www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Ceyhun: Salamun aleykum sualim budur Sistani aganin nezerine gore hansi qadinlarla muveqqeti evlilik etmek olar?barda iwleyen qizla ve yAxud pul qarwilignda goruwen qizla olarmi mute?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu iş fahişəliklə məhşur olan adamla olmaz, haramdır. Amma qeyri-məhşurə olarsa onda olar.



Sual: Sualı ünvanladı Kərəm: Hansi idman haramdi?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Başqa insanlara o cümlədən öz canına zərəri olmayan idmanlar halaldır. Əksi haram.
Sual: Sualı ünvanladı Anar: Salam.qolumu suyun altina tutub isladib sonra siqamaq olar.yeni diger elimnen su tökmesem olar desdamaz alarken?teskkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Nahid: Salamun Əleykum Belə bir sualım var: mən rassiyada yaşayıram burda heyvanların hansı yolnan kəsildiyini bilmirəm,dəqiq deyə bilmərəm Bismillahnan kəsilir ya yox. mənim vəzifəm nədir.? O heyvan ətindən yeyə bilərəm ya yox.?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ya müsəlmandan almalısız ki, onda halal olar. Əgər qeyri-müsəlmandan alsanız onda yəqininiz olmalıdır ki, İslam qaydalarına uyğun zibh olunub. (Yəni başı İslam qaydalarına uyğun kəsilib.)
Sual: Sualı ünvanladı Sadiq: Salamun Aleykum. Bəziləri Kərbəlanı Kəbədən üstün tuturlar. Bilmək istəyirəm bu nə dərəcədə doğrudur? Əvvəlcədən təşəkkürlər.
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayın, əfv edin.
Sual: Sualı ünvanladı Anar: Salam.aqam hansi oyunlari oynamaqa icaze verir?elbetde qumaralti olmadan.te$ekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kart oynamaq olmaz, haramdır. Şahmat idman oyunu sayılsa halaldır. Qalan oyunların hökmü budur ki, qumar aləti kimi tanınmasalar onda oynamaq olar.
Sual: Sualı ünvanladı Nahid: Salamun Əleykum. Belə bir sualım var: içki içən adam bir stakanda su içərsə həmən stakanda su içmək olar yoxsa olmaz.? Bunuda deyim spirtdən sonra bir neçə saat keçib,və spirtin üstündən bir neçə stakan su içən adamın ağzı təmiz olur.İşdiyi su onun ağzını təmiz edər? Zəhməti keçəh hər biribizə ov minnətdarlığımı bildirirəm Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Su içilən stəkan pakdır.
Sual: Sualı ünvanladı Zaur: Salamun əleykum. Rİsalədə gəlib ki, ehtiyati-vacib deyilən məsələlərdə ələmlik dərəcəsini gözləməklə, bu barədə qəti fətva vermiş başqa müctəhidə müraciət etmək olar. Mən Sistani ağadan təqlid edirəm. Mənə sabit olana əsasən, ələmlikdə sonrakı dərəcədə olan müctəhid də bu barədə ehtiyat-vacib buyurub. Bundan sonrakı dərəcədə hansı müctəhidin olduğunu bilmirəm. Fərz olunan halda, bu yerdə müctəhidlərdən hər hansı birinə müraciət edə bilərəm yoxsa ehtiyat etməyim vacibdi?
Cavab: Salam. Siz cavabınızı bir neçə gün sonra elə burda oxuya bilərsiz.



Cavab: Ələmliyi sübut olmayan, sadəcə elmli olması sizə məlum olan alimlərdən fətvası olana müraciət edə bilərsiniz.
Sual: Sualı ünvanladı Şamil: Salam eleykum bele bir oyun var adi Putulka cevirmece .. Putulkani cevirir siz Putulkanin bas hissesi kim terefe dusdu ona emirler verilir ..Meseln. 10 dene jim vur ve yaxud tanimadigin insanan saati sorus ve.s. bu kimi seyler ve yaxudda sualar verilir ... biz bu oynu telefon vasitesiyle oybuyuruq suallari ve emirleri telefon ozu verir bu oyunu oynamaq olarmi? Allah razi olsun .. etrafli yazssaz memnun olaram..tewekkur
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Digər insanlara maneəçilik törətmədən olar.
Sual: Sualı ünvanladı Nahid: Salamun Əleykum. Belə bir sualım var: Camahat namazlarina fikir vermişəm çox vax,2-ci rkətdə,fatihədən sonra Kovsər surəsini oxuyurlar,Kovsərin surəsinin.Fatiə surəsindən hansısa üstünlüyü,yaxudda fəziləti varmı? Zəhmət olmasa surələrin bir birindən fərqini yazın. Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tövhid surəsi Kövsər surəsindən daha fəzilətlidir.
Sual: Sualı ünvanladı Nahid: Salamun Əleykum Belə bir sualım var: Namaz qılmağa başlayan kimi (təkbirdən sonra yaxud da namazın ortalarında) burunda, bədəndə olan yaradan qan çıxan zaman,yaxudda qan axan zaman,bizim vəzifəmiz nədir. Namazı həmin anda tərk eləməliyik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üstünüzdə dəsmal varsa və ya hər hansı bir yolla qanın qarşısını ala bilsəz namazı davam edin. Yox qarşısnı ala bilməsəz onda namazı saxlayın.
Sual: Sualı ünvanladı Anar: Salam.üzür istiyirem ixtiyarsiz olaraq aletden bir iki, qiram siberma xaric olur en çox bu hallar böyük bayira çixanda olur bu hallard bonuma qüsul gelir?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu damcılarda sadalanan əlamətlər olmazsa onda sizə qüsl vacib deyil. Yəni sıçrayışla gəlməzsə, ləzzətlə gəlməzsə və bu damcılardan sonra bədən süstləşməzsə onda sizə qüsl vacib deyil.
Sual: Sualı ünvanladı Nahid: Salamun Əleykum.əvvəlki suallara cavab yazdığıvıza görə minnətdaram Allah razı olsun. Bir sualım var: mən kirayə bir evdə qalıram o evin ayaq yolusu üzü qibləyə dir.(oturanda insanın üzü qibləyə dayanır) Belə bir halda mənim vəzifəm nədir.?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İlk mərhələdə o ayaq yolundan istifadə etməyin. Mümkün olmazsa və onu söküb səmtini dəyişdirmək də mümkün olmazsa onda üzərinə kərpic kimi bir şey qoymaqla onu qiblədən sağa ya sola tərəf çəpləşdirin. Son nəticə budur ki, üzü qibləyə olmaz. Sadalanan yollardan istifadə edin və səmtini dəyişin.
Sual: Sualı ünvanladı Anar: Salam.hansisa debdebeli basdasin söküb sade birin qurmaq olar günah olmaski?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işi mərhumun varisləri görə bilər.
Sual: Sualı ünvanladı Elşən: Menim qeza namazim ola-ola gece namazi qila bilerem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Anar: Salam.men vacib namazlarin niyetin vacib qürbeten illellah deyirem vacib demeyim caizdir?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Caizdir. Lakin niyyəti dildə deməsəz də olar. Nə iş gördüyünüzü bilirsinizsə bu yetər.
Sual: Sualı ünvanladı Məryəm: salam. Allah razi olsun. menim ve yoldawimin komputer var. qaynim da bu iki komputerden istifade edir. ancaq topaz oyunlarinda futbol ucun pul qoyur ve bizim komputer vasitesike bunlari edir. biz indi ona haram iw gormekde komek etmiw kimi sayiliriq ama defelerle yoldawina demiwem ki bu iwle mewgul olmasin haramdi bizim vezifemiz indi nedir? ona komputerden istifade etmeye icaze vermeyek? ama ki biz qohumuq deyende pis olur biz evde qaliriq ama yoldawina Allaha xatir dedim ki istifade etmesin komputermizden eger yeniden istese komputeri vermeliyik ya yox? ama onu da deyim ki cahil biriridi bunlari haram saymir onceden tewekkur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sizin olan vəsiləni haram iş üçün kiməsə verməyiniz olmaz.



Sayt tərəfindən: Çalışın bu işi sizin yoldaşınız həll etsin. Adətən xanımlar belə işlərə qatışdıqda problem daha böyüyür.
Sual: Sualı ünvanladı Xatai: salam aleykum mənim sualım bundan ibarətdir qadınla arxadan yaxınlıq etmək olar ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş bəyənilmir. Lakin haram da deyil. Bu şərtlə ki, qadına zərəri olmasın. Zərəri olsa onda haram olur.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam Aleykum men deqiqleşdirmek istiyiremki heyz zamanı qılınmıyan namaz qeza sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, sayılmır. Qəzası yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.dualari zikirleri ve istivxari ürekde demek düzdü olar?tewekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazda zikr ürəkdə olmamalıdır. Adi vaxtlar isə ola bilər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı