www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam. sualım belədir. Məsciddə təşkilatı işlərə məsul olanbiri toyunda şərab verir və bunu valideyinlərinin təkidli tələbindən çıxmamaqla əsaslandırır. Yəni deyir ki, toyu edən valideynlərididir, buna görə də onların sözündən çıxa bilmir. Belə adam camaat namazında imam dura bilərmi, və yaxud məscidin işlərinə mükəlləf ola bilərmi. Ədalətli adam sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər tam məcbur olubsa ədalətdən düşməz. Yəni məsələn, atasına qulaq asmasaydı canı xətərdə idi. Yox əgər tam məcbur olmayıb, başqa bir yol var idisə, ədalətdən düşər və belə birinə iqtida etmək olmaz. Valideynin Allah hökmünə müxalif sözünə əməl etmək olmaz.
Sual: Sualı ünvanladı Sadiq: Salam aleykum.men her gun iwde oluram.cume gunleri ise cume namazlarina getmek imkanim olmur.yani hem mescid uzaqdadir hem de ki mudiriyyet dini movzulara ehemiyyet vermir.ama wukurler olsun vaxt namazlarini qiliram.cume namazlarina getmemek mene gunah sayilir?tewekkurler
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Günah deyil.
Sual: Sualı ünvanladı Anar: Salam.kalustuq haramdir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşğalı var.
Sual: Sualı ünvanladı Nərmin: Assalam aleykum ve rehmetullahi ve bereketuh. Xanimin babasi ve qaynatasi ona namehremdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, naməhrəm deyil, məhrəmdir.
Sual: Sualı ünvanladı Məryəm: Salamun eleykum Allah razi olsun emeyi kecek her kesden.sualim beledir.yoldawim menim yanimda demiwduki imwaallah oglumun 1 yawinda qurban keserem ama ustunden bir az kecenden sonra deyirki men ele bir soz vermemiwem men de deyirem ki demisen.indi bilmek isteyirem ki yoldawimin vezifesi nesir qurban kesmelidir yoxsa kesmemelidir?umumiyetle qurbanligi bele niyyetlerle kesmek olar yoxsa yalniz Allah ucun niyyet edilmelidi.mesel ucun.biri niyyet edirki filan iw duzelsin qurban keserem bu niyyet duzgun.sayilir? onceden tewekkur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər məxsus nəzr siğəsini oxumayıbsa ona qurban vacib deyil.
Sual: Sualı ünvanladı İlqar: Musəlman olkələrdə istehsal olunan kolbasalarin uzərinə halal sozu yazilaraq satilir.Amma o kolbasalarin əti digər olkələrdən(Hindistan kimi) də gətirilir.Yeyəcəyimiz kolbasanın tərkibindəki ətin musəlman və ya digər olkələrdən(Hindistan kimi) gətirilərək və bizə də bunun şəri qaydalarla kəsildiyi məlum olmadigi halda bizim o məmulatlardan istifadə etməyimizin Aga Xamenei, Sistani və Lənkərani mubarəklərin nəzərinə əsasən hokmu necədir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstifadə etmək olar.



Sayt tərəfindən: Digər iki mərcənin də nəzəri belədir.
Sual: Sualı ünvanladı Anar: Salam.desdamaz alanda danismaq olar pozulmurku?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir pozulmur.
Sual: Sualı ünvanladı Şahin: Allahim salami olsin sizlere.men shiye mesebindeyem.Bilmek isteyiremki mem ehli sune mehsebi olan qardashimin dostumun arxasinda cammat namazi qila bileremi?ona iqtida ede bileremi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz. İstisnadır təqiyyə. Birdə ki, arxasında durub fürada niyyəti ilə qıla bilərsiz. Yəni təqiyyə zərurət olmasa belə, bu cür (fürada niyyəti ilə) qılmaq olar.
Sual: Sualı ünvanladı Şahin: Salamin Eleykum .Men şiye mehsebindenem Ehli sunne qardshimin arxasinda cammat namazi qila bileremi?Ona iqtida ede bileremi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz. Təqiyyə istisnadır.
Sual: Sualı ünvanladı Əbəlfəzl:Salam. Vilayəti....
Cavab: Salam.



Sayt tərəfindən: Bu sualdan sui-istifadə olunur deyə cavablandırılmır.
Sual: Sualı ünvanladı Əbəlfəzl: Salam. Adil sunni imama iqtida edib arxasinda namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyir, olmaz. Təqiyyə istisnadır.
Sual: Sualı ünvanladı Əbəlfəzl: Salam. Qəmə vurmaq caizdirmi?
Cavab: Salam.



Bu sualdan sui-istifadə olunur deyə cavablandırılmır.
Sual: Salamun əleykum. Əhli-sünnət qazısı hilalın (yeni çıxmış ayın) görünməsinə dair hökm verərsə, həcc mərasimində bizim vəzifəmiz nədir? Halbuki, şiənin nəzərində hilalın görünməsi ya şübhəlidir, ya da onun əksi sübuta yetmişdir. Təqlidim Ağa Vəhid.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər ehtimal versə ki, düzgündür, onda düzgün hesabındadır. Əgər dəqiq bilsə ki, düzgün deyil onda gələn il təkrar etsin. (Əlbəttə bu şey o yerdədir ki, düzgün olmamağı bildikdən sonra həmin vəziyyətdən çıxa bilmir.)
Sual: Sualı ünvanladı Rehim: Salam aleyküm . Sual gondermısdım (qeybetini halallıq haremde))onun cavabını vermeyı artıq derecede xaiş edrem.. Men( uzr istiyirem bu ifademe göre)) men subh namazına durarken cenabetlı olmasam ve namaz qılmamısam (subh caxı ıcaze vermırler cımmeye)) men gulun qabında(dıbcekde) olan torpaqla Teyemmüm Ede bıleremmj..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər həmin torpaq pakdırsa, onda olar. (Yəni murdar deyilsə)
Sual: Sualı ünvanladı Şamil: salam eleykum.Men mektebde bir muellimemnen whatsapp sosial webekesi ile yazisiram herden ders hakda herde de semimi sohbet edirik.Muellimem xanimdi ve ailelidi.Bilmek isteyirem bu haramdi ya yox.Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Günaha düşmək ehtimalı olan işlər haramdır. Bu işdə də günaha düşmək ehtimalı var. Ümumiyyətlə naməhrəmlə lazımsız söhbətlərdən pəhriz edin.
Sual: Sualı ünvanladı Anar: Salam.namazin sonunda sükür sejdesin nece edilir basi möhre qoyub sükran billah demeliyik ya sükran illah demeliyik ve neçe defe demeliyik?ALLAH SIZI PENAHINDA SAXLASIN
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şükrən lillah.
Sual: Sualı ünvanladı Toğrul: Salam aleykum. Adim togruldu. .....
Cavab: Salam.



Sayt tərəfindən: Bu məsələlərdən sui-istifadə olunur deyə cavablandırılmır. Amma ümumilikdə bunu bilin ki, bu şey Əhli-sünnə məzhəblərində də mövcuddur.
Sual: Sualı ünvanladı Fazil: Kəffarənin pulunu hesablayıb onu dini hövzələrdə təhsil alan tələbələr üçün xərcləmək vəya o pulla onlara yemək vermək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər özünə münasib işi olmasa, vermək olar.
Sual: Sualı ünvanladı Məhəmməd: Heyvanı kəsərkən öz ana dilimizdə, bismillahın tərcüməsini deyə bilərik? Məsələn; Allahın adı ilə, Allahu Əkbər, və bu kimi zikrlərlə heyvanı kəsə bilərik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ərəb dilində deyin.
Sual: Sualı ünvanladı Daşqın: Həddi büluğ olmayan şəxs toyuq və digər heyvanları kəsə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həddi-büluğ olmaq buna şərt deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı