. Boşanarsa onda olar.
Sual: Sualı ünvanladı Anar: Salam.yaxinlarimizin sekillerini böyütdürüb evin divarindan asmaq olar?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz qılarkən qiblə istiqamətində şəkil olması bəyənilmir.
Sual: Sualı ünvanladı Səbuhi: Salam aleykum. Eger
imam camaat namaz esnasinda
burnundan qan acilsa, ne etmelidir?
Eger namazda temizlemek mumkun
olmasa, ya chox qan gelse ne
etmelidir? Eger namaz batil olsa
memumlarin vezifesi ne olacaq?
Mumkunse cavab yazin, xahish
edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qarşısı alınmaz olarsa İmam namazı kəsir və məmumlardan biri önə keçib həmin namazı davam edir.
Sual: Sualı ünvanladı Vüsal: Salam Aleykum. Qadınla ağız yoluyla (oral) cinsi əlaqəyə girməyin hökmü nədir? Haramdır yoxsa məkruh?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Spermanın udulması haramdır, olmaz, qalanı haram deyil.
Sayt tərəfindən: Məkruh olub-olmamasını bir neçə gün sonra elə burdan əldə edə bilərsiniz.
Cavabın davamı: Məkruh deyil.