Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Etibar: Bir satıcı ki malında eyib var.Alıcıya deyir ki, sən özün bax. Alıcı da baxır.Amma eybi tapa bilmir.Çünki mütəxəssis deyil ki bilə hansı telefon,hansı kömpüter yaxşıdır. Nə qədər də baxsa başı çıxmaz.Yanında da heç kim yoxdur ki ona bu barədə məsləhət verə. Belə şəraitdə satıcıya vacibdir ki, malın eybini desin?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sizdən soruşulsa vacibdir deyəsiz. Əks təqdirdə, özü baxıb seçirsə eybi yoxdur.
Sual: Sualı ünvanladı Fazil: Bir qadını razı olmadığı halda ərə versələr, və bu izdivacdan uşaq dünyaya gəlsə və daha sonra qadın görsə ki, daha bu işlər baş verib,uşaq da dünyaya gəlib- çıxış yolu olmadığından çarəsizlikdən razı olur. Belə bir halda onlar zina etmiş hökmdədirıər və onlar bir-birlərinə əbədi haram olurlar? həmin uşaqlar halalzadə olur? Onların talaq məsələsi var? Yenidən əqd oxunmalıdır? Bu məsələni bizə izah edin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olduqda əqd batildir. Ama övlad da haramzadə sayılmır. "Vəty şübhə"dən sayılır ki, haramzadə deyil.
Sual: Sualı ünvanladı Rəhim: Salam aleyküm...qeybetini etdıyım şexsın eybını (xasiyetini)biri bilse ve men hrmın o bilen adama desem qeybet hökmünden sayılarmı.. BIrdekı halallıq almaqa utandıgda ne etmelıyem..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sırf qeybət baxımından qeybət hökmündə deyil. (Amma bəyənilən iş də deyil.) Halallıq almaq üçün özünə demək lazım deyil. Qeybətini etdiyiniz adamın əvəzində istiğfar edin.
Sual: Sualı ünvanladı Anar: Salam.desdamazda üze su cirpandan sonra yuxaridan asaqiy neçe defe siqamaq lazimdir?2qurani nece tapsirirlar?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Lazım olan qədər. İfrata gedib vasvasıçılıq etməyin. Quran tapşırmasını dua kitablarından əldə edin. Xüsusi bir duası var.
Sual: Sualı ünvanladı Araz: Bir yerdə camaatla birgə Ayət namaz qılınır. Mən də bilirəm ki, orda Ayət namazı qllınır? O namaza qoşula bilərəm? Fərz edək ki, mən namaza qoşuldum və sonra Qədr sürəsinin 4-cü ayəsini oxunmasından bildim ki, mən də 3-də qoşulmuşam.Belə olan halda mən namazımı necə davam etdirim? İzah edin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qoşulun, adi namaz kimi. Yəni qoşulmaq caiz olan yerdə hansı rəkətə çatsanız ordan davam edin. Onlar bitirsə siz qılmadığınız hissəni tək qılın. Eynən adi namalzar kimi.
Sual: Sualı ünvanladı Asim: Mən tələbəyəm. Qaldığım yataqxanada otaqda yer az olduğundan, dini kitabları və dərs kitablarımı məcburən yatdığım yerin (kravatın) altına yığıram. Və onun üzərində yatıram, otururam. Bu iş caizdir?
Cavab: Salam Ayətullah Sistani-dəftərxana: Caizdir.
Sual: Sualı ünvanladı Akşin: Salamaleykum! 1.sefer zamanı namazlar nece qılınmalıdır? 2. Müveqqeti nigah kesilerken qadının iştekı vacibdir ve ümumiyyetle nigahın prosesi ne cür olur? ALLAH sizden razı olsun!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sübh namazı olduğu kimi qaılınır. Zöhr, əsr və xüftən namazları yarı azalır və ikinci rəkətdə təşəhhüddən sonra salamı deyib namazları tamamlayırsınız. Şam namazı isə olduğu kimi qalır.
Qadın iştirak etməsə də olar, vəkalət versə yetər.
Ümumiyyətlə, bu nikah üçün risaləyə müraciət edin, ətraflı əldə edin.
Sual: Sualı ünvanladı Şahin: Parça üzərində sapla işlənmiş heyvan və insan şəkli olsa, belə bir yerdə namaz qılmaq yenədəmi məkruhdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, məkruhdur.
Sual: Sualı ünvanladı As: Məntəqəmizdə adət belədir ki, biz bir ay ərzində dükan bazardan alver edirik. Ayın sonunda pensiya gəlir və borcumuzu veririk. Bəzən pensiya bir neçə gün gecikir.Bu cür müamilə düzdür?
Cavab: Salam.
Sayt tərəfindən: Bu sual dəftərxanalıq deyil. O bir neçə günün halallığını sizə nisyə mal verəndən alın.
Sual: Sualı ünvanladı Sahil: Bir nəfər bilsə ki, qız evinə desə mənə toy üçün gümüş üzük al, alarlar.Amma o demir.Buna xatir ki, sonradan o qızıl üzüyü pula çevirib satıb pulunu alsın. Bu düzdür?
Cavab: Salam.
Sayt tərəfindən: Bu sual dəftərxanalıq deyil. Biz sizə məsləhət görərdik ki, bu işi görməyəsiz. Nişan üzüyü bir xatirədir deyə, onu satmağınız söz-söhbət yaradar. Gümüş üzük alıb, onu taxsaz yaxşıdır.
Sual: Sualı ünvanladı Ad: Heyvanı kəsərkən nə deyək?
1)Bismillahir-rəhmanir-rəhim
2)Bismillah.
Hansını desək düz olar?
Bəziləri deyir ki, rəhman və rəhim demək olmaz. Çünki heyvana rəhm etmirsən.İzah edin zəhmət olmasa
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İkisidə düzdür.
Sual: Sualı ünvanladı Faiq: Bir qadın zorlansa və bakirələyi aradan getsə o daha sonra onunla olmuş və bakirəliyini pozmuş şəxslə evlənə bilər?Əgər bu iş (cinsi əlaqədə olmaları) öz ixtiyarı və ya məcburi olsa hökm dəyişir? O evlənmək istədikdə atasının və ya vəlisinin icazəsi lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bakirəlik zina ilə getdiyi üçün evlənməyə atanın izni lazımdır.
Sual: Sualı ünvanladı Qasim: Sual: Sualı ünvanladı Qasim: Kəffarə üçün verilən paltar təzə olmalıdır ya istifadə olunmuş geyinilmiş paltar da ola bilər?
Cavab: Salam.
Sayt tərəfindən: Bu şeyi haradan əldə etmisiniz?
Siz sualıma cavab verində. Bu sualı heç yerdən əldə etməmişəm. Sadəcə öyrənmək istəyirəm ki bu iş olar ya yox. Sistani
Cavab: Salam.
İslamda belə şey yoxdur. Olmaz!
Sual: Sualı ünvanladı Daşqın: Kəffarə orucum var.Xarici ölkədə Məsələn İranda yaşadığım müddətdə oranın pulu ilə hesablayıb kəffarəni vermək olar? Ya gərək öz əsl yaşadığım ölkəyə əsasən kəffarəni verməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məqsədiniz Ramazana aid kəffarədirsə, bəli, verə bilərsiz.
Sual: Sualı ünvanladı Ahliman: Mən tələbəyəm.Əlimə yetişdikcə dini kitablar alıram. Bunlardan bəzilərini elə olur ki bir il ərzində heç oxumuram.Həmişə lazım olmur. Amma bir yazı arasdırma və ya bir məsələ üçün mənə lazım olur. Bu halda mənə kitablardan bir il ərzində istifadə etmədiyim təqdirdə xüms düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1 il işlətməsəniz xümsü var. Bir dəfə xümsünü ödəsəz, daha o kitaba xüms gəlməz.
Sual: Sualı ünvanladı Baba: Boynumda 45 qəza ayət namazı var.Amma mən bilmirəm bunları hansı niyyətlə qılım.Çünki müxtəlif hadisələrə görə bu qəzalar olub.Niyyətimi necə edim? Sistani
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəza niyyəti ilə ayət namazı.
Sual: Sualı ünvanladı Qabil: Hovuz və dəniz kimi yerlərdə çimərkən qadın və kişilər şəri cəhətdən bədənlərinin hansı hissələrini örtsələr kifayət edər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın naməhrəm kişi olan yerdə kamil hicabda olmalıdır. Əgər məqsədiniz qadının qadın yanında, yəni qadınlara məxsus çimərlikdə çimməsidirsə övrətlər örtülsə kifayətdir.
Kişi də belədir. Yəni kişinin kişi yanında çimməsi üçün övrətlərin örtülməsi kifayətdir.
Sual: Sualı ünvanladı Əhməd: Salam. Belə bir oyun var. Biz ona "Mafiya" deyirik. Oyun belədir; Bir neçə nəfər yığılır. Hərə bir nəfəri canlandırır.Məsələn,müstəntiq, mafiya,dinc əhali və s. Oyunda hamı özünü müdafiə etməlidir və gərək heç kəs özünü aşikar etməsin.Hətta özünü müdafiə yalanla da olsa ki, elə bu cürdür.Yalandan başqa bu oyunda digəri haqda sui-zənn də var. Məsələn biri digəri haqda sui zənn edir ki, görəsən mafiya, ya dinc əhali budur? Bunu da qeyd edim ki, hamı bir-birinin yalan danışmasını bilir və heç kəs bir-birinə orda etimad etmir. Və hamı bu qaydaları bilir və şərtləri qəbul edib oynayır. Yalan danışıb, özünü müdafiə etmək oyunun əsas şərtlərindən biridir. Bu oyun şəri cəhətdən halaldır?
Axı zarafatla yalan danışmaq da olmaz. Həm də yalan danışmaq səbəb olar ki, insan getdikcə bu işə vərdiş edə. Bu oynun hökmünü bəyan edin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yalan danışmaq olmaz, günahdır. Zarafata olsa belə.
İstisnadır zərurət halı. Məsələn bir adamı öldürmək üçün axtarırlar və sən bilirsən ki, bu adam hardadır. Amma deyirsən bilmirəm.
Sual: Sualı ünvanladı Nara: Əgər bir nəfər bir qızın bakirələyini pozsa, öhdəsində hansı öhdəliklər var? Kəffarə ödəməlidir buna görə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri hakimə və ya onun nümayəndəsinə müraciət edin.
Sual: Sualı ünvanladı Rasim: Mən əvvəl sünni olmuşam.Amma orucumu uşaqlıqdan tutmuşam.Təkcə əsgərlikdə tuta bilməmişəm.Daha sonra şiə oldum.Şəri məsələlərə gücüm çatan qədər əməl etmişəm. Təzəlikcə oruc məsələlərimi oxuduqda gördün ki, bir çox şeyləri düz etməmişəm.Məsələn- Qəza oruclarım var ki, qalmışdı hələ də boynumdadır, neçə ildir qalıb, üstəlik bəzi işlər ki, qəza gətirir, kəffarə gətirir bilməmişəm.İndi də bilmirəm ki, nə qədər qəzam var nə qədər kəffarəm var.Mənim vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əvvəlki məzhəbin qaydalarına əməl edibsizsə, daha nəyisə təzələmək lazım deyil. Amma əvvəlki məzhəbdə olanda qəza qalıbsa, o qəzanı bu məzhəbdə yerinə yetirin. Təqribi hesablayın. Ən az və ən çoxun arasında aza əməl edin. Məsələn 10 gündür ya 15, dəqiq bilmirsizsə 10 günü bərpa edin yetər.