www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Asif: Bir nəfər bir müəssədə isləyir.Həcc mövsümündə bunun bütün şəraiti var.Amma müəssədən icazə vermirlər.Əgər getsə qayıtdıqdan sonra onu işə götürməzlər və qayıtdıqda işsiz qalar,İşi əlindən çıxar.Bu şəraitdə həccə getmək ona vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər "hərəcə" düşərsə onda getməsin. Yoxsa getməyi vacibdir. İşi əlindən çıxsa belə.



Sayt tərəfindən: "Hərəc" yəni çox çətinlik, dözülməz çətinlik.
Sual: Sualı ünvanladı Yaqub: Qadınların namaz qıldığı üstdə (yuxarıda) olsa,onların önündə də divar var.Yəni aşağı hissə görünmür.Bu halda namazlar düzdür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Düzdür!
Sual: Sualı ünvanladı Tahir: Bir oğlan var.Özüdə xanlmlığa daha çox meyl hiss etdiyi üçün cinsini dəyişdi. Fəqət cinsi alətini. Zahirən oğlandır.Küçədə normal kişi paltarı geydikdə heç bilinmir ki, bu xanımdır.Üzündə tük bitmir.İndi buna hicab taxmaq vacibdir? Saçıda normal kişi saçı kimidir.Özü deməsə heç kim bilməz bu kişidir ya qadın. Vəzifəsi nədir?
Cavab: Salam.



Sayt tərəfindən: Bu suala cavab verildi. Vəhid ağanın dəftərxanasından.
Sual: Sualı ünvanladı Tahir: Bir oğlan var.Özüdə xanlmlığa daha çox meyl hiss etdiyi üçün cinsini dəyişdi. Fəqət cinsi alətini. Zahirən oğlandır.Küçədə normal kişi paltarı geydikdə heç bilinmir ki, bu xanımdır.Üzündə tük bitmir.İndi buna hicab taxmaq vacibdir? Saçıda normal kişi saçı kimidir.Özü deməsə heç kim bilməz bu kişidir ya qadın. Vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Kişidirsə cinsi dəyişmək olmaz, haramdır. Yox əgər şübhəli iki cinsli imişsə onda ortünsün.
Sual: Sualı ünvanladı Sahil: Qəza orucu gələn ilə çıxsa boynumuza kəfffarə gəlirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, hər günün müqabilində 750 qram. (Buğda və sair bu kimi şeylər.)
Sual: Sualı ünvanladı Zahir: Bele bir hadisə olub. Cibimdə bir möhür tapdım. Namazdan sonra səhvən qalıb cibimdə. Mən ən çox iki yerdə namaz qılıram. Bir şəhərin cümə məscidində və birdə başqa bir Hüseyniyyədə. O möhür də vəqf hökmündədirlər. Mən o möhürü hara qoyum? Cümə məscidinə ya Hüseyniyyəyə. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hansına məxsus olduğunu bilmirsə, püşt at. Hansı çıxsa, aparın ora qoyun.
Sual: Sualı ünvanladı Anar: Salam.BISMILLAHIR REHMANIR REHIM.ayetil kürsü ve ferec duasin bunsuz oxumaq olur?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olur. Bismillah deyildikdə də duanın tərkib hissəsi kimi deyilməməlidir.
Sual: Sualı ünvanladı Göyçə: Salam aleykum sualım Xamenei ağayadır. Mən bir oğlanla internetdən tanış olmuşuq bir ildən çoxdur ki əlaqə saxlayırıq bir birimizə qarşı çox ciddiyiq və sevirik.o cox uzaqda yaşayır yaşımızda azdır 19 onun 18 mənim. İstixarə elədim yaxşı göstərmədi bilmirəm neynəyim Allahdan qorxuram ama əlaqənidə saxlayıram bilmək istərdim neynəyim? Və günah eləyirəm? Necə etsəm düzgün olar? Çox xahiş edirəm sualımı cavablayasınız, Allah razı olsun
Cavab: Salam.



Sayt tərəfindən: Sualınız mövzumuza aid deyil. Üzrlü sayn. İxtiyar sahibisiniz, özünüz təyin edin taleyinizi.
Sual: Sualı ünvanladı Vüsal: bu saytin suallari ne vaxt yenilenir evvelkilerdi ancag
Cavab: Salam.



Çalışırıq ki, həftədə ən azı iki dəfə cavablandıraq. İmkanlarımız çox məhduddur.
Sual: Sualı ünvanladı Asif: Oruc kəffarəsi olan şərtlərdən biri də budur ki gərək bir nəfəri geyindrsin.Geyim dedikdə nə nəzərdə tutulan nədir? Məsələn bir şalvar və ya təkcə bir köynək verməklə şəri vəzifəmizi yerinə yetirmş oluruq? Ya gərək basdan ayaga geyidirək.
Cavab: Salam.



Sayt tərəfindən: Dində belə hökm olmamalıdır. Bunu hardan əldə etmisiniz? Bizə yazın, araşdıraq.
Sual: Sualı ünvanladı Zeynəb: Salam Eleykum. Eyni otaqda (stollar və stullar ayrı olmaq sərti ilə) qohum naməhrəmlərlə əyləşmək olar? Onlar bəzən araq içir. Araq içilsə və içilməsə belə hökm eynidimi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şərab məclisi olsa orda oturmaq haramdır. Qadınlar ayrı stolda ola belə, olmaz. Amma şərab olmazsa, deyilən qayda ilə oturmaq caizdir.
Sual: Sualı ünvanladı Rəşad: Bir nəfər içki satır və mağazası var.O tövbə etdikdən sonra dükanında olan şərabları nə etsin? Onu aldığı yerə qaytara bilər? Ya sındırıb atmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onları aradan aparmağınız məsləhətdir. Amma bu iş problem yaradarsa qaytarın.
Sual: Sualı ünvanladı Qasim: Kəffarə üçün verilən paltar təzə paltar təzə olmalıdır ya istifadə olunmuş geyinilmiş paltar da ola bilər?
Cavab: Salam.



Sayt tərəfindən: Bu şeyi haradan əldə etmisiniz?
Sual: Sualı ünvanladı Fazil: Oruc kəffarəsini müsəlman olmayan şəxsə vermək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olmaz!
Sual: Sualı ünvanladı Daşqın: Bir nəfər oruc kəffarəsinin yerinə bir neçə şeyi edə bilər ki, biri də qul azad etməkdir.Sual budur ki, indiki zamanda qul yerinə zindanda olan bir nəfəri azad edə bilərmi? Onu azad etməklə kəffarə boynundan götürülür? Rehber ve Sistani agadan cavab alın.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İslamda belə bir hökm yoxumuzdur.
Sual: Sualı ünvanladı Asif: Qabağımıza bir məclisdə, bir yerdə üzüm mürəbbəsi qoysalar və biz bilməsək ki, bu şəri qayda qanunla bişib ya yox, ondan yeyə bilərik? Soruşmalıyıq ki, bu şəri cəhətdən düz bişib ya yox? Belə bir vəzifəmiz var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər qaynadılarkən üçdən biri qalarsa meyl edə bilərsiz.



Əgər süfrəsində olduğunuz şəxs İslam hökmlərindən agah insandırsa və İslam hökmlərinə əməl edən insandırsa, soruşmağa ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.mende tez-tez ruh düsgünlüyü olur buda meni temimiz taqetden salir bunun qarsisin nece ala bilerem?tesekül
Cavab: Salam.



Sayt tərəfindən: Sual mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyə bilərik ki, çalışın günahdan uzaq olun.
Sual: Sualı ünvanladı Zaur: Salam. Yaisə qadin bir gündə bir neçə muveqqeti nigah ola biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər heyz olmayacaqsa, buna əmindirsə, olar.
Sual: Sualı ünvanladı Sahil: Bir nəfər fitrə zəkatını ayırıb ki verə. Məsələn düyü. Sonradan görür ki, düyü yaxşı düyü deyil.Onu dəyişib daha yaxşısı ilə əvəz edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz.
Sual: Sualı ünvanladı Tahir: O saytlar ki, İslam əleyhinə məlumatlar yayır, fitnə fəsad yaradır. Vəya insanların əxlaqını pozan video, şəkillər yayır.Onları dağıdıb məhv etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olmaz!



Sayt tərəfindən: Düz hədəfə əyri yol haramdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı